STP-nin kadr siyasətinin əsasında şirkət maraqları durur - REAKSİYA
Tarix: 11-02-2019, 13:02 | Çap et
DİA.AZ: - Son günlər STP haqda çıxan ixtisar və işçilərin narazı olması ilə bağlı qurumdan DİA.AZ-a məqalə göndərilib. Həmin məqaləni təqdim edirik:
"Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda ən iri sənaye şirkətlərindən biri olmaqla yanaşı ən iri işyerlərindəndir. Texnopark yerli və xarici bazarda Neft və Qaz, Enerji, Tikinti və Kənd təsərrüfatı sektorları üçün yüksək keyfiyyətli məhsullar istehsal edir. Şirkətin əsas məqsədlərindən biri ixracatı gücləndirərək qlobal şirkətə çevrilməkdir. Bu isə şirkətin yüksək keyfiyyətli məhsul istehsal etməsi ilə yanaşı beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsini nəzərdə tutur. Beynəlxalq standartlar isə idarə etmənin, istehsal prosesinin, istehsal şəraitinin müəyyən olunmuş normalara uyğun olmasını tələb edir. STP-nin kadr siyasəti də bu istiqamətdə görülür və şirkətin beynəlxalq standartlara əsaslanan şirkət kimi qlobal bazarda rəqabətliliyini təmin etmək məqsədi daşıyır.
STP Rəhbərliyinin uğurlu kadr siyasətinin nəticəsi olaraq şirkət bu istiqamətdə bir sıra uğurlara imza atıb. Son 2 il ərzində ixracat sahəsində bir çox ilklərə imza atmış şirkətimiz 2019-cu ilə də yeniklərlə başlayıb. Belə ki, növbəti aylarda STP ilk dəfə olaraq Polşaya ixrac əməliyyatları həyata keçirəcək. Həmçinin Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Rusiya bazarlarında daima “Made in Azerbaijan” markasını təmsil edən şirkətimiz bu istiqamətdə daha böyük nailiyyətlər əldə etməyi planlayır. Təbii ki, Bütün bu informasiyalar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.
Görülmüş bu kimi işlər şirkətimiz, şirkətimizdə çalışan bütün əməkdaşlar üçün qürur vericidir. Bu uğurun arxasında dayanan başlıca səbəb isə son iki ildə aparılan uğurlu kadr siyasətidir. Son iki il ərzində İnsan Resursları departamenti Azərbaycanda uğurlu fəaliyyət göstərən yüzlərlə yerli və xarici şirkətlərdən yüksək kvalifikasiyalı həmvətənlərimiz STP-yə cəlb etməyi bacarıb. Həmçinin Texnoparkda çalışan əməkdaşlar üçün nəzəri və təcrübi biliklərinin artırılması üçün mütəmadi olaraq şirkət daim daxili və xarici seminarlar, təlimlər təşkil edərək öz işçilərimizin də bilik və bacarıqlarının artırılmasını həyata keçirdir. Son illər ərzində həmçinin universitet məzunu gənclər də şirkətimizdə işlə təmin olunmuşlar. Bu isə şirkətimiz, ölkəmiz üçün yeni kadrların yetişdirilməsi istiqamətində uğurlu addım hesab edilməlidir. Məhz belə uğurlu kadr siyasətinin nəticəsidir ki, şirkətimiz bütün istiqamətlərdə uğurlar qazanmağı bacarır.
Haqqımızda dərc olunan bir neçə məqalədə şirkətimizdə ixtisarların getdiyi qeyd edilib. Bütün bu informasiyalar tamamilə əsassızdır. Əksinə böyük iş elanları səhifələrində şirkətimizdə elan edilən müxtəlif vakansiyalar ilə mütəmadi olaraq tanış ola bilərsiniz. Nəzərə almaq lazımdır ki, Sumqayıt Texnologiyalar Parkı 11 zavoddan ibarət olan böyük bir müəssisədir. Təbiidir ki, belə iri müəssisələr mütəmadi olaraq yeni kadrlar cəlb edir, həmçinin şirkətimizdə formalaşmış kvalifikasiyalı kadrlar müxtəlif şəxsi səbəblərdən iş yerlərini dəyişərək başqa şirkətlərdə işləməyə başlayır. Bu isə əmək bazarında gedən çox normal bir prosesdir.
Həmçinin qeyd etmək lazımdır ki, Sumqayıt Texnologiyalar Parkı əməkdaşları üçün sağlam mühit və əlverişli şərait yaradır. Əməkdaşlara verilən ödənişsiz nəqliyyat, sağlam qidalanma, mütəmadi şəkildə keçirilən təlimlər verilən imtiyazların yalnız bir qismini təşkil edir.
Şirkətimizdə hal-hazırda açıq olan vakansiyalarla isə https://stp.az/vakansiyalar ünvanından tanış ola bilərsiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|