“Azercell”in müştəri məmnuniyyəti göstəricisi son altı ayda 90%-i keçdi
Tarix: 17-08-2020, 15:56 | Çap et
 DİA.AZ: - “Azercell Telekom” MMC 2020-ci ilin ilk yarısı üçün Əlaqə Mərkəzinə daxil olan müraciətlərin sayı və onların araşdırılması ilə bağlı nəticələri təqdim edib. Belə ki, cari ilin ilk 6 ayında ” Azercell-in Əlaqə Mərkəzinə 2.300.000 müraciət daxil olub ki, onların 2.210.000-i və ya 96% cavablandırılıb və müştərinin müraciəti üzrə məsələlər dərhal həllini tapıb. Aylar üzrə bu göstərici 90-98 faiz arasında dəyişib.
DİA.AZ xəbər verir ki, “Azercell”də cari ilin ilk yarısında xidmət səviyyəsinin göstəricisi ortalama 82% təşkil edib ki, bu, müasir dövrdə Avropa standartlarına əsasən çağrı mərkəzlərinin fəaliyyəti üçün yüksək nəticədir. Məlumat üçün bildirək ki, xidmət səviyyəsi - operatorun zəngi nə dərəcədə tez cavablandırması və müvafiq olaraq daxil olan müraciətin araşdırılması müddətinin qısalığını göstərir və mütləq şəkildə müştəri məmnuniyyətinə təsir etməklə yanaşı, təşkilatın imici üçün də əhəmiyyət kəsb edir. Həmçinin, Avropa standartlarına görə müştəri məmnuniyyəti göstəricisi 80%-dən yuxarı olmalıdır ki, son altı ayda “Azercell”də bu göstərici 90%- dən artıq təşkil edib
5 milyonluq abunəçi ailəsinin rahatlığını təmin edən “Azercell” ilk növbədə, müasir iş və yaşayış şəraitini nəzərə alaraq, abunəçilərinin müraciətlərini yeni platformalarda onlayn qaydada cavablandırır. Belə ki, 2019-cu ilin son rübündən etibarən “Azercell”in onlayn müştəri xidmətləri sahəsində cavab platformalarının sayı dəfələrlə artırılıb. “Kabinetim” tətbiqetməsinə çat bölməsi əlavə olunub ki, proqrama daxil olan müştərilər birbaşa bu çatda müraciətlərini çatdıra bilirlər; eyni zamanda Play Market və AppStore üzərindən abunəçilərin tətbiqlə bağlı rəy bildirmək və suallara cavab almaq imkanı da işə salınıb. Ötən ilin noyabrından etibarən online xidmət 24/7 iş rejiminə keçib; Facebook-da müştərilərin müraciətləri fərdi çatda birbaşa qəbul edilməyə başlayıb. Bununla yanaşı, 2020-ci ilin əvvəlində “Azercell” onlayn müştəri xidmətləri sahəsində yenilikləri təqdim edib, belə ki, abunəçilər arasında populyarlaşan yeni Telegram sosial şəbəkədə “Azercell Bot” yaradılıb və uğurla tətbiq olunur.
Rəqəmlərə gəldikdə, 2020-ci ilin ilk 6 ayında ötən ilin müvafiq periodu ilə müqayisədə “Azercell”ə daxil olan online müraciətlərin sayı təxminən 10 dəfə artıq olub. 2019-cu ilin ilk yarısında Online Çat vasitəsilə şirkətə 23 mindən yuxarı müraciət daxil olmuşdusa, bu il üçün bu göstərici 208 mindən çox olub. Keçən ilin dekabrında fəaliyyətə başlayan Facebook üzərindən fərdi çat sayəsində təkcə 6 ay ərzində 23.743 müraciətə baxılıb. Eyni zamanda, email vasitəsilə daxil olan və cavablandırılan müraciətlərin sayı da artıb: bu ilin 6 ayında email-la daxil olan 5538 məktubun hamısı cavablandırılıb. Bundan əlavə, Korporativ müştərilər üçün Telefon Mərkəzi ilk 6 ay ərzində - 49 min zəng və 16 min onlayn müraciət qəbul edib, Premium statuslu müştərilər üçün fəaliyyət göstərən xüsüsi Telefon Mərkəzi isə 55 min zəng qəbul edib. Beləliklə, 2020-ci ilin ilk yarısında “Azercell”in Əlaqə Mərkəzi kanalları vasitəsilə 2 milyondan artıq müraciət cavablandırılıb.
Xüsusi olaraq qeyd edilməlidir ki, son aylar ölkəmizdə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbindən “Azercell” şirkətinin Əlaqə mərkəzi gücləndirilmiş iş rejimində çalışır. İşçilər üçün dərhal evdən işləmə şəraiti yaradılıb. Karantin rejimini nəzərə alaraq, “Azercell Telekom” öz abunəçilərinə evi tərk etməməsi və insan sıxlığı olan yerlərə getməməsi üçün distant xidmət kanallarından istifadəni tövsiyə edib. Qeyd edək ki, Azərbaycanda mobil rabitə bazarının lideri, 5 milyon vətəndaşın seçimi olan “Azercell Telekom” MMC hər zaman müştərilərinin rahatlığını düşünür və daima müştəri xidmətləri sistemlərinin ən qabaqcıl və innovativ modellərinin təkmilləşdirilməsi və tətbiqi üçün çalışır.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|