Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...
Tarix: 11-11-2020, 09:48 | Çap et
Balakən sakini Şahin Dabaxov oktyabrın 7-də Suqovuşanda yaralanıb. O, doğma rayonunda məmur biganəliyindən narazıdır.
Şahin Dabaxov sentyabrın 21-də ehtiyatda olan hərbi qulluqçu kimi təlimlərə çağırılıb. Müharibənin ilk günündən döyüşlərdə iştirak etməyə başlayıb. 28 yaşlı döyüşçü oktyabrın 7-də yaralanıb. Qəlpə döş nahiyəsinə dəyib. Sonradan onu cərrahiyyə əməliyyati ilə çıxarıblar.
Şahin Dabaxovun bir neçə qabırğası da sınıb. Dediyinə görə, bu üzdən indi nə əyləşə, nə də uzana bilir: “Gəncə hospitalındaydım. Oktyabrın 14-də evə buraxıldım. Müalicə də evdə davam edir. Daha çox ayaqüstə qalmağa, gəzişməyə çalışıram. Qabırğalarım sındığına görə əyləşəndə və uzananda çox ağrı verir”.
Şahin Dabaxov rayon rəhbərliyinin ona heç bir diqqət ayırmadığını deyir. Gəncə hospitalında onun qayğısına qalıblar. Amma Balakəndə eyni diqqəti görməməyindən gileylənir: “Rayonda hörmətsizliklə qarşılaşdım. Ağır vəziyyətdəyəm, amma diqqət görmürəm. Cavan yaşımda ailəmin üstünə yarımcan gəlmişəm. Amma heç kəs mənimlə maraqlanmır. Gəlib soruşmurlar ki, nə kömək lazımdı, hansı həkimə aparaq səni? Heç nə görmürəm”.
Balakənli əsgər yaralandığına görə məzuniyyətə buraxılıb. Müalicəsini doğma yerlərdə davam etdirməli olub. Həkimə gedib, dərman yazılıb. Heç bir gəlir mənbəyi olmayan əsgərin dərmanlarına 47 manat lazım olub ki, onu da ödəyə bilməyib:
“İndiyə qədər heç kimə ağız açıb deməmişəm ki, filan işdə mənə kömək elə. Gedib icra başçısının müavinilə - Mehparə xanımla görüşdüm. Dedi ki, bizim büdcədə yaralı əsgərlərə yardım üçün vəsait nəzərdə tutulmayıb, belə tapşırıq verilməyib. Mənim ailəm var. Atam 60 yaşına çatıb. Gedib haradansa pul qazanıb gətirə bilmir o adam. Sonradan icra başçısı zəng vurub dedi ki, mən sənə o pulu verərəm. Onlara da dedim, məsələ təkcə 47 manatda deyil. Öz dərmanlarına 47 manatı tapa bilməyən adamın ailəsinin vəziyyətini təsəvvür eləsinlər. Mən istəyirəm ki, sağlamlığımla maraqlansınlar”.
Şahin Dabaxov hərbi təlimlərə yola düşəndən cəmi 12 gün idi ki, ailə qurmuşdu. Deyir ki, belə olacağını təsəvvür etmirdi, əvvəldən bilsəydi, ailə qurmazdı: “Əlimdə işim var idi, ev təmiri, inşaat işləri ilə məşğul olurdum. Qızıl taxtımız yox idi, amma ailəmi dolandırırdım. İndi üzüm gəlmir ki, 60 yaşlı atamdan pul istəyim. Siqaret çəkirəm, almaq üçün pul istəməyə utanıram”.
Balakən sakininin pensiya məsələsi hələ müzakirə olunmur. Onun sözlərinə görə, hospitaldan verilən sənəddə “qazi şəhadətləndirilməlidir” ifadəsi yer alıb: “Bir çox adamlara göstərdim. Belə başa düşdüm ki, əlilliyim tanınmalıdı. Amma sənəddə həm də o yazılıb ki, beş gün sonra cəbhəyə qayıtmalıyam. Bütün yaralılar kimi mənim evə buraxılmağım da məzuniyyət sayılır. Mən geri qayıtmalıyam, amma qabırğalarımın ağrısından yata bilmirəm”.
Şahin Dabaxov deyir ki, Balakəndə rayon rəhbərliyi təkcə ona biganə münasibət göstərmir. Başqa yaralı döyüş yoldaşından da xəbər bilən yoxdur: “Biri var, məndən də pis yaralanıb. Maddi baxımdan mənim günümdədir. Nə bələdiyyə maraqlanır, nə icra nümayəndəsi, nə də icra hakimiyyəti. Yazıq bir azyaşlı uşaqla kirayədə yaşayır. Yata bilmir, yuxu dərmanları alır ki, gözünü yumsun. Onun qapısını da açan yoxdu. Təkcə gəlib camaat xəbər bilir. Vəzifəli şəxslərdən heç kim gözə görünmür”.
Qeyd edək ki, artıq qarşı tərəf olaraq Balakən RİH məsələyə münasibət verib. Həmin açıqlamanı təqdim edirik: "DİA.az (Dünya İnformasiya Agentliyi) saytında 11 noyabr 2020-ci il tarixində yerləşdirilmiş “Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Balakən rayon Tülü kənd sakini Dabaxov Şahin Ələddin oğlunun yazıda qeyd etdiyi fikirlər əsassızdır. Belə ki, Şahin Dabaxov Balakən Rayon İcra Hakimiyyətində qəbul olunub, ona maddi və ərzaq yardımı göstərilib, ehtiyacı olan dərman preparatları ilə təmin olunub. RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şahin Dabaxovun evində bir neçə dəfə olmuş, problemləri ilə maraqlanmış və həlli istiqamətində tədbirlər görmüşlər. Həmçinin bildiririk ki, rayonda səfərbərliyə çağrılmış, müharibədə yaralanmış onlarla əsgərin və 22 şəhid ailəsinin müraciətinə həssaslıqla yanaşılır, onların problemlərinin həlli istiqamətində bütün mümkün tədbirlər görülür. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altındakı ərazilərimizin düşməndən azad edildiyi, Vətən müharibəsində qalib gəldiyimiz bir dövrdə bu cür tam araşdırılmamış yazıların saytınızda dərc olunması dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirə biləcəyini nəzərə almağınızı xahiş edirik. Vətən müharibəsi zamanı sosial media, online media və ümumilikdə Kütləvi İnformasiya Vasitələrində işıqlandırılan, cəmiyyətə təqdim edilən istənilən bu formatda informasiyadan düşmənimiz öz maraqları naminə istifadə edə bilər. Bu gün ən çox oxunan, etimad göstərilən bir xəbər saytı olaraq dia-az.life saytının rəhbərliyindən xahiş edirik ki, yuxarıda qeyd olunanları nəzərə alsın".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|