MTK-lar sakinlərdən sanki «xərac» toplayır - ETİRAZ
Tarix: 3-10-2019, 12:01 | Çap et
Sakinlərin “JEK”, komendant bəlası bitmir. Bəzisi adı var, özü yox Mənzil İstismar Sahələrindən narazıdır, bəzisi də binaların komendantından. Hər ikisini də sakinlərdən pul toplayıb heç bir iş görməməkdə günahlandırırlar. Bu halda sakinlərə deyiləcək bir söz var: binanın idarəçiliyini niyə üzərinizə almırsınız? Çünki belə təcrübə var.
Xatırladaq ki, Mənzil Məcəlləsinə edilmiş dəyişikliyə əsasən çoxmənzilli binaların sakinləri yaşadıqları binanın idarəçiliyində özləri iştirak edə bilər. Məqsəd çoxmənzilli, həmçinin kooperativ binanın idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasıdır.
Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanır, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması halları məsuliyyət yaradır.
Məsələ ilə bağlı «Şərq»ə danışan Bələdiyyələrin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, vətəndaşların binaların idarəçiliyinə cəlb olunması məsuliyyət yükünü artırır:
- Bilirsiniz ki, binaların idarə olunmasında yeni sistemə keçilib. Hələ 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində binaların idarəçiliyinin sakinlərə tapşırılması əksini tapmışdı. Amma vətəndaşların passivliyi səbəbindən proses hələ də uzanır. Binaların idarəçiliyinin vətəndaşlara tapşırılması, mülkiyyətçilərin müştərək cəmiyyətlərinin yaradılması məsuliyyət yükünü artırır. Belədə vətəndaşın da üzərinə vəzifə qoyulur. Sakinlər artıq binanın idarə olunmasında iştirak edir, kommunal xidmət haqlarının təyinatı üzrə ödənməsi prosesində aktiv rol alırlar. Məqsəd, məram da vətəndaşın məsuliyyət yükünün artırılmasıdır. Məsələn, Bakının Binəqədi və Nəsimi rayonlarında bu sistem artıq tətbiq edilir.
V.Tofiqli kommunal xidmət haqlarının qeyri-obyektiv təyin edilməsi hallarının mövcudluğundan da danışdı:
- Problemlər var. Vətəndaş bilməlidir ki, kommunal xidmət haqları qanunvericiliyə uyğun olaraq Tarif Şurası tərəfindən müəyyən edilir. Heç bir tikinti kooperativinin də özbaşına qiymət təyin etmək hüququ yoxdur. Qanun buna yol vermir. Mənzil-tikinti şirkətlərinin kommunal xidmət haqlarını düzgün təyin etmədiyindən narazılıqlar çoxdur. MTK-lar sakinlərdən sanki «xərac» toplayır. Halbuki xərclər xeyli azaldıla bilər. Məsələn, texnologiyanın inkişaf etdiyi bir vaxtda mühafizəçiyə nə ehtiyac? Müşahidə kameraları bu vəzifəni yerinə yetirir. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz.
Qiymətləri differensiallaşdırmaq da olar. Həqiqətən də, bir-iki, yəni, aşağı mərtəbələrdə yaşayan sakinlər liftdən az və ya heç istifadə etmirsə, nəyə görə onlar lift xidməti haqqını yuxarı mərtəbələrdə yaşayanlar qədər ödəməlidirlər? Müasir zamanda bu məsələlər fərdi qaydada həllini tapmalıdır. Necə ki, sakinlər elektrik enerjisi, təbii qaz, su israfına görə fərdi qaydada ödəniş edirlər, çoxmərtəbəli binalarda da bəzi xidmət haqları fərdi qaydada hesablana bilər.
Əsas isə, sakinlərin binaların idarə olunmasında iştirakıdır. Sakinlər passivlikdən əl çəksələr, narazılıqlar da azalar, problemləri də qısa zamanda həllini tapar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
|