Qüdrət Həsənquliyevdən nazirə ağır ifadələr... - ŞOK QALMAQAL
Tarix: 19-02-2019, 12:09 | Çap et
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə Naxçıvan Muxtar Respublika rəsmiləri arasında son vaxtlar soyuq yellərin əsməsi müxtəlif suallara yol açır: Bu kəskin polemikalar hakimiyyətdaxili ziddiyyətlərin inikasıdırmı? Naxçıvan rəhbərliyinin deputatdan gözləntisi nədir və Qüdrət Həsənquliyev hansı məqamlarda bu gözləntilərə qaneedici cavab verməyib?
Hər kəsi maraqlandıran bu və bənzər suallarla BAXCP sədrinin mövqeyini öyrənməyə çalışdıq. Bəri başdan qeyd edirik ki, jurnalist tərəfsizliyi və həqiqətlərin gün üzünə çıxması naminə Muxtar Respublika rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.
Hələlik isə Qüdrət Həsənquliyevin “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik.
- Qüdrət bəy, bir müddət əvvəl ADP-nin qərargahında bir sıra siyasi partiyaların seçki taktikaları müzakirə edildi. Məlum oldu ki, əksər siyasi təşkilatlar ölkədə demokratik şəraitin mövcud olmadığını əsas gətirib seçkidə iştiraka həvəsli yanaşmırlar. Bəs, BAXCP-nin seçki ilə bağlı planı necə olacaq? Erkən keçirilməsi gözlənilən seçkilərə qatılacaqsınızmı?
-Hesab edirəm ki, siyasi partiyalar hər bir halda seçkilərdə iştirak etməlidir. Əgər siyasi partiyalar səsvermənin nəticələrinin saxtalaşdırılacağını düşünüb seçkilərdə iştirak etmirlərsə, bəri başdan məğlubiyyətlə razılaşırlar. Seçkilərin saxtalaşdırılıb-saxalaşdırılmayacağını yalnız prosesdə iştirak etməklə müəyyənləşdirmək olar.
İkincisi, hər hansı siyasi partiya xalqın dəstəyi ilə hakimiyyətə gəlmək istəyirsə, məntiqlə, seçkilərin saxtalaşdırılacağından çəkinməməlidir. Saxtakarlaşdırma ehtimalında belə, xalq səs verdiyi siyasi qüvvəni hakimiyyətə gətirməyin yolunu tapar.
Ümumiyyətlə, seçkilərdən kənar yollarla hakimiyyət uğrunda mübarizə aparmaq yanlışdır. Onda ya gərək silahlı üsyan yoluyla hakimiyyəti ələ keçirəsən, ya da hansısa hakimiyyətdaxili qruplaşmalarla əlbir olub çevriliş edəsən. Hesab edirəm ki, hər iki yol ölkəmiz üçün çox ağır fəsadlar törədə bilər. Ona görə də qeyri-demokratik yollarla hakimiyyətə gəlmək bizim üçün qəbuledilməzdir və biz hər zaman bu yolu seçən siyasi qüvvələrə qarşı olmuşuq və olacağıq.
-Seçki saxtalaşdırılacağı təqdirdə belə, xalqın öz seçdiyi qüvvələri hakimiyyətə gətirəcəyini qeyd edirsiniz. Bu da mahiyyət etibarilə, sizin qarşı çıxdığınız üsyan yolu deyilmi?
-Xeyr, bu, üsyan yolu deyil. Bu, xalqın öz səsi uğrunda dinc mübarizəsidir və iqtidarı məcbur edir ki, seçkinin nəticələrini tanısın.
-Bu, nəticə etibarilə üsyan deyil?
-Ümumxalq etirazı seçki prosesilə bağlı olarsa, üsyan yox, xalqın öz səsi uğrunda demokratik mübarizəsi sayılır. Bütün siyasi proseslər legitim əsaslara söykənməlidir. Üstəlik, xalq müxalifətə səs verərsə, iqtidar seçkini saxtalaşdıra bilməz. Hesab edirəm ki, bu gün seçkiyə qarşı çıxan siyasi təşkilatlar arxalarında ciddi xalq dəstəyinin olmadığını düşündükləri üçün boykot yolunu tuturlar. Onlar hiss etsələr ki, geniş xalq kütlələrinin rəğbətini qazanıblar, seçkilərə qatılmaqdan çəkinməzlər.
“...mübarizəni gərək kişi kimi aparasan”
-Yeri gəlmişkən, seçkilərdə namizədliyinizi hardan irəli sürməyi düşünürsünüz? Son zamanlar görünən budur ki, sizin Naxçıvan rəhbərliyi ilə münasibətləriniz gərginləşir. Belə çıxır ki, növbəti seçkiyə Naxçıvandan qatılmayacaqsınız.
-Biz bu barədə hələ qərar qəbul etməmişik. Siz bilirsiniz ki, Naxçıvandan namizədliyimi irəli sürdüyüm hər iki seçkidə YAP mənim qarşıma öz namizədini çıxarmayıb. Əlbəttə, mən bunu hər zaman yüksək qiymətləndirmişəm. Hesab edirəm ki, indi də real vəziyyəti yalnız seçki zamanı müəyyənləşdirmək olar. Mən də müvafiq qərarımı seçki prosesi zamanı verəcəyəm. Ordubaddan da namizədliyimi təkrar irəli sürəcəyimi istisna etmirəm.
-Yəni, bu da mümkündür.
-Əlbəttə.
-Yəqin razılaşarsınız ki, hər hansı konfliktin bir bəhanəsi, bir də səbəbi olur. Naxçıvanla konfliktinizin kökündə, ilk baxışdan, Muxtar Respublikadakı ictimai-siyasi vəziyyəti tənqid etməyiniz dayanır. Bəziləri isə bunu bəhanə sayır və hesab edirlər ki, konfliktin əsl səbəbi hakimiyyətdaxili parçalanmalardır. Bu görüşə görə, siz hakimiyyətin digər qanadına meylli siyasətə üstünlük verirsiniz, bu da Naxçıvanda narazılıqla qarşılanır. İddialar nə dərəcədə doğrudur? Ümumiyyətlə, hakimiyyətin daxilində parçalanmalar varmı?
-Hakimiyyətin daxilində iddialı insanlar var və bunu inkar etmək mümkün deyil. El arasında bir söz var: “Görünən dağa nə bələdçi?” Amma mənim hansısa hakimiyyətdaxili qruplaşmaya meyllənməyim barədə söyləntilərin ciddi əsası yoxdur. Açığını desəm, Naxçıvandan mənim müsahibəmə bu cür kəskin reaksiya veriləcəyini də gözləmirdim. Ona görə ki, mən dəfələrlə Naxçıvanla bağlı problemləri dilə gətirmişəm, hətta ordan deputat seçilməmişdən əvvəl də. Amma bu cür reaksiya ilə üzləşməmişəm.
Üstəlik, Naxçıvan haqqında fikirlərim həmişə tənqidi üslubda da olmayıb. Xatırlayırsınızsa, Vasif Talıbov təhqir olunanda onu ən səmimi şəkildə müdafiə edənlərdən biri də mən idim. İndi də bu mövqeyim dəyişilməyib və hesab edirəm ki, qeyrətsiz bir adamın Muxtar Respublikanın ali vəzifəli şəxsi haqqındakı fikirlərinə istinad edilərək, qara piar kampaniyası aparılması doğru deyil. Bu, o vaxt məni xeyli hiddətləndirmişdi və açıqlamamda bildirmişdim ki, mübarizəni gərək kişi kimi aparasan. Ona görə də Naxçıvanda bəzi rəsmilərin də iştirakı ilə mənə qarşı söyüş kampaniyası aparılanda xeyli təəcccübləndim. İnanmazdım ki, Muxtar Respublikada bu qədər dar düşüncəli, tərbiyəsiz adamlar nazir postu tuta bilərlər. Bir nazirin deputatı təhqir etməsi bir yana, üstəlik, ona irad tutur ki, sən niyə Naxçıvanın daxili işlərinə qarışırsan.
Əvvəla, heç bir qanunvericilik aktında yazılmayıb ki, deputat yalnız özünün seçildiyi dairənin problemləri ilə məşğul olmalıdır. Mən Goranboydan seçiləndə də Naxçıvanın problemlərini gündəmə gətirmişəm. İndi isə Naxçıvandan seçilmişəm və hər bir vicdanlı insan etiraf edər ki, qaçqınların problemini ən çox diqqət mərkəzində saxlayanlardan biri də mənəm.
İkincisi, Naxçıvan əhalisinin öz yurd-yuvasını tərk etməməsi üçün bu bölgəyə ciddi investisiya qoyulmasının vacibliyini dəfələrlə dilə gətirmişəm. Söhbət Naxçıvanın MR-in büdcəsinə ayrılan dotasiyadan getmir. Naxçıvanın iqtisadiyyatını dirçəltmək üçün bölgəyə əlavə investisiyalar qoyulmalıdır...
- Amma nədənsə, bizim cəmiyyətdə tənqidi fikirlər daha çox gözə batır. Niyə, Sizcə, kimlərsə başqalarından ancaq xoş sözlər gözləyir və kiçik bir tənqid süngüylə qarşılanır? Nə üçün hesab edilir ki, münasibətdə olduğun adamın yeganə vəzifə borcu “bəy tərifi” söyləməkdir? Özü də “bəy tərifi” müxalifət partiyasının liderindən gözlənilir. Bu, Naxçıvansayağı demokratiyanın təzahürüdür, yoxsa, bilmədiyimiz başqa səbəblər var?
-Kimsənin demokratiya barədə anlayışından asılı olmayaraq, mənim hansısa məsələyə münasibətimdə məqsədim “bəy tərifi” demək və ya tənqid etmək deyil. Həmişə hansısa problemdən, xüsusilə regionlarımızın, o cümlədən Naxçıvanın dərdlərindən danışanda obyektiv olmağa çalışmışam. Yadınızdadırsa, bir dəfə mən parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil. Mən bu məsələni qaldıranda Zifayət Əsgərov cavab verdi ki, guya mən bu çıxışla Naxçıvanda separatizmi stimullaşdırmaq istəyirəm...
Naxçıvanda separatizm stimullaşdırılır?!
-Anlamadım, Naxçıvanda nə separatizm var ki, hansısa qanuni tələb onu stimullaşdırsın?
-Bunu Ziyafət Əsgərovun özündən soruşarsınız. Hər halda mənə belə cavab vermişdi. Deməyim odur ki, mən Naxçıvan rəhbərliyinin yaxşı tərəfləri ilə yanaşı, Muxtar Respublikanın problemlərini də gündəmə gətirmişəm. Çıxışlarımın birində demişdim ki, əvvəllər Ordubadda konserv zavodu, baramaçılıq fabriki, Yaycıda, Əbrəqunusda şərbaçılıq zavodları var idi, indisə onların heç biri işləmir. İnsanlar iş yerlərini itirib, ona görə də Naxçıvanı tərk edirlər. Bu köçlərin qarşısını almaq üçün Naxçıvana sərmayə qoyulmalıdır. Mən Naxçıvanın iqtisadi inkişafı barədə konkret təkliflər irəli sürmüşəm. Məsələn, demişəm ki, Naxçıvanda maşınqayırma zavodu olduğu halda, Neftçalada yeni avtomobil zavodu açmağa nə ehtiyac var? Yaxşı olar ki, Çin şirkətləri ilə (yeri gələndə Çin texnologiya baxımından İrandan qat-qat çox inkişaf etmiş ölkədir) danışıqlar aparıb Naxçıvana investisiya cəlbi üçün bölgədə minik avtomobili istehsal edən mərkəz yaradılsın. Gəncədə isə kənd təsərrüfatı texnikaları və yük avtomobilləri istehsalı müəssisələri qurmalıyıq. Mən bu fikirləri təkcə axırıncı müsahibəmdə deməmişəm. Ondan əvvəlki müsahibələrimdə dəfələrlə bu problemləri qaldırmışam. Hətta demişəm ki, biz Avropanın qabaqcıl avtomobil şirkətlərini bu işə cəlb etməyə çalışmalıyıq. Azərbaycanda elektrik mühərrikli avtomobillərin istehsalı müəssisələri yaratmalıyıq. Həmin avtomobillərin bir çox hissələri Naxçıvanda istehsal olunmalıdır. İstənilən vicdanlı jurnalist kiçik bir araşdırma aparıb mənim dediklərimi ortaya çıxara bilər. Dəfələrlə qaldırdığım bu kimi məsələlər heç bir qıcıq doğurmayıb. Son müsahibəmin qıcıq doğurmasının səbəbi isə mənə də aydın deyil və doğudandan da ictimaiyyətdə müxtəlif şübhələrin yaranmasına səbəb olur. Bəziləri düşünürlər ki, ölkədə nəsə baş verir. Mənim fikrimcə isə, heç nə baş vermir. Sonuncu müsahibəmdə sadəcə olaraq hökumətin bizə verdiyi statistik rəqəmləri açıqlamış və şərh etmişdim. Demişdim ki, Naxıvan öz büdcəsinin cəmi 21.7%-ni daxili resurslar hesabına təmin edə bilir. Özü də gömrük orqanları vasitəsi ilə toplanan vəsaitlər bu yığımlara daxildir. Rəsmi statistik məlumatlara əsaslanıb Naxçıvan iqtisadiyyatının 83 milyon manat vergi ödəmək gücündə olduğunu vurğulamışdım. Görünür, düşünüblər ki, həmin rəqəmlərin mənim tərəfimdən təkrar səsləndirilməsi obrazı dağıdır və ona görə bu cür rezonans doğurub. Amma bu rəqəm gizli deyildi. Hökumətin özü tərəfindən bütün deputatlara paylanmışdı və rəsmi internet resurslarında da bu məlumatlar var. Sözləri varsa hökumətə desinlər. Həm də bir müsahibə obrazı dağıdırsa, deməli o real deyil və ciddi problemlər var. Mən Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində də saysız-hesabsız təkliflər verirəm, amma heç vaxt belə münasibətlə üzləşməmişəm.
-Özünüz də etiraf edirsiniz ki, fikrinizə cavabın aqressivliyi sizdə də təəccüb doğurub. Deməli, ictimaiyyətdə bu konfliktin hakimiyyətdaxili parçalanmalarının inikası, necə deyərlər, çölə sızıntısı kimi qəbul olunmasında haqlı məqamlar var. Siz hər şeyi təkcə öz arşınınızla ölçməyin. Ola bilər, Sizin mövqeyinizdən asılı olmayaraq, Naxçıvan rəhbərliyində doğrudan da belə bir qənaət formalaşıb ki, Qüdrət Həsənquliyev istiqamətini dəyişib.
-İstisna etmirəm. Açığını desəm, mən özümə qarşı münasibətin dəyişilməsinin əvvəllər də şahidi olmuşdum. İkinci dəfə mən ordan deputatlığa namizədliyimi irəli sürəndə hiss edirdim ki, Naxçıvan rəhbərliyi bundan narazıdır. Müsahibə münasibətin açıq ifadə olunmasına həm də bir bəhanə oldu. Məsələn, mən əvvəllər Naxçıvana gedəndə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşümüzdə heç bir problem olmurdu. Vasif Talıbovla görüşür, insanların problemlərini, arzu və xahişlərini ona çatdırır, öz fikirlərimi deyirdim. Amma sonradan hiss etdim ki, münasibətlərdə müəyyən soyuqluqlar yaranıb. Bununla belə, müsahibəyə bu formada aqressiv münasibəti gözləmirdim.
-Qüdrət bəy, dərd burasındadır ki, Sizi Naxçıvandan deputat verməsələr, mürtəce birinə mandat verəcəklər. Belə deyək, küçə ritorikası ilə danışan nazir də sizi əvəz edə bilər. Məni ən çox bu problem narahat edir. Niyə Naxçıvandan çıxan siyasilər və məmurlar cəmiyyətimizə mürtəce qüvvə obrazında təqdim olunurlar və onlar da sanki bu rolu məmnuniyyətlə oynayırlar? Naxçıvanlıların üzərində mənfi obraz yaradılması nəyə hesablanıb və hansı nəticələr doğura bilər?
-Vallah, mən hesab etmirəm ki, naxçıvanlı məmurların hamısı mənfi obrazda cəmiyyətə təqdim olunurlar və mürtəce insanlardır. Onların içərisində Prezidentə və dövlətçiliyə sadiq çoxlu mütərəqqi insanlar var. Bundan başqa ,əgər ordubadlılar özlərinə məndən daha hazırlıqlı , onların və ölkənin problemlərini məndən daha yaxşı ictimaiyyətin və siyasi rəhbərliyin diqqətinə çatdıra bilən millət vəkili seçsələr, mən bu seçimə hörmətlə yanaşaram. Mən burda da bir problem görmürəm və millət vəkili olmaq mənim anlıma yazılmayıb.
Siyasətdə mənfi obrazların meydana çıxmasına gəldikdə isə bu, hansısa bölgənin insanlarına deyil, bütün regionlara xasdır və bir çox hallarda insanların imkanları ilə gözləntiləri arasındakı fərqdən doğur. Bilirsiniz ki, zamanla bəzi insanlar böyük sərvət toplayırlar. Hədsiz sərvət, mütləq və nəzarətsiz hakimiyyət siyasi iddiaları artırır, insanlara da münasibəti dəyişir. Bəziləri görəndə ki, gözləntiləri özünü döğrultmur, əsəb gərginliyi keçirir, aqressivləşirlər. Öz məqsədlərinə çatmaq üçün onlar həm daxili, həm xarici qüvvələrlə müəyyən işlər aparır,ziyalıları öz ətraflarına cəlb edib siyasi təsir dairələrini genişləndirməyə can atırlar. Bunun üçün böyük pullar xərcləyirlər, görəndə ki, səyləri istənilən effekti vermir, daha qabiliyyətli biri önə çıxır ,onun gələcəklə bağlı bütün ümidlərini puç edir, o zaman acıqlarını çıxmağa, mənfi enerjilərini tökməyə adam axtarırlar. Adətən, belə vəziyyətlərdə nifrinlərin töküldüyü ünvan daha konstruktiv insanlar olur. Fikirləşirlər ki, mənfi enerjilərini bu cür insanların üstünə tökməklə rahatlaşarlar. Hesab edirəm ki, bu məsələdə hikkəni, cəsarəti, qətiyyəti ,təkəbbürlülüyü mənə göstərmək lazım deyil. Kimin nə iddiası varsa, Prezidentin dediyi kimi açıq şəkildə ortaya qoysun. Amma bütün bu hoqqabazlıqlardansa tərbiyəli və savadlı insanları toplayıb səsləndirilən təklifləri top tüfənglə qarşılamaq əvəzinə onlar öyrənilərsə və real iş görülərsə iddiaları daha rahat həyata keçirmək olar.
-Aydındır, demək istəyirsiniz ki, başqasına duyulan etiraz Sizə yönəldilib. Amma niyə məhz Sizə? Açığı, bunu yalnız Sizin daha zəif siyasi dəstəyinizlə əsaslandırılması inandırıcı görünmür. Qəzəbin töküləcəyi daha zəif ünvanlar da var.
-Mənim üçün də bu anlaşılmazdır. Sizə açıq deyim ki, mən ilk dəfə deyil, bu vəziyyətlə qarşılaşıram. Mən siyasi fəaliyyətlə məşğul olmağa başlayandan bir neçə dəfə bənzər hallarla üzləşmişəm və həmişə öz-özümə fikirləşmişəm ki, kiminsə ölkənin siyasi rəhbərliyi ilə problemi varsa, nifrinlərini niyə mənim üstümə tökürlər? Mən ki, Prezidentin qardaşı deyiləm, əmisi oğlu deyiləm. Görünür, onlar mənim siyasi mövqeyimin, məsələlərə münasibətimin necə olduğunu bildiklərindən üstümə gəlirlər. Mən dövlətçiliyimizə, ölkəmizin gələcəyinə təhlükə hesab etdiyim məsələlərə qarşı qətiyyətli mövqe sərgiləyən adamlardan biriyəm. Yəqin bunu nəzərə alıb mənimlə uğraşırlar. Mən zamanında yox deməklə çoxlarını gələcək fəlakətlərdən qurtarmışam. Amma olsun, insan doğulanda Allah hər kəsə bir tale bəxş edir. Hər bir siyasətçinin də öz taleyi var. Görünür, mənim də taleyim, missiyam budur.
-Naxçıvandan politoloq Anar İbrahimov adlı şəxs Sizin ittihamlarınıza cavab verdi. Bilmirəm oxudunuz, ya yox? Oxudunuzsa, bu cavabı qənaətbəxş hesab etdinizmi?
(Ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|