Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                 

Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ? - İLGİNC GƏLİŞMƏ
Tarix: 18-03-2021, 11:20 | Çap et
Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ?
Bu ilin fevral ayında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə birlik komandiri vəzifəsindən azad olunaraq ehtiyata buraxılan, bir müddət sonra isə həbs edilən general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu bəlli olub. Belə ki, bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, 2001-ci ildə Ukraynanın Kiyev şəhərində azərbaycanlı iş adamı Elçin Əliyevin qətlinin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərov azərbaycanlı iş adamı Elçin Əliyevi aralarında yaranmış münaqişə səbəbindən qətlə yetirib

Məlumatda deyilir ki, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. O da qeyd olunur ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Rövşən Telman oğlu Əkbərovun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”

Bu arada, “Azadlıq radiosu”nun yazdığına görə, mərhum Elçin Əliyevin ailə üzvləri ötən 20 il ərzində dəfələrlə mətbuat konfransları keçirib, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına şikayətlər ünvanlayıb və Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər: “Onlar iddia edirdilər ki, Kiyevdə restoranda mübahisə düşüb, nəticədə Əkbərov ürəyindən vurduğu bir bıçaq zərbəsi ilə onu qətlə yetirib. O dövrdə Ukrayna prokurorluğu da Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərib. Məktubda göstərilib ki, qətl hadisəsində Əkbərovun iştirakına dair faktlar müəyyən olunub. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və bu ölkə ərazisində yaşadığına görə məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materialları da Bakıya göndərilib. Ukraynadan cinayət işinin materialları göndəriləndən sonra əvvəlcə Hərbi Prokurorluğa, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə (hazırkı İstintaq İdarəsi) verilib”. Bildirilir ki, mərhumun valideynlərinin ərizəsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsi də bu işi araşdırıb: “Məhkəmə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Belə nəticəyə gəlib ki, bu iş üzrə effektli araşdırma aparılmayıb. Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”.

“Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib?”

Gördüyünüz kimi, general-leytenant Rövşən Əkbərovun iş adamı Elçin Əliyevi qətlə yetirməsi hələ 20 il öncə bəlli olsa da, o zaman hökumət kimə və ya nəyəsə görə bunun üzərindən sükutla keçməyə üstünlük verib. Məhz elə bu səbəbdən də sabiq birlik komandirinin bu qədər uzun müddət sonra həbsi əksəriyyət tərəfindən siyasi qərar kimi xarakterizə olunur. “Hürriyyət” xəbər verir ki, mözvuya dair fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın sözlərinə görə, Rövşən Əkbərovun həbs səbəbi onun hərbi və ya dövləti cinayət, xəyanət əməli ilə bağlı ola bilər: “Rövşən Əkbərovun həbs olunması Azərbaycan ictimaiyyətində suallar dolu geniş müzakirələrə səbəb olub və olmalıdır. Orduda yüksək komandir vəzifələri tutmuş general-leytenantdır, milli qəhrəman fəxri adı, orden-medallar daşıyır. Ortada rəsmi həbs faktı var. Real, konkret səbəbi isə müxtəlif cür gümanlardır. Belə ki, həbs səbəbinin gümanlarına gəldikdə, 19 il əvvəl Əkbərovun Kiyevdə iş adamını qətl etməsi variantı elə də əsaslı real ehtimal yaratmır. Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib? Kiyevin tələbi indiyə qalıbsa, bu halda niyə Azərbaycan tərəfi bu saxlanmanı, ya dindirilmə, ya uzağı, ekstradisiya təşkil etməsin, ölkədə ağır cinayət törətmiş kimi ən sərt, 4 aylıq qətimkan tədbiri seçsin onun haqqında? Ukraynadan həmin qətl işi ilə bağlı şübhəli şəxs qismində sorğu tələbnamə olsaydı, Azərbaycan dövləti Əkbərova arxayın olub, bu qədər yüksək vəzifə, rütbə, fəxri ad və təltiflərə layiq bilərdimi? Və nəhayət, Rövşən Əkbərovun Kiyevdəki qətl barədə cinayət təqibi, narahatlığı olduğu halda niyə son vaxtlar var-dövləti, əmlaklarını, yaşayışını Kiyev, Ukraynaya köçürsün? Versiyaya, qarşı sual çox! Fikrimcə, bu məsələ ilə bağlı ilkin arama və analiz belə, general Rövşən Əkbərovun həbs səbəbi ehtimalını onun hərbi və olsun ki, dövləti cinayət, xəyanət əməl versiyası üzərinə yönəldir”.

“Kimliyindən, vəzifə və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, bu ağır ittiham ehtimalı böyüyərsə, o zaman digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər: “Əkbərovun 2-ci Qarabağ savaşına qədər orduda xüsusi yüksək qruplaşmada xüsusi yerə və “bildiyini edən”, ayrıca “statusa” sahib olması, ona və onunla birlikdə bir neçə yüksək vəzifəli hərbçiyə etimad edilməyib müharibə başlanan mühüm məqamda, ordu və müharibədən kənar edilməsi, ehtimal edilən cinayət əməlinin xüsusi ilə ağır olması səbəbindən vacib istintaq hərəkəti üçün maksimal, 4 aylıq həbs qətimkan tədbiri seçimi və mühüm dövləti xarakterli cinayət ola bilməsı ilə bağlı prokurorluğun həbsin səbəbini hələlik, tam açıqlamaması və s. bu ehtimala əsas verir. Bu ağır ittiham ehtimalı böyüyərsə, digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər. Və bu işin gedib Silahlı Qüvvələrin Baş Qərargahına, hətta məlum Tərtər işinə çıxması da mümkündür. Ancaq bütün bunlar ehtimal versiyadır və bunların cavabı istintaq imkanı daxilindədir. Ümid edək ki, istintaq-məhkəmə prosesində bu ehtimallar doğrulmasın və Rövşən Əkbərovun günahsız olduğu sübut edilib ədalət qarşısında öz adını, zabit şərəfini qorusun və biz də imkan qədər yüksək ad və çinli generalımızı itirməyək. Ancaq kimliyindən, vəzifəsi və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”.
//hurriyyet.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru