İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Fuad Əlizadənin “əmək bazarı” necə çalışır? - İTTİHAM
Tarix: 2-05-2018, 11:18 | Çap et
Fuad Əlizadənin “əmək bazarı” necə çalışır?
Hər ay Dövlət Əmək Müfəttişliyinin işçiləri yüzlərlə daş karxanalarını gəzərək “aylıq haqq”larını toplayırlar

Lakin dəhşətli və dözülməz şəraitdə, heç bir sosial təminatı olmayan və gündə 18 saat işləyən insanlara dönüb gözlərinin ucuyla da baxmırlar.

Fuad Ədizadənin işçiləri üçün əsas olan 19-cu əsr iş şəraitində çalışan bu insanlar deyil, məhz aldıqları “aylıq”lardır.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb. Yeni nazirin ilk qərarı ilə artıq bir neçə nəfər şəxs öz vəzifəi ilə vidalaşıb.

Bir neçə gün öncə isə ölkə mediasında Səlim Müslümovun tələbəlik dostu, ƏƏSMN-nin Aparat rəhbəri Əjdər Cəbiyevin də vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər verilmişdi. Həmin məlumatlarda yaxın günlərdə yeni nazirin Əjdər Cəbiyevin işdən çıxarılması ilə bağlı əmr verəcəyi qeyd olunurdu. Yayılan məlumatda vurğulanırdı ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunur və Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Yeni nazir “təmizləmə əməliyyatı”na aparat rəhbərindən başlayacaqsa bu gələcəkdə nazirlikdə ciddi islahatlar həyata keçirilməsinə bir siqnaldı.

Əjdər Cəbiyev yeni nazirə “yol axtarır”

Lakin MilliYol-un ƏƏSMN-dən aldığı məlumata görə Əjdər Cəbiyev hələ də vəzifəsinin başındadır. Buna baxmayaraq nazirlikdə hamı onun bu gün-sabah vəzifəsi ilə vidalaşacağını düşünür.

Qeyd edək ki, ƏƏSMN-nin bütün strukturlarında Əjdər Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Aldığımız məlumata görə nazir Sahil Babayev onların hamısına ərizə yazmaları barədə xəbər yollayıb. Lakin buna baxmayaraq həm Əjdər Cəbiyev, həm də qohumları ərizə yazmaqdan imtina edirlər. Ona görə də ehtimal olunur ki, Sahil Babayev bu adamların işdən azad olunması ilə bağlı əmr imzalaycaq.

Buna baxmayraq, Əjdər Cəbiyevin bütün vasitələrlə yeni nazirə «yol tapmaq» istədiyi qeyd olunur. Bü üzdən də ehtimal olunur ki, Əjdər Cəbiyev və Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılsa da, nazirlikdə hansısa vəzifəyə təyin oluna bilər. Cəbiyevin qardaşı və yaxın qohumları ilə bağlı isə konrket qərar yaxın günlərdə ola bilər.

Səlim Müslümovun kadr mirasının başında duranlar

ƏƏSMN-dəki mənbə MiliYol-a bildirib ki, yeni nazir Sahil Babayevin sələfi Səlim Müslümovun kadrlarından azad olması və sosial sferada islahatları başlaya bilmək üçün bir neçə müavini dəyişməklə yanaşı əsasən 3 adamı x komandasından uzaq tutmalıdır. Bunlardan biri nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, digəri iqsadiyyat şöbəsi müdiri Şəlalə Cəfərova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadədi.

Şəlalə Cəfərovanın ƏƏSMN-nin keçirdiyi bütün tenderlərdə qaranlıq işlər çevirdiyini bildirən mənbə onu da qeyd edib ki, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri həm də bir çox maliyyə əməliyyatlarında ciddi mənimsəmələrə yol vermiş şəxsdir və bu korrupsiya və mənimsəmə hallarının hamısı Səlim Müslümovun birbaşa məlumatı çərçivəsində həyata keçirilib.

Bu günkü yazımızın qəhrəmanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə gəlincə isə, bu şəxs Səlim Müslümovun qohumu olmaqla yanaşı, həm də Əmək Müfəttişliyində özünə məxsus “əmək bazarı” qurmuş şəxsdir.

Fuad Əlizadənin “əmək bazarı” necə çalışır?

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində baş alıb gedən rüşvətxorluq, korrupsiya və sair özbaşınalıqlar barədə uzun illərdir ki, ölkə mətbuatı yazır. Ancaq xidmət rəisi Fuad Əlizadə qohumu, patronu Səlim Müslümova arxalanmaqla həmişə öz işində olub.

Son illər, daha doğrusu Fuad Əlizadə bu qurumun rəhbərliyinə gətirildikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçiləri paytaxt Bakı, böyük şəhər və rayonlarda fəaliyyət göstərən iaşə obyektlərinə, orta sahibkar təsərrüfatlarına gizli şəkilə aylıq “haqq” qoyub. Bu obyektdərdən aylıq ona görə alınıb ki, həmin obyektlərdə müqaviləsiz və günəmuzd çalışan işçilərə göz yumulub. Hər ay minlərlə obyektdən milyonlarla manat vəsait yığılıb.

Fuad Ədizadənin “rüşvət mədənləri”: Daş karxanaları

Lakin Fuad Ədizadənin əsas gəlir yeri heç də iaşə obyektlərinə, orta sahibkar təsərrüfatlarına qoyduğu “aylıq haqq” deyil. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas gəliri Qaradağda, Abşeronda və ölkənini digər rayonlarında fəaliyyət göstərən daş karxanalarıdır.

Qeyd edək ki, daş karxanalarında çox ağır əmək şəraiti hökm sürür. Bu karxanalarda minlərlə, bəlkə də on minlərlə insan ən ağır şəraitdə günəmuzd çalışaraq evlərinə çörək pulu aparırlar, bəzən bu dəhşətli iş şəraitində həyatlarını itirirlər. Fuad Ədizadənin də sas gəlir yerlərindən biri bu daş karxanalarıdır.

Hər ay Dövlət Əmək Müfəttişliyinin işçiləri yüzlərlə daş karxanalarını gəzərək “aylıq haqq”larını toplayırlar. Lakin dəhşətli və dözülməz şəraitdə, heç bir sosial təminatı olmayan və gündə 18 saat işləyən insanlara dönüb gözlərinin ucuyla da baxmırlar. Fuad Ədizadənin işçiləri üçün əsas olan 19-cu əsr iş şəraitində çalışan bu insanlar deyil, məhz aldıqları “aylıq”lardır. Və artıq neçə ildir ki, bu “aylıq”ların hesabatı qəpiynə qədər məhz Fuad Əlizadəyə verilir.

Tikinti şirkətləri də Fuad Əlizadəyə “xərac” verirlər

Dövlət Əmək Müfəttişliyinin digər qazanc yeri Bakıdakı tikinti sahələridir. Bu tikinti sahələrində də minlərlə insan günəmuz və müqaviləsiz işlədiyinə görə, Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tikinti şirkətlərinin böyük əksəriyyətindən “aylıq” alırlar.
Image result for fuad əlizadə

Bu “aylıq”ları verməyən şirkətlər üçünsə, təbii ki, problem yaranır. Yəni o zaman “Əmək Məcəlləsi” yada düşür və fağır insanları hüquqlarının müdafiəsi Dövlət Əmək Müfəttişliyinin işçiləri üçün əsas məsələyə çevrilir. Lakin tikinti şirkətləri ilə anlaşma əldə olunduqdan sonra, “Əmək Məcəlləsi” də, fağır insanların hüquqları da unudulur.

“Gözün üstə qaşın var”, deyilməyən kürəkən

Fuad Əlizadə məhz qohumu Səlim Müslümova arxalanaraq tabeçiliyindəki əmək müfəttşiliyinin işçilərinə “aylıq” yığdırdığı da heç kimə sirr deyil. ƏƏSMN-dəki mənbə bildirir ki, Fuad Əlizadə “aylıq”la bağlı keçirtdiyi kiçik iclaslarda dəfələrlə deyib ki, yılan pullar 3 yerə bölünür. Bir hissə Dövlət Əmək Müfəttişliyinin, biri nazir Səlim Müslümovun, biri isə yuxarının?..

Bütün bunlara baxmayaraq, açıq aşkar qurumu rüşvət, korrupsiya mənbəyinə çevirən Fuad Əlizadəyə isə kimsə “gözün üstə qaşın var” deyə bilmirdi. Çünki o nazir Səlim Müslümovun sevimli dayısı, Ağsu icra başçısı Ənvər Seyidəliyevin kürəkəni idi. Məhz Fuad Əlizadənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə gətirilməsində Ənvər Seyidəliyevlə Səlim Müslümovun planı olub. Belə ki, Fuad Əlizadə nazirliyə gəlməmişdən öncə Səlim Müslümovla dayısının şərikli bizneslərinə nəzarət edirmiş. Nəzarət etdiyi biznes sahəsində etimad qazanan Fuad Əlizadə Səlim Müslümovun dəvəti ilə nazirliyiə işə götürülür. Və dövlət qulluğunda sıçrayışlı karyera başlayır…

Bir karyeranın salnaməsi

Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb və ingilis dili ixtisasına yiyələnib.

2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışıb.

2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini alıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. Maraqlıdır ki, bu vəzifəyə təyin olunandan sonra Fuad Əlizadənin ikinci təhsilini almaq istəyi ortaya çıxıb. O, bu dəfə meylini başqa xarici dil öyrənməyə deyil, iqtisadiyyata salıb və 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində oxuyub. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.

Heç bir hüquqi savadı olmamasına baxmayaraq, 2005-ci ildən etibarən Fuad Əlizadənin sorağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentində işə qəbul olunub. Fondun rəhbəri isə məhz Səlim Müslümov olub. O, bu departamentdə audit sektorunun müdiri vəzifəsində çalışıb və vəzifəsini 2013-cü ilə qədər davam etdirib.

2013-cu ildə isə qohumu Səlim Müslümov nazir vəzifəsinə təyin olunduqdan sonra Fuad Əlizadə gözlənilməz zirvələr fəth etməyə başlayıb. Fuad Əlizadə həmin ilin 14 noyabrında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Üzərindən 5 ay keçməmiş isə Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə keçib və indiyə qədər o vəzifədə çalışır. O həmçinin Dövlət qulluğunun baş müşaviridir.

Dəyişən həyat şərtləri və inanılmaz sərvət…

Xidmət rəisi keçdikdən sonra isə Fuad Əlizadənin yaşam tərzinin tamam dəyişdiyi bildirilir. Məlumata görə Əlizadə yüksək vəzifəyə təyin olunduqdan bir müddət sonra paytaxt Bakıda dəbdəbəli mənzillərə sahib olub. Hazırda onun şəhərdə 50-ə yaxın mənzilə, bir neçə bahalı obyektə, dəbədəbəli villaya, bir neçə bahalı avtomobilə, Ağsuda böyük heyvandarlıq təsərrüfatına, İstanbulda 3-4, Londonda isə 1 mənzilə sahib olduğu bildirilir.

Mənbəmiz qeyd edir ki, adını sadaladıqllarımız Fuad Əlizadənin var dövlətinin sadəcə kiçik bir hissəsidir. Xidmət rəisinin ölkəmizdə və xaricdəki əmlaklarının ümumi dəyəri bir neçə on milyonllarla ölçülür…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Mənbə: MilliYol.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru