Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz - əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib
Tarix: 7-07-2020, 11:54 | Çap et
DİA.AZ: - "3 gün öncə bir sıra saytlarda Qaradağ rayonu, Ələt qəsəbəsində kirayədə yaşayan 2-ci dərəcəli Qarabağ əlili, 27 yaşlı Rəhman Əzizzadənin DTX rəisi Əli Nağıyevə ƏƏSMN -in şöbə müdiri Vüqar Behbudovun 1-ci vitse-prezidentin tapşırığına əməl etməməsinə hüquqi qiymət verilməsi xahişi ilə müraciəti dərc olunub. Gözləmək olardı ki, ƏƏSMN rəhbərliyi dövlətə, onun 1-ci şəxslərinə qarşı təxribat xarakterli hərəkətlər edən, əlil, şəhid ailələrinin mənzil təminatını rüşvət korrupsiya predmetinə çevirməklə müharibə veteranlarını dövlətdən narazı salan Vüqar Behbudova, yumşaq desək, təpinəcək". Bu sözlər DİA.AZ-a Qarabağ qaziləri adından edilən müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Amma əlil vətəndaşın mətbuat vasitəsilə DTX rəisinə müraciətinə ƏƏSMN -in ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov hədələyici cavab verib ki, nazirliyin mövqeyi öyrənilmədən qazinin narazılığı dərc olunub. Əlilin müraciətinin yer almadığı saytlar da ƏƏSMN rəsmisinin “təkzibini” olduğu kimi səhifələrinə qoyublar. Beləliklə , DSMF-in adi bir şöbə müdirinin 1-ci vitse-prezidentin tapşırığına əməl etməməsi barədə 2-ci dərəcəli Qarabağ əlilinin DTX rəisinə şikayəti ƏƏSMN tərəfindən “mənzillə təmin olunmamaq haqqında narazılıq” kimi qələmə verilib. Sual olunur : MƏGƏR DTX RƏİSİNƏ MÜRACİƏT ETMƏK ÜÇÜN ƏƏSMN -DƏN İCAZƏ ALINMALIDIR ? Bir gözünü tam, o birini 50 faiz itirən Qarabağ qazisi mənzillə təmin olunması haqqında 1-ci vitse-prezidentin tapşırığına ƏƏSMN yanında DSMF-in adi bir şöbə müdirinin əməl etməməsinə görə DTX rəisindən tədbir görülməsini xahiş edir, ƏƏSMN -in rəsmisi isə onun 1-ci vitse-prezidentə və DTX rəisinə mənzillə əlaqədar müraciətini qanunsuz hesab edir! (?)
Onu da qeyd edək ki, Vüqar Behbudovun mənzil bölgüsü zamanı qanunsuzluğa, ayrı-seçkiliyə yol verməsi illərdir davam edir. Nazirlik buna son qoymaq əvəzinə vətəndaşın Konstitusiya ilə təsbit edilən müraciət etmək hüququna qadağa qoymaq yolunu tutub. Ondansa, əlil və şəhid ailələrinə tikilən evlərin şəhərsalma və tikinti normalarına uyğun inşa edilməsinə son qoymağı düşünmək, mənzillərə “kupça” verilməsini təmin etmək daha məqsədəuyğun olardı. Normativə görə, mənzillərdə divarların hündürlüyü ən azı 2,70 metr olmalıdır, amma bəzi evlərdə buna riayət edilmir. Eyvanın məhəccərinin hündürlüyü 50-60 sm olduğundan faciə ilə nəticələnir. Bir evin kanalizasiyası, həyəti, istirahət guşəsi yoxdur, o birinin qaz-telefon, internet xətti . Əlil oliqarx deyil axı, elektriklə yemək bişirilməsinə aylıq pensiyasını xərcləsin. Nazirlik mənzil təminatında neqativ hallara qarşı ciddi tədbirlər görməyə borcludur . Niyə Vüqar Behbudovun “rüşvət xeyir-duası” ilə hətta deputatlar, 3-4 villası olanlar Bakının mərkəzində mənzil yiyəsi olur, amma Rəhman Əzizzadə Qaradağda -Ələtdə kirayədə yaşayır? Niyə məcburi köçkün Qarabağ əlilləri Bakıda mənzil növbəsinə götürülür? Axı, məcburi köçkünlərin ayrıca mənzil təminatı həyata keçirilir? Elə bunun nəticəsidir ki, Bakıda qeydiyyatda olan aztəminatlı ailələr illərdir mənzil növbəsində həyatlarına son verməkdədirlər.
Fazil Talıbovun nazirliyin hazırda 2014-cü ilə kimi mənzil növbəsində olanları mənzillə təmin etmələri haqqında dedikləri də Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamının icra olunmamasını göstərir. Belə ki, həmin sərəncama əsasən, 2014-cü ilə kimi növbədə duran əlil və şəhid ailələri 2014-2018-ci illər ərzində mənzillə təmin olunmalı idilər. 2020-ci il başa çatır, hələ də prezidentin sərəncamı icra olunmayıb. Əksinə, 2019 -cu ilin yanvarında həmin sərəncama dəyişiklik edilərək, 2014-cü ilə kimi növbədə olanların 2014- 2028-ci illər ərzində mənzillə təmin olunmaları qərara alınıb. Prezident sərəncamı verir ki, əlil, şəhid ailələri tezliklə - uzağı 2018-ci ilə kimi mənzil yiyəsi olsunlar, ƏƏSMN prezidentin sərəncamını icra etməkdən imtina edərək mənzil təminatını 10 il geriyə -2028-ci ilə çəkib. Özü də bu “güzəşt” 2014-cü ilə kimi növbədə olanlara şamil edilir. Rəhman Əzizzadənin 2016-cı ildə növbəyə götürüldüyünü nəzərə alsaq, nəinki 2028-də, heç 2030-a kimi də mənzil yiyəsi olacağı sual altındadır. Elə buna görə də, əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib və. .. Vüqar Behbudov 1-ci vitse-prezidentin tapşırığına 2 ilə yaxındır əməl etmir. DTX rəisinə müraciətinə isə ƏƏSMN hədələyici tonda açıqlama verir!...
Qarabağ qaziləri olaraq ƏƏSMN rəsmilərinin qanunsuzluğuna etiraz edirik və Vüqar Behbudovun və digərlərinin barəsində tədbir görülməsini tələb edirik".
dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Bu gün, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
|