GDU-da yeni TALAN VAR - İDDİA
Tarix: 19-10-2016, 11:42 | Çap et
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Gəncə Dövlət Universitetinin fəaliyyətində yer almış çeşidli neqativ hallardan bəhs olunur. Qəzetimizin ötən saylarında, aldığımız açıqlamalar əsasında artıq bir neçə tənqidi yazı dərc olunmuşdur. Həmin yazılarda universitetin rektoru Yusif Yusibovun yarıtmaz idarəçilik üsulları nəticəsində GDU-nun bu gün çoxtirəlik girdabında capalayan bir quruma çevrilməsi, universitetin resurslarının bu müəssisənin rəhbərliyində duran bir neçə konkret şəxslər tərəfindən amansızcasına talan olunması, həmin şəxslərin maraqlarının təmin olunması məqsədilə qeyri-sağlam ruhlu qruplaşmaların yaradılması və sairə bu kimi problemlərdən bəhs olunmuşdu. O cümlədən biz göstərmişdik ki, belə qruplaşmalardan birinə Coğrafiya kafedrasının dosenti Teymur İsmayılov rəhbərlik edir. Universitetin elmi katibi və sənəd qəbulu komissiyasının sədri vəzifələrini də tutmaqla, Teymur İsmayılov bu gün faktiki olaraq GDU-nun fəaliyyətini yönləndirən şəxslərdən birinə çevrilib. Eyni zamanda da iddialara görə, bu ali təhsil müəssisəsində baş verən bütün rüşvətxorluq və korrupsiya əməllərinin başında da məhz Teymur İsmayılov durur. Məsələn, bizə təqdim olunan məlumatda vurğulanır ki, son qəbul zamanı, GDU-nun bəzi fakültələrində nəzərdə tutulmuş qabiliyyət imtahanlarının gedişində məhz Teymur İsmayılov hər abituriyentdən tələb olunan rüşvətin məbləğini 3000 manat qədərində müəyyən etmiş və bu pulların yığılmasına da şəxsən nəzarət etmişdir. Bundan başqa isə, öz elmi fəaliyyətlərini doktorantura səviyyəsində davam etdirmək istəyən namizədlər də bunun üçün məhz Teymur İsmayılova 2500-3000 manat ödəməlidirlər. Həmçinin GDU-nun resurslarını aktiv şəkildə talayan şəxslərdən birinin də universitetin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun olması faktı daxil olan açıqlamalarda xüsusi olaraq vurğulanır. Bildirilir ki, bir neçə il bundan öncə, universitetdə törətdiyi maxinasiyalarda ona şəriklik edən etibarlı tərəfdaşından məhrum olunduqdan sonra, Fəxrəddin Həsənov demək olar ki, bütün işlərini özü təkbaşına yola verir. Lakin bu “tənhalığına” baxmayaraq, prorektorun nüfuzu heç də Teymur İsmayılovun rəhbərlik etdiyi qruplaşmadan zəif deyil. Mənbə bildirir ki, Fəxrəddin Həsənov 2006-cı ildən bu vəzifədədir. Hələ bir necə il bundan öncə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdu. Araşdırmalar zamanı məlum olmuşdur ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun baş mühasibi işləyən Nizami Mustafayevlə əlbir olaraq, saxta sənədlərə imza atmaqla mənimsəmişlər.
Bu günlərdə redaksiyamıza yeni daxil olan növbəti məlumatda isə, “GDU talançıları” siyahısında yer almış növbəti şəxsin adı açıqlanmışdır. Açıqlamada bu şəxsin GDU-nun Ümumi fizika kafedrasının müdiri Zakir Zeynalovun olduğu bildirilir. Bu barədə məlumatı təqdim edən mənbənin sözlərinə görə, Zakir Zeynalov eyni zamanda universitetdə 2015-ci ildən bərpa olunmuş İxtisasartırma və yenidənhazırlanma şöbəsinə də rəhbərlik edir. Qeyd edək ki, bu şöbə əvvəllər də GDU fəaliyyət göstərmiş, lakin sonradan Təhsil nazirinin əmri ilə ləğv olunmuşdu. Keçən ildən isə, rektor Yusif Yusibovun səyləri nəticəsində şöbə yenidən bərpa edilmişdir. Mənbə bildirir ki, bu şöbənin fəaliyyəti Yusif Yusibovun, eləcə də Zakir Zeynalovun gəlir qaynaqları siyahısında xüsusi yer tutur. Bu barədə aldığımız məlumatda deyilir: “Şöbənin fəaliyyəti eyni zamanda həm ixtisasartırma, həm də faktiki olaraq ikinci təhsil istiqamətində aparılır. Bunlara müvafiq olaraq, şöbəyə qəbul üçün müəyyən olunmuş qiymətlər də 1500-3000 manat civarında dəyişir. Əslində qəbul müsabiqə əsasında keçirilməli olsa da, bu məbləği ödəyənlər üçün həmin müsabiqə avtomatik olaraq formal xarakter alır. Həmçinin burada təhsil prosesi və imtahanların qəbulu da ödəniş əsasında həyata keçirilir və yenə də formal xarakter daşıyır. Sadəcə olaraq, ödənilən təhsil haqqı büdcəyə, imtahan pulları isə, Zakir Zeynalovun cibinə daxil olur. Əlbəttə ki, o da öz növbəsində əldə olunan gəlirləri rektor Yusif Yusibovla bölüşür. Lakin Zakir Zeynalovun oğlu, Mikayıl Zeynalovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini olduğu nəzərə alınmaqla, rektor pul bölgüsündə şöbə müdiri ilə çox da ziddiyyətə girməməyə çalışır...”
Materialda adı keçən bütün tərəflərin öz mövqeyini bildirmək hüququ var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|