“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Əlilliyin təyinatı Sahil Babayevdən alınmalıdır... - Köhnə hamam, köhnə tasla uzağa gedə bilmərik...
Tarix: 16-06-2021, 12:09 | Çap et
Əlilliyin təyinatı Sahil Babayevdən alınmalıdır...
“Əlilliyin təyini ilə bağlı mövcud olan meyarlar kateqoriyalarla bərabər xəstəlikləri də nəzərə alırdı. Yeni meyarlar isə hansısa xəstəliklərə istinad etmir, ümumi istiqamət göstərir”.

İqtisadçı Toğrul Maşallı belə deyir.

Milli Məclis əlilliyin təyin olunmasının yeni meyarları qəbul edib.

Yeni qaydalara görə, əlillik dərəcəsi bədənin funksiyasının itirilmə faizinə görə hesablanacaq.

Qazilərin əlillik təyinatına gəlincə, onda fərq olmayacaq, amma pensiyalar fərqli hesablanacaq. Dəyişikliklərdən biri də ekspertizaya lazım olan sənədlərə baxılma müddəti ilə bağlıdır.

Hökumət nümayəndələri açıqlamalarında daim yeni qaydaların əlilliyin təyin olunmasındakı neqativ halların aradan qaldırmaq məqsədi güddüyünü bildirib.

Toğrul Maşallı deyir ki, indiki əsasnamədə hər problemin yanında mötərizədə "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı"na istinad edilərək müvafiq xəstəliklərin nömrəsi göstərilir.

Yeni təklifdə isə 6 əsas istiqamət var. Məsələn, neyroəzələ, skelet və hərəkətlə bağlı digər (statodinamik) funksiyaların pozulması - baş, bədən, ətrafların, o cümlədən sümüklər, oynaqlar, əzələlərin hərəkəti, statika, hərəkətlərin koordinasiyası pozuntusu").

İqtisadçı düşünür ki, bu, daha effektivdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tibbi qurum deyil və onun əsas vəzifəsi sosial müdafiədir.

Sosial müdafiə isə tibb sahəsi deyil, o, sadəcə, səhiyyənin verdiyi diaqnoza əsaslanır: “Nəticədə yeni meyara görə əgər xəstəlik müvafiq istiqamətə aiddirsə, deməli, insan avtomatik əlil olmalıdır”.

Toğrul Maşallı təəssüflənir ki, Azərbaycanda belə sistem işləməyəcək. Səbəb də ƏƏSMN və TSEK-dəki problemlərdir: “Məhz onların fəaliyyətində heç bir dəyişiklik nəzərdə tutulmayıb. Ümumiyyətlə, məntiqli olaraq indiki əlilliyin müəyyən edilmə sistemi də ləğv olunmalıdır. Başqa tərəfdən meyarlar bununla bitmir. Müvafiq təklifin 3-cü bölməsində "İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının təsnifatları" əlavə olunur. Qeyd etdiyim kimi, əlillik sadəcə tibbi göstərişlər üzrə yox, həmçinin sosial məsələləri də nəzərə almalıdır. Əgər bu cəhətdən düşünsək hər şey normal olmalıdır. Amma reallıqda bu istiqamət həddindən artıq bərbaddır”.

İqtisadçı təklifin 3.2.7-ci bəndini belə şərh edir: "Əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyifyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı". Elə bil ki, normaldır. Ondan sonra dərəcələr müəyyən olunur: “I dərəcəyə (yeri gəlmişkən, dərəcə məsələlərini də alt-üst ediblər. I dərəcə o keçmişdəki 3-cü qrupdur, üçüncü dərəcə keçmişdəki 1-ci qrup) dair qeyd olunub: "İş həcminin və peşəkarlığının, yükünün, gərginliyin azaldılması şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşə (vəzifə, ixtisas) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində daha aşağı səriştəli əmək fəaliyyətini həyata keçirməyin mümkünlüyü". Gəlin təsəvvür edək ki, mən futbolçu olmaq istəyirdim. Amma xəstəliyimlə bağlı futbolçu ola bilmədim (qaçmaq olmaz, ciddi fiziki işlərə cəlb olunmaq olmaz və s.). Nəticədə başqa sahəni seçdim və iqtisadçı oldum. İqtisadçının işi təhlil, araşdırma, şərhlərdən, çıxışlardan ibarətdir. Burada hər hansı digər bir fiziki gərginlik yoxdur. Ona görə öz əsas peşə (vəzifə, ixtisas) üzrə əmək fəaliyyətimin davam etdirə bilməmək riski ilə üzləşmirəm, adi iş şəraitində (yəni ofisdə, kafedrada və s.) işləməkdə problemlər ilə üzləşmirəm və s. Amma mən vaxtilə futbolçu olmaq istəyirdim”.

İqtisadçı hesab edir ki, yeni meyarlar ədalətli deyil: "İndi ƏƏSMN müəyyən etdiyi orqan nə deyəcək? Deyəcək ki, iqtisadçı kimi problemin yoxdur? Mən, əlbəttə, deyəcəyəm ki, yoxdur. Vəssalam, nəticədə əmək fəaliyyəti bacarığında problem yoxdur. Amma mən futbolçu olmaq imkanından məhrumam. Bunu ümumiyyətlə, nəzərə almayacaq. Yəni əlil insanın problemi odur ki, o öz sahəsində, bəlkə də, normal işləyir, amma bir çox sahələrdə çalışmaqdan məhrumdur. Bu da sosial məsələdir. Əslinə qalsa, yeni meyarların bir çox digər problemləri də mövcuddur. Hələ buna müvafiq qurumların interpretasiyası da əlavə olunur”.

Son dönəmlər ölkədə sosial müdafiə baxımından ən çox dartışılan məsələlərdən biri əlillikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.

Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb.

Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib.

Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru