MƏRKƏZİ BANK əhali ilə banklar arasında "Ərəbzəngi" rolunu oynayır - GƏLİŞMƏ
Tarix: 5-06-2020, 12:08 | Çap et
COVİD-19 getdikcə səngiməyə başlayır. Lakin son 5 ayda bu pandemiyanın gətirdiyi sosial-iqtisadi bəlalar isə qalmaqda davam edir. Koronivurusun səngiməsini fürsət bilən bir çox dövlətlər isə dəyən ziyanların qısa zamanda aradan qaldırılması üçün hərəkətə keçiblər. Bu məsələdə yaxından izlədiyim qonşu ölkələr arasında qardaş Türkiyənin müəyyən etdiyi yol xəritəsi sözün həqiqi mənasında məni qürurlandırdı.Və hətta bir anlığa Türkiyədə yaşamaq kimi bir istək keçdi qəlbimdən. Niyə? Ona görə ki, pandemiyanın yaratdığı iqdisadi böhrandan çıxışın bundan yaxşı başqa yolunu təsəvvür etmək belə çətindir…
Məlumdur ki, iqtisadiyyatın güzgüsü bankdır. Əgər bir ölkənin iqtisadiyyatını sağlamlaşdırmaq və inkişaf etdirməki istəyirsənsə, onda ilk işə bankdan başlamalısan. Elə türk qardaşlarımız da bu cür edirlər. Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayraq bir neçə gün öncə ölkənin sosial-iqisadi həyatını əhatə edən 4 sahə üzrə kredit paketinin qüvvəyə mindiyini rəsmən elan etdi. 180 aya qədər uzun müddətli bu kredit paketləri əminəm ki, Türkiyəni əvvəlki dönəmlərdən daha sürətli inkişafını təmin edəcək. Çünki təklif olunan imkanlar faizli kreditdən daha çox dövriyyə vəsaiti funksiyasını yerinə yetirir. Təklif olunan kreditlərin aylıq faizi çox aşağıdır. Maraqlı məqamlardan biri isə dövlətin dəsdəklədiyi bu kampaniyada müvəkkil bankların çox məhdud sayda iştirakıdır. Hansıdır bu banklar? Ziraat Bankası, Halkbank, Vakıfbank və Ziraat Katılım və Vakıf Katılım bankları. Vəssalam…
Türkiyə turizm ölkəsidir. Hər il bu ölkəyə yüz milyonlarla turist gəlir. Eyni zamanda, yerli əhalinin də istirahəti dövlət üçün hər zaman prioritet olub. Ona görə də kredit paketində ən çox yer ayrılan sahələrdən birinin turizm sektorunun olması təsadüfi deyil. Belə ki, konkret gəliri olan hər bir vətəndaş müvəkkil banklara müraciət etməklə təklif olunan imkanlardan yararlana bilər.
Təklif olunan kredit paketində istehlak kreditlərinin tutumu xüsusi çəkiyə malikdir. Bura avtomobildən tutmuş, elektrik avadanlıqlarına qədər çox şey daxildir. Bu sektora təklif olunan kreditlərin müddəti 180 aya, həcmi isə 1 milyon lirəyə qədərdir. Faizlər isə aylıq 0,49-dan 0,79-a qədər dəyişir. Hökümətin əhali tərəfindən alqışla qarşılanan bu addımı sahibkarları da hərəkətə keçirib.
İstehlak bazarını canlandırmaq istəyən iş adamları əhaliyə müxtəlif güzəştlərlə alış-veriş təklifi edirlər. Məsələn,”Hürriyyet” qəzeti yazır ki, ölkənin mənzil bazarında yeni aksiyalara start verilib. Belə ki, bu gün ipoteka kreditilə mənzil alan vətəndaşa yalnız 2 ildən sonar ödəniş etmək imkanı verilir. Eləcə də müştəriyə real qiymətdən 10 faiz aşağı müqavilə təklif olunur.
Mən qardaş ölkədə pandemiya dövründə maddi sıxıntı çəkən əhaliyə təklif olunan bu kimi imkanların siyahısını bir qədər də uzada bilərdim. Amma mənim məqsədim Türkiyəni tərifləmək yox, belə təşəbbüsləri təşviq etməkdir.
Yəni bu imkanları bizim ölkəmizdə də yaratmaq olar. Bu hesabla da əhalinin vəziyyəti qısa zamanda stabilləşər və iqtisadiyyat dirçələr. Çox təəssüf ki, ölkəmizin maliyyə bazarında susqunluq və durğunluq hələ ki, davam etməkdədir. İstər Maliyyə Nazirliyindən, istərsə də Mərkəzi Bank tərəfindən hansısa təşəbbüsün olacağını da gözləmirəm. Çünki bizim cəmiyyətdə proseslərə cərrahi müdaxilə daha məqbul sayılır. Baxmayaraq ki, terapiya ucuz başa gələn müalicə üsuludur.
Cərrahiyyə isə müalicədən daha çox nəticəni aradan qaldıran bir yöntəmdir. Amma bəzi həkimlər üçün bu üsul daha sərfəlidir (xəstələr üçün yox). Bu gün bank-maliyyə sektorunda da Mərkəzi Bank cərrahiyyə üsuluna daha çox üstünlük verir. Son 5 ildə 20 bankın ləğv edilməsi (öldürülməsi) fikrimin əyani sübutudur. Ən pisi də odur ki, Mərkəzi Bank xəstə düşən bankı müalicə yolu (yəni maddi və hüquqi yardım yolu ilə) ilə sağaltmaq imkanı olan zamanlarda dayanıb, durur. Elə bil bankların qəsdən ölümcül vəziyyətə düşməsini istəyir. Gecikən müdaxilə isə heç də hər zaman uğurlu olmur. Çünki cərrahiyyə yolu çox zaman son ümid kimi qəbul edilir.
Üstəlik gecikmiş müdaxilə digər orqanlara da sıradan çıxarır. Necə ki, bağlanan banklar əhaliyə və sahibkarlara yüz milyonlarla manat ziyan vurdu. Nəticədə Milli Bankın bank-maliyyə sektoruna qarşı tutduğu cərrah mövqeyi həm ölkə iqtisadiyyatını çökdürür, həm də əhalini çətin duruma salır. Burda bir xatırlatma etmək istəyirəm. 2016-cı ildə baş verən 2 devalvasiya nəticəsində ölkə iqtisadiyyatının və əhalinin itirdiklərini bu günədək bərpa etmək mümkün olmayıb. Bunun da ən böyük günahkarlarından biri Mərkəzi Bankdır. Devalvasiyalardan sonra ekspertlər, mütəxəssislər həyəcan təbili çaldılar, Mərkəzi Bankı hadisələrə seyirçi olmamağa çağırdılar. Lakin Elman Rüstəmovun idarəsi deyilənlərin heç birinə reaksiya vermədi.
Nəticə nə oldu? Dollarla verilən kreditlərin (bunun qanunazidd olduğunu hələ demirik) qaytarılmasında çox ciddi problemlər yarandı. Banklarda likvidilik minuma endi. Əhalinin banka ödənişləri kəskin aşağı düşdü. Nəticədə, 2019-cu ildə Dövlər Başçısı bu məsələyə şəxsən müdaxilə etmək məcburiyyətində qaldı. Amma bank maliyyə sektoruna 2016-cı ildə dəyən ziyanın acısı bu günki iqtisadiyyatımızda açıq şəkildə görsənməkdədir. Əhali ilə banklar arasında dərin bir uçurum yaranıb.
Mərkəzi Bank özü üçün “qara” siyahı hazırlayıb. 2016-cı ildən adı bu “qara” siyahıya düşən müştərini isə Mərkəzi Bankın qorxusundan heç bir bank yaxın buraxmır. Mən əminliklə deyə bilərəm ki. 2010-2015-ci illər Azərbaycan iqtisadiyyatının ən çiçəklənən dövrü idi. Əhalinin həyat şəraiti ən yüksək səviyyəyə qalxmışdı. Orta hesabla bir ailənin büdcəsinə ayda min manatdan artıq vəsait daxil olurdu. Əhalinin sosial problemləri minimuma enmişdi. Əhali ilə banklar arasında gözəl etimad yaranmışdı. Əhaliyə təklif olunan faizlərin yüksək olması belə heç kimi qorxutmurdu. Kreditin əlçatanlığı yüksək faiz söhbətini unutdurmuşdu. Lakin Mərkəzi Bankın səbatsız siyasəti hesabına 2016-2019-cu illərdə maliyyə bazarı çökdü. Bağlanan banklar yüzlərlə insanı da müflis etdi…
Çox təəssüf ki, Mərkəzi Bank hələ də olanlardan nəticə çıxarmaq fikrində deyil. Bank-maliyyə sektorunu Türkiyədəki kimi dirçəltmək əvəzinə əhali ilə bank arasında Ərəbzəngi kimi dayanıb. Bu gün bankın qarşısına şərt qoymaq ki, sən ancaq biznes krediti ver, bu, düzgün deyil.
Çünki istehlak krediti banklar üçün daha cəlbedicidir. Biznes kreditləri isə risklidir. Çünki biznes kreditinin faizinin aşağı, müddətinin uzun olmasına rəğmən istehlak kreditlərinin müddətinin qısa, faizi isə yüksək olur.
Ona görə də Mərkəzi Bankın bu məsələdəki mühafizəkarlığı maliyyə bazarını dalana dirəyib. Vəziyyət kritik olsa da, çıxış yolları var.
Birinci yol yuxarıda təşviq etdiyim Türkiyə variantıdır.
İkinci yol Mərkəzi Bankın amnistiya qərarı vermə yoludur. Əhalinin və sahibkarların çox böyük qismini əhatə edən “qara siyahı” yox edilməlidir. Banklarla əhali arasında itirilmiş etimad bərpa olunmalıdır. Əks təqdirdə hələ çox banklar bağlanacaq, çox əmanətlər batacaq…Ölkə iqtisadiyyatı da öz növbəsində daha çox geriliyəcək…. KONKRET.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|