Prezidentə çatan məktublarda Ağsu başçısını bitirən faktlar – Bir klanın sonu…
Tarix: 11-03-2019, 10:41 | Çap et
Prezident Ağsuda vətəndaşların şikayət məktublarını özü bir-bir onlardan aldı, nəzarətə götürdü, həllinə vəd verdi. Bu, əslində, Ağsuda illərlə yığılıb qalaqlanmış problemlərin bir hissəsiydi. Rayonu çapıb-talayan məmur ordusu vəziyyəti o həddə gətirib çıxarmışdı ki, insanların son güman yeri dövlətin başçısı idi. Elə də oldu. Çünki rayonun başçısı Ənvər Seyidəliyev, bacısı oğlu olan sabiq nazir Səlim Müslümov və yaxınları Ağsunu on ildən yuxarıdır ki, tar-mar etməkdədir. Reportyor.info yazır ki, əhalini bu vəziyyətə gətirib çıxaran hansı səbəblərdən başlasan azdır: Ağsu DSMF işçisi Altay Sarıyevin rüşvət istəməsindən, 6 azyaşlı uşağı olan Cəsarət Qarayevin sosial yardım ala bilməməsindən,3-cü qrup əlil OrxanKərimovun başçı müavini İqbal Mikayılovun qəbuluna gedib, özünə və xəstə anasına yardım etməməsindən, yoxsa tövləsi yanan, təsərrüfatı tələf olan çarəsiz -şəhid bacısının müraciətinə laqeyd yanaşılmasından danışaq – bunlar Ağsuda icra başçısının yarıtmaz idarəçiliyinin doğurduğu nəticələrin bir qismidirlər.
Ə.Seyidəliyev – S.Müslümov tandemi, dayı-bacıoğlu qruplaşmasının fəaliyyəti yalnız özlərinə xidmət edib. Onlar qohum-əqrəbalarını vəzifələrə yerləşdiriblər, həmin məmurlar isə Ağsunun camaatının şikayətlərinə baxmayıblar, rayon “barıt çəlləyi”nə çevrilib. Bu sosial zülmün mənzərəsi idi ki, sakinlər əldə məktubları prezidentə çatdırdılar. Belə demək mümkünsə, o məktublar Ağsu icra başçısının qələminin qırılmasına verilmiş fərman ola bilər.
Çətin ki prezident ayağında 2 milyard yeyinti olduğu iddia edilən rüşvətxorluğa son qoymayan keçmiş nazir S.Müslümovun dayısı Ə.Seyidəliyevi vəzifədə saxlasın. Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda S.Müslümovun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda zarafata salıb deyirlər ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. Ağsuda Səlim Müslümovun 60 hektar, Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi də var. Pisi budur ki, onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndisə iş elə gətirib ki, onların da zəhmət haqqını vermirlər. Səlim Müslüovun digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın rayon filialının müdiridir. Xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə “Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiridir. Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pensiyaçı olsa da, rayon pambıq qəbulu məntəqəsində müdirdir. Səlim Müslümovun dayısının arvadı Şəhrəbanu Məlikova Ağsu Mərkəzi Xəstəxanasının baş həkimidir. Siyahı çox uzundur, biz ümumi motivi çatdırdıq. Ki, Ağsu əhlinə zülm edən bir klan rayonda heç bir abadlıq-quruculuq həyata keçirməyib, kəndlilərin torpaqlarını əlindən alıb, sahibkarlara “divan tutub”. Belə bir idarəçilik axıra qədər həyatda qala bilməzdi. Prezidentə çatan məktublar Ə.Seyidəliyevin sonunu tam yaxınlaşdırdı. İndi nazir qohumu da yoxdur və ölkə başçısı Şamaxının ardınca bu bölgəyə də yeni, gənc idarəçi təyin edəcək. Reportyor.info xəbər verir ki, rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə icra başçısını digər bacısı oğlu, nazir Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətinə verilib. İcra başçısının Teymur Seyidəliyev adlı qardaşı isə qeyri-rəsmi ödənişlərin toplanmasına nəzarət edir. Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılıb, əldə edilən maliyyə vəsaitləri mənimsənilib. Girdiman çayında S. Müslümovun drabilkası və daş karxanası var. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib. Ənvər Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri var. Bu rayonu özəl obyekti kimi istifadə etməkdə davam edir. Təzə tikilən xəstəxana üçün ayrılmış məbləğin müəyyən hissəsi Ənvər Seyidəliyev tərəfindən mənimsənilib. Belə çirkli pullar hesabına, Bakıda – Badamdarda və Mərdəkanda hər birinin dəyəri 4-5 milyon olan 2 villası var. Ənvər Seyidəliyev rayonun iqtisadi inkişafına, su-kanalizasiya tikintisinə ayrılmış dövlətin 51 milyon manatı hara xərclədiyi hələ də məlum deyil. Əldə etdiyimiz xəbərlərə görə, prezidentlə görüşdə məktub verən Ağsu sakinlərinin nədən şikayət etdikləri ciddi şəkildə araşdırılır. Həmin faktlar icra başçısının qanunsuz əməllərini ortaya çıxara bilər. Yeri gəlmişkən, bu günlərdə 7gun.az yazmışdı ki, Eldar Mahmudov vaxtılə yüksək vəzifə səlahiyyətlərindən istifadə edərək Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyevin və qohumu Xəzər Müslümovun cinayət məsuliyyətinə cəlb edilməmələri üçün göstəriş vermişdir. Bəzi məlumatlara görə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Xəzər Müslümovdan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edərək götürmüşlər. Ənvər Seyidəliyev onun cinayət məsuliyyətindən yayındırılması üçün Eldar Mahmudovla görüşmüşdür. Xəzər Müslümov İsmayıllı rayon Maliyyə İdarəsinin rəisi Nadim Müslümovun oğlu və Səlim Müslümovun qardaşı oğludur. Bütün bu dosye, faktlar, iddialarla bağlı Ağsu RİH-nin mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|