Camaat canının hayına qalanda... - İLGİNC FAKT
Tarix: 1-06-2020, 09:53 | Çap et
Məlum olduğu kimi koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb.Mart ayının 24-dən Respublika ərazisində elan olunmuş xüsusi karantin rejimi bir müddət sonra yumşaldıldı. Xüsusi karantin rejimi dövründə fəaliyyəti dayandırılmış bir çox dövlət müəssisələrinin fəaliyyəti artıq bərpa olunsa da, orta məktəblərin və Ali təhsil müəsisiələrənin fəaliyyəti qeyri müəyyən vaxta qədər uzadılıb. Buna baxmayaraq şagird və tələbələrin dərsə davamiyyətini artırmaq məqsədi ilə təhsil ocaqları onlayn şəklində tədris prosesini davam etdirirlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bu yöndə nə kimi tədbirlər həyata keçirdiyi bizlərə bəlli olmasa da,xüsusi karantin rejimi dövründə bir neçə satınalma prosedurunu reallaşdırması barədə bizlərdə dəqiq məlumatlar var. Akademiyanın 11.03.2020-ci il tarixdə nəqliyyat vasitəsinin alınması üzrə keçirmiş olduğu tenderin qalibi “Rotary Motors” MMC elan edilib və tərəflər arasında 43400 manat dəyərində müqavilənin bağlandığı bildirilib.Karantin rejimində,Akademiyyanın qeyri müəyyən vaxta bağlandığı bir dövrdə 43400 manatlıq avtomobilin alınmasına zərurət var idimi və yaxud haradan yaranıb? O cümlədən Akademiyanın 04.05.2020-ci il tarixdə dəftərxana ləvazimatları,təsərrüfat malları,katric və tonerlərin satınalınması üzrə keçirfiyi tender proseduru da.Qeyd edək ki, Akademiya bu tenderə 150305.41 manat dövlət vəsaiti ayırıb və “Office Pro” MMC- ilə elə karantin rejimi dövründə satınalma müqaviləsi bağlayıb.Yenə sual olunur,təhsil ocağının qeyri müəyyən vaxta bağlandığı bir dövrdə 150305.41 manatlıq dəftərxana ləvazimatının təcili satınalmasına ehtiyac var idimi?
Aktualinfo.org-un araşdırmalarına görə satınalmaların elektron portalında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının satın almaq istədiyi nəqliyyat vasitəsi barədə əlavə heç bir məlumat yerləşdirilməyib. Elanda qalib şirkətin adı “Rotary Motors” MMC -nin adı göstərilsə də, podratçı təşkilatın VÖEN-i (1500374911) İdman Akademiyasına məxsus olduğu üzə çıxdı. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə yuxarıda göstərilən VÖEN İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.04.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aid olduğu göstərilir. Qanuni təmsilçisiniin Hacıyev Fuad Hacı oğlu göstərilən qurumun hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 98 qeyd olunub.Bu ünvanda da təbii ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yerləşir.
“Rotary Motors” MMC-yə gəlincə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə 2 saylı Ərazi Vergilər Baş İdarəsində 13.11.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb.(VÖEN 1401240691) Qanuni təmsilçisi 1984-cü il təvəllüdlü Rəhimova Arzu Firdovsi qızı olan MMC-nin 100 manat nizamnamə kapitalı var.Hüquqi ünvanı isə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi göstərilir.
İnternet resursları üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlara görə “Rotary Motors” MMC “Mazda”markalı avtomobilin satışı ilə məşğuldur.Azərtac İnformasiya Agentliyinin 31 oktyabr 2024-cü il tarixdə yaydığı məlumata görə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları avtomobilin “İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür” məzmunlu reklamının istehlakçıları çaşdırdığını müəyyən ediblər. Bununla əlaqədar reklamın sifarişçisi olan “Rotary Motors” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılarkən avtomobilin kreditlə əldə edilməsi üçün 40 faiz ilkin ödənişin tələb edilməsi barədə informasiyanın gizlədildiyi, eləcə də reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu aşkarlanıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Mazda CX-9” markalı avtomobillərin satışını həyata keçirən və qeyd olunan reklamların sifarişçisi “Rotary Motors” MMC-yə 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Akademiyanın şübhə doğuran ikinci tenderin qalibi “Office Pro” MMC- isə Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 17.07.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Füzuli Ramiz oğlu,hüquqi ünvanı isə Bakı şəhəri,Nərimanov rayonu,Əhməd Rəcəbli 3 unvanda yerləşdiyi göstərilib.Qeyd edək ki,2018-ci ildə dövlət qeydiyyatına alınmış bu 5 manatlıq MMC Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elan etdiyi tenderlərdən başqa heç bir qurumla anoloji xidmətlərin göstərilməsində iştirakçı olmayıb. Bu da MMC-nin birbaşa və yaxud da dolayısı yollarla akademiyanın rektoruna bağlılığından xəbər verir. İndi bilmirik, 2015-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmiş Fuad Hacıyev bunu təsdiq edəcək,ya yox.Bir də çox istərdik ki,Fuad Hacıyev 43400 manata aldığı avtomobilin markası barədə də məlumat verəydi.Həm də bu avtomobilin belə bir dövrdə,təcili alınmasının hansı zərurətdən yarandığını açıqlayaydı. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|