Mədinə Məlik jurnalistləri təbrik etdi
Tarix: 22-07-2017, 15:40 |
Çap et
DİA.AZ: - Azərbaycanın ən sayılıb-seçilən prodüseri Mədinə Məlik jurnalistləri təbrik edib.
DİA.AZ xəbər verir ki, prodüser Azərbaycan Mətbuatının 142-ci ildönümü münasibəti ilə bütün mətbuat orqanlarının əməkdaşlarını təbrik edib: “Milli Mətbuat Gününüz mübarək olsun xalqını sevən və ona xidmət edən dəyərli mətbuat işçiləri. Arzu edirəm hər zaman dürüst, ədalətli olasınız, qələminizdə daima xalq, millət olsun, Azərbaycançılıq məfkurəsi ən başlıca prinsipiniz olsun. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində fəaliyyətdə heç zaman yorulmayasınız”.