Masallı təhsilində qanunsuzluq... - Şikayətçi "hə", direktor "yox" deyir
Tarix: 17-10-2016, 12:19 | Çap et
Masallı rayon sakini Xanbala Qafarov rayonun Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyevdən şikayətçidir. Belə ki, Masallı sakini Realliq.info-ya göndərdiyi müraciətdə direktoru qohumbazlıqda, qanunsuzluqda günahlandırır: "Bu məktəbin şagirdlərinin adları bəzən uzaq qonşuluqda yerləşən Şığdaş və Qodman məktəblərinə saxta siniflər açmaq üçün transfer edilir. Bəzən isə bu kəndlərdən şagirdlər, daha doğrusu, onların adları Qəriblər kənd tam orta məktəbinin şagirdləri sırasına yazılır. Məktəbin direktoru millət vəkili Hadı Rəcəblinin "prinsiplərinə” uyğun olaraq günün ikinci yarısından etibarən bənnalıqla məşğuldur. Halbuki o bu zaman məktəbin əsas işlərini, xüsusən, dərnək və dərsdənkənar məşğələlərin məktəbdə keçirilməsini təmin etməklə məşğul olmalı idi". Şikayətçi Xanbala Qafarov Onun sözlərinə görə, Şərafət Əliyevin oğlu və gəlini Bakıda yaşasalar da, məktəbdə adları müəllim və laborant kimi qeyd olunub, onlara maaş yazılır. O həmçinin bunu təsdiqləyən səndələri də təqdim edərək araşdırmaların aparıldığını tələb edib: "Məktəb direktorunun oğlu Fürsənd Əliyev və gəlini Ülkər Məmmədli Bakıda yaşasalar da, bu məktəbdən maaş alanlar sırasındadırlar. Masalı Rayon Təhsil Şöbəsi müdirinin imzası ilə mənə göndərilən 3 iyul 2015-ci il tarixli, 105/1 nömrəli məktubda məktəb direktorunun oğlunun 2011-ci ilin noyabr ayından işdən azad edildiyi və gəlininin məzuniyyətdə olduğu bildirilir. Lakin Masalı Rayon Sosial Müdafiə Fondundan məcburi sosial sığorta ödəmələri haqqında çıxarışın fotosürətində məktəb direktorunun oğlu Fürsənd Əliyevin bu tarixdən uzun illər sonralar belə yüksək maaş aldığı görünür. Bu azmış kimi, həmin sənəddə məzuniyyətdə olduğu bildirilən gəlini Ülkər Məmmədlinin də laborant işləməklə (Bakıda yaşasa da. X.Q) bu vəzifəyə uyğun omayan yüksək əmək haqqı aldığı açıq-aydın öz əksini tapıb. Belə ehtimal edilir ki, məktəb direktoru laborant işləyən gəlininin adına əlavə dərs saatları da tarifləşdirib. Məktəb direktorunun qardaşı qızı Əliyeva Şahanə Lənkəran rayonunun Liman qəsəbəsində yaşayır, amma bu məktəbin müəllimidir. Bu qədər uzaq məsafəsdən hər gün dərsə gəlmək sinif müəlliminə mümkün olmadığı üçün onu məktəbdə tapmaq olmur". Təhsil şöbəsinin şikayətçiyə verdiyi rəsmi cavab "Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilən zaman Təhsil Narliyinin saytında bu məktəbdə ibtida sinif müəllimi olan Məmmədova Yeganə adlı şəxsin də işlədiyi məlum oldu. Lakin bu adamı nəinki məktəbdə görən, heç onun kimliyini tanıyan belə məktəbdə yoxdur. Bu məktəbdə ayrı-ayrı illərdə bir sıra texniki işçilər saxta yolla işə götürülüb və maaşı direktor tərəfindən mənsimsənilib. Hazırda adı məktəbdə xadimə kimi rəsmiləşdirilən Firəngiz Məmmədovanı buna misal gətirmək olar. Bu adamın məktəbə bircə gün belə gəlmədiyini bütün məktəb kollektivi təsdiq edə bilər", - vətəndaş yazır. DSMF-nin təqdim etdiyi sənəd Məktəbin direktoru Şərafət Əliyev isə Realliq.info-ya Xanbala Qafarovun şikayətinin əsassız və böhtan olduğunu bildirib: "Oğlum 2011-ci ildən məktəbdə işləmir. Bu barədə Təhsil Nazirliyinə də məlumat verilib. Gəlinim də əvvəllər analıq məzuniyyətində olub, 2015-ci ilin sentyabrından isə Bakıda yaşayır və məktəbdə işləmir. Qardaşım qızı Əliyeva Şahanə ilə bağlı dedikləri də yalandır. O, Lənkəranda ailə qurub, amma məktəbin müəllimidir. 2009-cu ilədən məktəbdə işləyir və hər gün dərsə gedib-gəlir. Şagird köçürmələri və əlavə məvaciblərlə bağlı dedikləri də həqiqətəuyğun deyil, çünki bu məsələni 2011-ci ildən yazır, amma Maliyyə Nazirliyinin yoxlamaları zamanı da belə bir fakt təsdiqlənmədi. Digər adlarını çəkdiyi şəxslərlə bağlı dedikləri də böhtandır. Bunun işi ancaq insanları, məktəbləri şantaj etməkdir. Yoldaşı Qafarova Zəminə əvvəl 6 il saxta diplomla müəllim işləyib. Təhsil Nazirliyi o vaxt saxta diplomlarla işləyən müəllimlərin siyahısını təqdim edəndə onun da adı çıxdı. Sonra da bu başqa bir sənədlə yoldaşını məktəbə düzəldib. Guya həyat yoldaşı Gəncə Məişət Kollecinin Masallı filialını bitirib. Amma Masallıda belə bir filial olmayıb, Gəncədə də bu məktəbin olduğunu təsdiqləyən olmayıb. Bəlkə də, adı olub, özü yox. İndi durub məni və məndən başqa da digər məktəbləri şantaj etməklə məşğuldur. Bu adam özü Naxçıvan sakinidir, hər dəfə bir sənəd göstərir, gah Masallı sakini, gah da Naxçıvan sakini. Ona görə də mən bu böhtanlarla bağlı məhkəməyə müraciət etməyi düşünürəm".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|