Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                 

Tarixçi alimin Gürcüstana girişini erməni lobbisi QADAĞAN EDİB? - İLGİNC
Tarix: 20-12-2018, 15:21 | Çap et
Tarixçi alimin Gürcüstana girişini erməni lobbisi QADAĞAN EDİB?
Bu günlərdə Türkiyənin “Aydinliq.com.tr” saytında “Türk və azərbaycanlı Qeyri-Hökumət Təşkilatlarının Gürcüstana daxil olmasının yasaqlanmasına etiraz” sərlövhəli yazı dərc olunub.

Adıçəkilən yazıda qeyd edilir ki, Gürcüstanda aralarında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, iş adamları və jurnalistlərin də olduğu türk və azərbaycanlı şəxslərə tətbiq edilən daxilolma qadağasının davam etdiyi bəlli olub. Qadağa qərarında Gürcüstanda təsirə malik erməni lobbisinin əli olduğu iddia edilir.

Yazıdan məlum olur ki, müxtəlif görüşlər keçirmək üçün Gürcüstana getmək istəyən, aralarında Türkiyə və Azərbaycandan olan QHT nümayəndələri, iş adamları və jurnalistlərin olduğu bəzi heyətlər son zamanlarda ölkəyə buraxılmayıb. Ölkəyə daxil olmasına icazə verilməyən şəxslər arasında Dünya Qarapapaq Türkləri Birliyinin başçısı Erkan Koçali və KARPAT idarə heyətinin üzvləri, Gürcüstan /Borçalı türklərinin liderlərindən professor Kərəm Məmmədli və Gürcüstan/Borçalı əsilli türk iş adamları Muhsin Şaşmaz, Hikmet Karaboğa, Taner Sarıçayır, Aytekin Aydın kimi şəxslərin də adı var.

Qərara etirazını bildirən İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin başçısı doktor Seyfullah Türksoy deyib: “Türkiyə və Azərbaycan, Gürcüstana hər cür siyasi və iqtisadi dəstək verdiyi halda, erməni lobbisinin güclü olduğu Gürcüstan Türkiyə və Azərbaycandan minlərlə insanın və bəzi mühüm QHT-lərin ölkəyə daxil olmasını “türkçü” olduqları səbəbilə qadağan elədi”.

TÜRKİYƏ-GÜRCÜSTAN ƏLAQƏLƏRİNİ POZMAĞA ÇALIŞIRLAR

Ömrünün 33 ilini jurnalistikaya həsr etdiyini, çox sayda QHT-nin başçısı olduğunu və bölgəyə dəfələrlə gedib-gəldiyini bildirən Seyfullah Türksoy Türkiyədən və Azərbaycandan olan minlərlə şəxsə qarşı tətbiq edilən qadağa qərarının səbəbini anlamadığını söyləyib. Türksoy qərarın Türkiyə ilə Gürcüstan arasındakı əlaqəni pozmaq istəyən irqçi qruplar tərəfindən və erməni lobbisinin təsiri altında verildiyini güman etdiyini bildirib. O, həmçinin Gürcüstanla ticarəti, bu ölkədə yaşayan türksoylu topulmla əlaqəni davam etdirmək niyyətində olduğunu da vurğulayıb.

Gürcüstanın ölkəyə daxil olma qadağasının səbəbini anlamadıqlarını bildirən QHT təmsilçiləri də problemin həlli üçün Türkiyənin səylərini artırmasını gözlədiklərini söyləyiblər.

Sözügedən məqalədə adı çəkilən Borçalıda doğulub boya-başa çatan tarixçi alim, professor Kərəm Məmmədli ilə telefon bağlantısı yaradaraq, məsələyə aydınlıq gətirməyə çalışdıq.

Kərəm Məmmədli bildirdi ki, iki ilə yaxındır Gürcüstana daxil olmasına qadağa qoyulub və bu günədək həmin qadağa qüvvədədir. Qadağanın rəsmi səbəbi haqda sualımıza isə tarixçi alim belə cavab verdi:

“Əslində tutarlı bir səbəb göstərilməyib. Sadəcə sərhəddə mənə dedilər ki, Gürcüstan hökuməti sizi öz ölkəsinin ərazisində görmək istəmir. Onlardan bunun səbəbini soruşanda isə cavab verdilər ki, sizə heç nə izah etməyə borclu deyilik.

Çox düşünüb-daşındım, amma bu qadağa qərarının səbəbini tapa bilmədim. Mən siyasi partiya sədri deyiləm. Ümumiyyətlə, nə Azərbaycanda, nə də Gürcüstanda heç vaxt hər hansı bir siyasi partiyanın üzvü olmamışam.

Əfqanısatnda xidmət edəndə Partiya Komitəsinin sədri dəfələrlə məni Kommunist Partiyasının üzvü olmağa təşviq etsə də, razılaşmamışam. Ona bildirmişəm ki, heç bir partiyanın üzvü olmaq istəmirəm.

Bundan əlavə, hansısa siyasi təşkilatın üzvü də deyiləm. Bircə, bir ilə yaxın “Borçalı” İctimai Birliyinin sədri olmuşam. İki il əvvəl rəsmi ərizə ilə sədrlikdən istefa verdim. Çünki bu vəzifəni icra etməyə nə vaxtım, nə də səhhətim imkan vermirdi”.

“Amma Gürcüstana girişinizin yasaqlanması səbəbsiz yerə ola bilməzdi. Sizcə, bunun səbəbini nədə axtarmaq lazımdır?” sualının cavabında professor bunları söylədi:

“İnanın ki, hər hansı bir səbəb olsaydı, Gürcüstan hökumətini rahat buraxmazdım. Amma heç bir səbəb görmürəm”.

“Gürcüstanda keçirilən tədbirlərdən birində Azərbaycan türklərinin Gürcüstana gəlmə xalq deyil, həmin torpaqların əbədi-əzəli sakini (aborigen) olduğunu bəyan etmisiniz. Gürcüstana girişiniz bu səbəbdən yasaqlana bilərdimi” sualına Kərəm Məmmədlinin cavabı belə oldu:

“Bunu həmişə, hər yerdə demişəm, deyirəm, yenə də deyəcəyəm!

Sadaxlıda tədbir keçirilirdi, Gürcüstanın Kvemo-Kartli bölgəsinin o vaxtkı qubernatoru Paata Xizanaşvili də orda idi. Həmin tədbirdəki çıxışımda üzümü soydaşlarımıza tutaraq dedim ki, bir zamanlar aşıq Kamandarın “Ana, mən qəribəm, qərib” mahnısı Gürcüstanda dəbdə olsa da, amma mən o mahnıda deyilənləri qəbul etmirəm, çünki siz qərib deyilsiniz, siz bu bölgənin aborigen, yerli, qədim əhalisisiniz və bu torpaqların bütövlüyü və toxunulmazlığı naminə daim gürcü qardaşlarımızla çiyin-çiyinə döyüşmüsünüz.

Sözügedən tədbirdə hətta 1919-cu ilin Ermənistan-Gürcüstan müharibəsi haqda da danışdım. Qeyd etdim ki, həmin müharibədə qəhrəman sadaxlılar gürcü ordusu ilə birgə işğalçı ermənilərə qarşı döyüşüblər və Tiflisi işğal etməyə yollanan erməni ordusunun qarşısını alıblar.

Mən bunları demişəm və yenə də deyəcəyəm. Dediyim faktların hamısı gürcü xronikalarında öz əksini tapıb. Yəni mən nə bunları özümdən uydurmuram, nə də kiməsə qarşı torpaq iddiası irəli sürmürəm

Odur ki, əgər Gürcüstana girişimi buna görə yasaqlayıblarsa, mənim bu qərarı verən şəxslərin ağlına böyük şübhəm var. Çünki həmin ölkənin dövlət dilində yazılan ədəbiyyata istinadən fikir söyləyən alimin bu cür cəzalandırılması heç bir məntiqə sığmır”.

Türkiyə mətbuatının bu işdə erməni lobbisinin əli olduğu mülahizəsinə isə Kərəm Məmmədli belə münasibət bildirdi:

“Əgər Gürcüstan hökuməti erməni lobbisinin sözü ilə oturub-durursa, o zaman yenə də həmin ölkənin dövlət orqanlarının fəaliyyətinə böyük şübhə ilə yanaşmağa məcburam”.

Tarixçi alim Türkiyə mətbuatında vəziyyətin belə davam edəcəyi təqdirdə Türkiyə ilə Gürcüstan arasında münasibətlərin pozulacağı haqda söylənən fikri də şərh etdi:

“Təbii ki, bu vəziyyət iki ölkə arasında münasibətləri poza bilər. Özü də nəinki Türkiyə ilə Gürcüstan, elə Azərbaycanla qonşu dövlət arasındakı münasibətlər də pozula bilər. Sən nəyə görə mənim alimimi öz doğma yurduna, 97 yaşlı ahıl, xəstə anasının yanına buraxmırsan? Buna səbəb nədir? Özü də mənim anam Gürcüstanın əməkdar müəllimidir, həmin ölkədə 60 ilə yaxın müəllimlik edib və iki ildir mən anamı görə bilmirəm. Sizcə, bu haqsızlıq deyilmi?”

“Bu xoşagəlməz vəziyyətdən çıxış yolunu nədə görürsünüz” sualını isə Kərəm Məmmədli belə cavablandırdı: “Bir daha deyirəm, əgər mən o ölkədə hansısa dini cərəyanı təbliğ etsəydim, yaxud Gürcüstanın dövlət təhlükəsizliyinə, ərazi bütövlüyünə qarşı hər hansı bir çıxışım olsaydı, ya da o yöndə fəaliyyət göstərən hansısa təşkilatın üzvü olsaydım, qadağa qərarına etiraz etməyə haqqım olmazdı. Amma ömrüm boyu heç bir separatçılıq fəaliyyətim olmayıb, eləcə də şəcərəmdən olan heç kəs o torpağa xəyanət etməyib.

Mən 18 il Gürcüstan vətəndaşı olmuşam, bu gün yaşlı anam ordadır, əcdadlarımın məzarı o torpaqdadır. Mənim babam Ermənistan-Gürcüstan müharibəsində gürcü ordusunun tərkibində döyüşüb. Atam Gürcüstanın əməkdar memarı olub. Tiflisdəki bir çox tikilinin memarı mənim atamdır. Bu da onların bizə “çox sağ ol”udur?

Açığı, hətta Gürcüstanın özündən həmin ölkəni Avropa Məhkəməsinə vermək təklifi almışam. Amma Avropa Məhkəməsi bu cür məsələlərə baxmır, deyir ki, bu dövlətin daxili işidir. Halbuki, ayrı vaxt Avropa Məhkəmələri insan hüquqları deyə bar-bar bağırır. Məgər, burda insan hüquqları pozulmur?”

K.Məmmədli onu da dedi ki, problemin həllinə nail olmaq üçün müəyyən tədbirlər görmək fikrindədir: “Əslində Gürcüstan hökumətini məhkəməyə verib, cərimə elətdirə bilərdim. Amma bunu etməyə ürəyim gəlmədi. Düşündüm ki, onsuz da yoxsulluqdan əziyyət çəkir, mən də belinə cərimə yükləməyim. Doğulduğum ölkə olduğu üçün belə bir xoşagəlməz məsələ ilə bağlı adının hallandırılmasını istəmədim. Amma hər şeyin də bir həddi var axı. Odur ki, yeni ildən mən də bu məsələyə artıq rəsmi səviyyədə öz etirazımı bildirəcəyəm.

Təbii ki, əvvəlcə Gürcüstan hökumətinə və aidiyyati qurumlara müraciət edib, bu problemin aradan qaldırılmasını tələb edəcəyəm. Çünki Gürcüstan mənim öz evimdir, evimdəki qalmaqalı çölə çıxarmaq istəmirəm. Odur ki, problemi öz aramızda həll etməyə çalışacağam. Onlara deyəcəyəm ki, əgər Gürcüstan dövləti qarşısında hər hansı günahım varsa, gəlib Qırmızı Körpüdə sizə təslim olmağa hazıram. İttihamnaməni üzümə oxuyun ki, günahımın nədə olduğunu bilim. Tam sivil qaydada. Əgər heç bir günahım yoxdursa, hüquqlarımı bərpa edin.

Əgər səsimi eşitməsələr, o zaman artıq beynəlxalq təşkilatlara müraciət etməli olacağam. Görək axırda kim ziyan çəkəcək”.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru