Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən - Əlahəzrət FAKT
Tarix: 7-02-2017, 12:00 | Çap et
2014-cü ildə Prezident İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan Respublikası regionlarının illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” fərmanından sonra bir çox rayonlarda əhəmiyyətli dərəcədə iqtisadi nailiyyətlər əldə edildi Fərmana uyğun olaraq regionlarda zavod və fabriklərin, istehsal müəssisələrinin yaradılmasına, yerli sahibkarlığın inkişaf etdirilməsinə geniş vüsət verildi. Ancaq təəssüflər olsun ki, bəzi rayonlarda istər əhalinin sosial vəziyyətində, istərsə də rayonun abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində hələ də ciddi problemlər qalmaqdadır. Ölkədə gedən ümumi inkişafdan bütün mənalarda geri qalan rayonlarda biri də Siyəzən rayonudur. Öncə onu qeyd edək ki, Siyəzən rayonu paytaxt Bakıdan heç də uzaqda yerləşmir. Yerləşdiyi coğrafiya isə çox zəngindir. Xəzər dənizinin sahilində yerləşən Siyəzən rayonu həm də regionun ən strateji nöqtəsində- Bakı- Mahaçqala magistralının üzərində yerləşır. Təbii sərvətlərlə boldur. Neft- qazçıxarma sənayesi inkişaf edib. Ancaq bütün bunlarla belə rayon iqtisadi göstəricilərinə – yaşam səviyyəsinə görə çox acınacaqlı durumdadır. Bu qədər yüksək iqtisadi üstünlüklərə rəğmən rayonun ümumilikdə 40 minə yaxın sakininin sosial vəziyyəti heç də ürəkaçan vəziyyətdə deyil. Rayon rəhbərliyi tərəfindən aqrar-iqtisadi-sosial siyasətin düzgün qurulmaması Siyəzən rayonundakı vəziyyəti daha da gərginləşdirir. Rayonda demək olar ki, Prezident İlham Əliyev cənablarının 2016-cı ildə prioritet elan etdiyi qeyri-neft sektorunun- xüsusən aqrar sektorun inkişafı istiqamətində heç bir ciddi addım atılmayıb. Rəsmi statistikaya nəzər yetirərkən də görürük ki, rayonun məhsuldar torpağının 386.00 kv.km olduğu halda əkilmiş torpaqların ümumi sahəsi 17 kv. km-dir. 45 kv. km şoranlaşmış torpaqlara, 1 kv. km sahəni isə meyvə bağlarına çıxdıqdan sonra yerdə çox böyük həcmdə istifadəyə yararlı torpaq sahəsi qalır. Bu qədər yararlı torpağın istifadəsiz qalması rayon əhalisi arasında işsizliyin artmasına, sosial durumun daha da ağırlaşmasına səbəb olmaqla yanaşı, həm də dövlət büdcəsinə ciddi ziyan vurur. Siyəzən rayonu demək olar ki, ölkədə son illər aparılan uğurlu sosial-iqtisadi siyasətdən tamamən kənarda qalıb. Ötən 2016-cı ilin rəsmi statistikasına baxdıqda görürük ki, Siyəzəndə heç bir ciddi nailiyyət əldə edilməyib. Rayonun bir-iki küçəsində aparılan asfaltlama işləri isə rayon rəhbərliyinin necə keyfiyyətsiz iş gördüyünü bütün çılpaqlığı ilə ortaya qoyur. Bu yazımızda obyektivlik naminə Siyəzən RİH-nin rəsmi saytında yerləşdirilmiş 2016-cı ildə görülmüş işlər zamanı çəkilən fotoların “dili” ilə danışmağa çalışacağıq.
Bu şəkil ötən 2016-cı ilin mart ayında Siyəzən RİH-nin başçısı Asif Hüseynovun rayonun Sədan kəndinə etdiyi səfər zamanı çəkilib. Şəkilin fonundakı evin damına diqqət yetirəndə burada yaşayan insanların sosial vəziyyətini təsəvvür etmək heç də çətin deyil.
Bu fotolar da eyni kənddə eyni zamanda çəkilib. Kəndin evlərinin damları məşhur filmimizdəki “qızıl saat” kimi dil açıb danışır. Ancaq ikinci şəkilə diqqət edəndə son illərdə tikilmiş daxmanı görmək mümkündür. Demək ki, son illərdə gedən uğurlu sosial-iqtisadi siyasətin yan keçdiyi yerlərdən biri də məmləkətimizin bir parçası olan Sədan kəndidir.
Bu foto da ötən ilin mart ayında Asif Hüseynovun Dağ Quşçu kəndinə etdiyi səfər zamnı çəkilib. Bu dəfə fona kasıb daxması əvəzinə kəndin icra nümayəndəliyinin yerləşdiyi bina düşüb. Ancaq bu bina da nimdaşlığı ilə Sədan kəndindəki evlərdən fərqlənmir. Yeganə fərqlilik binanın damının qırmızı örtükdə olmasıdır. Şəkilə bir az da diqqət etsək bu işin də ciddi aparılmadığı açıq-aydın görünür. Belə ki, binanin girişindəki yağmurluğun navalçasının olmaması, divara sarılan elektrik xətti görülən işin “keyfiyyətinə” dəlalət edir.
Bu foto ötən ilin may ayında Asif Hüseynovun Siyəzənin Zarat kəndinə səfəri zamanı çəkilib. Fondakı bina kəndin məktəbidir. Qeyd edək ki, bu fotonu digər kəndlərdə çəkilən fotolarla müqayisə etmək insafsızlıq olar. Amma insafımızı itirməmək üçün deyək ki, burada da nimdaşlıq “qol-budaq” atıb. Məktəbin taxta pəncərələrinə, pəncərələrdəki sınıq şüşələrə və pilləkanın önündəki pambıqyığan kombaynın səbətinin torundan ayaqqabılardakı palçığı təmizləmək üçün düzəldilmiş dəmir parçasına nəzər yetirdikdə adamın yadına qanlı-qadalı 1992-1993-cü illər düşür. Bu şəkil ötən ilin may ayında Siyəzən RİH-nin başçısının rayonun Nardaran kənd sakinləri ilə görüşü zamanı çəkilib. Doğrusu, biz də anlaya bilmədik ki, kənd sakinləri ilə təbiət qoynunda görüşməkdə hörmətli Asif Hüseynovun məqsədi kəndin nimdaş evlərini fotoaparatın obyektivindən gizlətməkdir yoxsa təbiət seyrangahına olan vurğunluq? Ancaq bunun o qədər də önəmi yoxdur. Əsas olan odur ki, oxuculara bu şəkilin fonundan da xeyli ciddi problemlər “boylanır”. Arxada ötən əsrin 80-ci illərində basdırılmış işıq dirəklərinin və sınıq-salxaq transformatorun vəziyyəti onu deməyə əsas verir ki, hər dəfə ortabab külək əsəndə Nardaran kəndinin elektrik məsələsində ciddi problemlər yaranır.
Yuxarıda rayonun bəzi küçələrində ötən 2016-cı ildə asfaltlama işlərinin aparıldığını vurğulamışdıq. Ancaq onu da qeyd etmişdik ki, bu işlər standartlara uyğun aparılmır. Məhz buna görə də görülən işlər qısa zamandan sonra keyfiyyətini itirir. Yuxarıda gördüyünüz şəkil rayonun H. Talıbov küçəsinin asfaltlanması zamanı çəkilib. Göründüyü kimi burada asfalt torpaq örtüyünün üstünə basılır. Torpağın qabarıq və dağınıq olmağından görünür ki, səthi ağır çəkili xüsusi diyircəkli texnika ilə yastılanmayıb.
Bu şəkil isə rayonun Nəriman Nərimanov küçəsinin asfaltlanması zamanı çəkilib. Burada asfalt torpağın üzərinə basılmasa da onun qalınlığı keyfiyyətini ciddi olaraq şübhə altına qoyur. Hətta şəkilə diqqət yetirərkən asfaltbasan texnikanın qarşısında asfalt örtüyünün 2-3 sm qalınlığında olduğu açıq-aydın görünür. Faktlarla təqdim etdiyimiz yazını yekunlaşdıraraq qeyd edək ki, Siyəzən RİH-nin başçısı hörmətli Asif Hüseynov 1981-ci ildə anadan olub, ixtisasca iqtisadçıdır. Əvvəllər neft sahəsində çalışıb. Prezident İlham Əliyev cənablarının sərəncamı ilə 2015-ci ilin oktyabrında Siyəzən RİH-nə başçı təyin edilib. Güman ki, yuxarıda göstərdiyimiz neqativ hallar hörmətli başçının gənc və təcrübəsiz olmasından qaynaqlanır. Ancaq bununla belə düşünürük ki, Asif Hüseynov ötən zaman ərzində kifayət qədər təcrübə toplamışdır. Qazandığı təcrübələrə və iqtisadçı peşəsinə nəzərən ümid edirik ki, yeni başladığımız 2017-ci ildə Siyəzən rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşması istiqamətində Asif Hüseynov xeyli işlər görəcəkdir. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Azfakt.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
|