Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

Vüsal Kərimli BACARMADI... - İTTİHAM
Tarix: 1-05-2020, 10:37 | Çap et
Vüsal Kərimli BACARMADI...
Hazırda fəaliyyətindən ciddi narazılıq edilən strukturlar siyahısında “liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq. Yaradılma səbəbi əslində paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad olduğunu düşünənlərin sayı artmaqdadır. Cumhuriyyet.az xatırladır ki, Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra hər kəsdə nəhayət nəqliyat sektorunda irəliləyişlərin olacağına dair ümüdlər yaranmışdı. Amma…
BNA Ziya Məmmədovun “qoçularının” modern formasıdır?
Amması ondan ibarətdir ki, 2016-cı ildən fəaliyyətə başlayan Bakı Nəqliyyat Agentliyi müsbət mənada heç nəylə yadda qalmadı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir. Daha bir maraqlı nüansı cumhuriyyet.az olaraq diqqətə çatdıraq ki, BNA nəqliyyat sistemindəki problemləri həll edə bilmədiyi halda tez-tələsik avtomobillərin parklanması məsələsini “tənzimləmək” qərarına gəldi. Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar. Bəs sürücülərin ucdantutma cərimələnməsi (bəzi hallarda isə haqsız olaraq – sfera.az) BNA mövcud problemi həll edirmi? Yaxud həll edə biləcəkmi? Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki karantindən öncə paytaxt küçələrində tıxac problemi yaşannırdı. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Cərimələrin tətbiqi isə davamlı olacaq. Nəzərə alsaq ki, BNA-nın nizamnaməsində göstərilir ki, yığılan dövlət büdcəsinə ödənməsi kimi bir məcburiyyəti yoxdur, o zaman mənzərəylə bağlı yarımçıqlıq tamamlanmış olur. BNA rəhbərliyi bu yolla “tamah dişinin” ağrısını kəsməyə çalışır.
Məlumat üçün bidirək ki, bu heç də yeni ssenari deyil. Əksinə sabiq nəqliyyat naziri Ziya Məmmədovun açdığı cığırla irəliləmək eşqidir. Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi. İndi BNA və BNA rəhbərliyi də zamanında Məmmədovun üsulundan yararlanır. Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Maraqlı olan isə həm də budur ki, tutaq ki, avtomobil hərəkətdə olarkən nasazlığın yaranması səbəbindən maşın yolun kənarına çəkilirsə, həmin avtomobilin sürücüsünə də cərimə yazılır ki, bunu heç bir məntiqlə izah etmək olmaz. Bunun yalnız bir adı var: özbaşınalıq.. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. BNA sanki “baha qiymət, keyfiyyətsiz xidmət”i öz fəalliyyətinin əsas devizi olaraq qəbul edib. Bu sahədə problemlər olduğu kimi qalır. Nəqliyyat Nazirliyinin ləğvi, BNA-nın fəaliyyətə başlaması heç nəyi dəyişmədi.
İnsanlar dayanacaqlarda qalır, agentlik isə 3 il möhlət istəyir
Pik saatlarda paytaxt dayanacaqlarında yüzlərlə sərnişin avtobus gözləyir, marşrut isə tapılmır. BNA artıq 3 ildir fəaliyyət göstərir. Problemin həlli üçün qurum hələ 3 il də səbr etməyi məsləhət görür. BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli 6 noyabr 2018-cı il tarixində verdiyi açıqlamanı cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Paytaxtda bir çox marşrut xətləri bir-birini təkrarlayır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, bu, ekologiyanın çirklənməsi deməkdir. Ölkə rəhbərliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Bu, bizim təklifimizdir. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir qədər çox avtobus sıxılmış təbii qazla işləyəcək”.
Təklif olaraq Vüsal Kərimlinin dedikləri adama xoş gəlir, amma bu işlər üçün hələ 3 il də gözləmək lazımdır. Hətta ölkə başçısı Bakıda avtobus parkının yenilənməsi üçün ötən ilin avqust ayında 47 milyon 924 min manat ayırıb. Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) ayrılan vəsait hesabına 300 ədəd sərnişin avtobusu almalıdır. Vəsaitin ayrılmasından 5 ay keçsə də, hələlik sözügedən avtobuslar paytaxta gətirilməyib, gətirilibsə də, ictimaiyyətin xəbəri yoxdur.
BNA-nın “protokol biznesi”
BNA nəqliyyat sistemindəki problemi həll etməmiş indi də minik avtomobillərinin parklanması məsələsini “tənzimləmək” qərarına gəlib. Paytaxtın küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar. Qurumun rəhbəri Vüsal Kərimli hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Yəni, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb. Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Hər halda 2 ayda 1 milyon manat az vəsait deyil.
Bununla yanaşı, Vüsal Kərimli televiziyalardan birinə müsahibəsində qurum tərəfindən 8500 taksiyə lisenziya veriləcəyini deyib. Qurum rəhbəri bildirib ki, paytaxtda fəaliyyət göstərmək üçün bu sayda taksi kifayət edir. V.Kərimli bunu işsizliyi aradan qaldıran amil kimi də dəyərləndirib. Amma nəzərə alsaq ki, Azərbaycanda avtomobili olan hər 5-6 nəfərdən biri taksi fəaliyyəti göstərir, bu, kifayət qədər böyük rəqəmdir. Təkcə taksi şirkətlərinin balansında 8500-ə qədər, bəlkə də daha çox avtomobil var. Deyək ki, bu şirkətlərdə fəaliyyət göstərən taksilərə lisenziya verildi, bəs yerdə qalanlar nə edəcəkə Görünən odur ki, onların fəaliyyəti qanunsuz hesab olunacaq və qadağa tətbiq ediləcək. Qadağaları pozanlar isə aidiyyatı üzrə cərimələnəcək. Yəni, qurumun bu layihəsi də əslində təqdim olunduğu kimi işsizliyi aradan qaldırmayacaq, əksinə sürücülərin narazılığına səbəb olacaq, işsizlərin sayını daha da artıracaq. Bu gün taksilərin fəaliyyəti ictimai nəqliyyat sisteminin bərbad olduğunu göstərən amilə çevrilib. Məsələn, Bakı-Sumqayıt-Bakı, Səməd Vurğun bağı-Hövsan, “Əhmədli”metrostansiyası-Hövsan, Suraxanı-Hövsan, 20 Yanvar-Əzizbəyov, 20 Yanvar-Neftçilər və digər istiqamətlərə “1 manat”lıq taksilər artıq neçə illərdir ki, müştəri qıtlığı çəkmədən fəaliyyət göstərir. Təbii ki, bunun obyektiv səbəbləri var. Marşrut qiymətləri bahalaşandan sonra bu taksilərə tələb daha çox artıb. Əgər Vüsal Kərimlinin dediyi kimi, 8500 taksi lisenziya alarsa, o zaman digər taksilər sıradan çıxacaq. Nəticədə, insanlar BNA-nın qiyməti baha, xidməti yüksək olmayan marşrutlarından istifadəyə, sürücülər isə evdə oturmağa məcbur qalacaqlar. Ekspertlər hesab edir ki, taksi fəaliyyəti göstərən hər bir sürücüyə lisenziya verilməli və onlar gəliri müqabilində vergiyə cəlb olunmalıdır. Cərimələr də nəqliyyat sistemini tənzimləmək üçün çıxış yolu deyil. Bunu Nəqliyyat Nazirliyinin timsalında hər kəs görmüşdü. Nəqliyyat Nazirliyinin saxladığı “qoçu” dəstələrinin taksi sürücülərini hədəfə alması acı nəticələr doğurmuşdu. BNA-nın bu istiqamətdə gördüyü işlər də inkişafa aparmır, bu sahəni Nəqliyyat Nazirliyinin zamanındakı duruma qaytarır.
BNA bununla yanaşı, parkinqlərə də nəzarət edir. Artıq bununla bağlı rəsmi məlumat da var. Parkinq qiymətlərinin bahalaşmasının ilk siqnalını da elə Vüsal Kərimli özü verib. “Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 ay üçün avtomobilə 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir. Hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur. Həmin parklanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”, -BNA rəhbəri deyib.
Qeyd edək ki, parklanma ilə bağlı məsələ onsuz da daim sürücülərin etirazına səbəb olub. Bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksində qanunvericilikdə nəzərdə tutulan 0-20 dəqiqə dayanmaya görə ödənişin alınmaması məsələsi ləğv olunub. Qurum bu qərara özünəməxsus şəkildə aydınlıq gətirib: “Bildiyiniz kimi, avtovağzal ərazisinə 2 tərəfdən giriş mövcuddur. Bu səbəbdən tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər. Avtovağzal xüsusi ərazidir, qeyd etdiyim məqsədlər üçün buradan istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. Vətəndaşın avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir. Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı”.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tariflər isə belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla, ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər. BNA-nın parklanma ilə bağlı planları da pul qazanmaqdan o yana keçməyəcək. Qurum artıq rəsmi olaraq bildirib ki, paytaxta qeydə alınan 10 min parklanma ərazisindən 480-nı rəsmiləşdirib, qalanlarının da rəsmiləşdirilməsi üçün işlər aparılır. Yuxarıda da qeyd olunan məsələ, yəni qiymətlərin artırılması baş verərsə, bu da minlərlə avtomobil sürücüsünün narazılığına səbəb olacaq. Sürücülər əlavə xərcə düşəcək, BNA isə daha çox vəsait qazanacaq.
Ölkənin nəqliyyat sisteminə nəzarət edən bütün qurumlar sanki əhalini narazı salmaqda yarışa giriblər. Milyonlarla vəsaitlərin ayrıldığı bu qurumların fəaliyyəti yalnız vəd verməkdən ibarətdir.
İflasa uğramış sarı tor layihəsi
Bakı Nəqliyyat Agnetliyinin tıxac və sıxlığın qarşısını almaq məqsədilə yolayrıclarında yeni nişanlanma xətti – sarı tor şəbəkənin tətbiq etməsinə gəlincə, bu da uğursuz layihələrdən biridir. Ekspertlər qeyd edir ki, işıqforlar normal tənzimlənsə, sarı torlara ehtiyac qalmaz. “Bakı Nəqliyyat Agentliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi həqiqətən də ortaya intellekt qoyub işıqforların rejimini şəhərdəki sıxlığa görə düzgün müəyyən etsə, düzgün tənzimləsə, yol polisi hər yol kəsişməsində dayanıb qayda pozanı cərimələməklə məşğul olmaz. Təsəvvür edin, işıqforu nizamlayacaq qurum – BNA qalıb kənarda, yol polisi yolu başqa şəkildə nizamlamaq məcburiyyətindədir. BNA yollarda belə sarı şəbəkə yaratmaqdansa, bir neçə maarifləndirici sosial çarx çəksəydi, daha yaxşı olardı. O zolağın orada olması nəyi dəyişəcəkə Bu boyda həngaməyə ehtiyac yox idi”, -nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Artıq sarı tor layihəsi demək olar ki, iflasa uğradı, gündəmdən düşdü. BNA-nın sürücülərə cərimə yazmaq üçün qurduğu “tor” yalnız ayrılan vəsaitlərin asfalta döşənməsinə səbəb oldu. Görünən odur ki, BNA-nın ləğv olunması fəaliyyət göstərməsindən daha səmərəlidir. Ekspertlər hesab edir ki, bu qurumun fəaliyyətinə ehtiyac yoxdur. Marşrut xətləri, o cümlədən parkinq yerləri ərazi üzrə bələdiyyələrin balansına verilməli və BNA ləğv olunmalıdır. Bu, həm də bələdiyyələrin gəlir əldə etməsinə səbəb olacaq ki, hazırda buna çox böyük ehtiyac duyulur. Milyonların “asfalta döşənməsindənsə”, yaxud insanları narazı salan xidmətlərdənsə, bələdiyyələrin vəsait əldə edib əhaliyə xidmət göstərməsi daha məqsədəuyğun sayılmalıdır.
cumhuriyyet.net/









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru