Nəcməddin Sadıkov haqqında sensasion iddialar - “Nəcməddin Sadıkov əmr etdi ki, maşındakı meyitləri dərəyə at”
Tarix: 24-06-2021, 12:14 | Çap et
Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovla bağlı redaksiyamıza sensasion faktlar daxil olub. Vətəndaşlarımızın fikirlərini olduğu kimi dərc edirik:
Şəmkir rayon sakini, 1938-ci il təvəllüdlü Məmmədov Müzəffər Daşdəmir oğlu: “Oğlum Elçin 1992-ci ildə Qarabağ müharibəsində yaralanmışdı və o, Füzuli rayonundakı hospitalda müalicə olurdu. Mən onu ziyarətə getmişdim. Həmin hospitalda müalicə olunan yaralı bir əfqan zabiti mənə dedi: “Biz 10 (on) il (1979-1989) ruslarla döyüşdük. Onlar qələbə çala bilməyib vətənimizdən çıxıb getdilər. Bu Qarabağ müharibəsi isə bir oyundur sizə qurublar. Nə qədər ki, sizin milli orduda Rusiyaya meylli Nəcməddin Sadıkov kimi komandirlər var, itkiləriniz çox olacaq. Orduda təxribatlar və xoşa gəlməyən hadisələr baş verəcək. (Yeri gəlmişkən, Tərtər rayonunda baş vermiş olaylar ölkəmizi rüsvay edən, xalqımıza utanc gətirən hadisələrdən biridir)”.
Digər Şəmkir sakini, rayonun Dəllər qəsəbəsində yaşayan Tağıyev Vaqif Əşrəf oğlu N.Sadıkov haqqında çox ilginc və nifrət yaradan bir məlumatı (faktı) redaksiyamıza bildirdi: “Mən 1993-cü ildə könüllü olaraq hərbi xidmətə getdim. Xidmətimi Gədəbəy rayonundakı briqadada başladım. Hərbi xidmətə Dəllər qəsəbə sakinlərinin mənə hədiyyə verdikləri QAZ-66 markalı maşınla getmişdim. 1994-cü il fevral ayının 10-da briqada komandiri polkovnik Cahangir Rüstəmovun əmri ilə 20 nəfər əsgər ərzaq və hərbi sursatı maşına yükləyib Murovdağa getdik. Murovdağa gecə saat 3-də çatdıq. “Güzgü” adlanan ərazidə bizim post var idi. Keşikçilər maşını saxladılar və mənə dedilər ki, “Nəcməddin Sadıkov palatkadadır, get ondan icazə al, səni buraxaq mövqelərə getməyə”. Mən çadıra girib ondan icazə istədim. O, isə rus dilində mənə “net” (olmaz) dedi. Mən ona izah etdim ki, bizim briqadadan burada döyüşən bir batalyon şəxsi heyətə əlavə qüvvə, ərzaq və hərbi sursat gətirmişəm, icazə versin aparım. Bir də ondan xahiş etdim ki, ermənilər mənim maşınıma atəş açsalar, tabeliyində olan şəxsi heyətə bizi qorumaq üçün düşmənə cavab atəşi açmağı əmr etsin. N.Sadıkov mənim nə izahatımı eşitmək, nə də xahişimə əməl etmək istəmədi və elə “net” deyib durdu. Mən çadırdan çıxıb maşının arxa fanarlarının naqillərini kəsib yola düşdüm və bir kilometr getmişdim ki, ermənilər maşına atəş açmağa başladılar. Ancaq N.Sadıkovun durduğu istiqamətdən bizi qorumaq üçün ermənilərə cavab atəşi açılmadı. Düşmənlərin atdığı mərminin qəlpələri maşının “podpresi”ni sındırdı və başqa yerlərini zədələdi. Səhəri günü, yəni 1994-cü il fevralın 11-də geri qayıdanda maşında döyüşdə həlak olmuş 6 nəfər əsgərin meyiti var idi. Maşınımı yenə də general Nəcməddin Sadıkovun əmri ilə “Güzgü” postunda saxladılar. N.Sadıkov əli ilə yaxınlıqdakı dərəni mənə göstərib dedi: “Meyitləri o dərəyə tök”. Mən bizim millətə qarşı belə qeyri-insani, ögey münasibət nümayiş etdirən bu generalın əmrini yerinə yetirmədən, maşına oturub yüksək sürətlə Gəncə şəhərinə gəlib meyitləri hərbi hospitala təhvil verdim.
1994-cü il 10-11 fevralda iki dəfə “Güzgü” postunda olduğum zaman Nəcməddin Sadıkovun postda duran əsgərləri rus dilində söydüyünün və əsgərləri qəddarcasına döydüyünün şahidi olmuşam. N.Sadıkovun əsgərlərlə belə davranışını polkovnik Cahangir Rüstəmova məruzə etdim və bir daha Murovdağa getmədim”.
Dəyərli oxucular, Tağıyev Vaqif Əşrəf oğlunun xatırladığı bu tükürpədici olaydan sonra Qarabağ müharibəsindən geri qayıtmayıb, itkin düşmüş hesab olunan vətən oğullarının cəsədlərini N.Sadıkov kimi generallar və komandirlərin dərələrə atdırmağı normal insanı dəhşətə gətirir. Bu məqamda bir atalar misalını nəzərinizə çatdırmaq yerinə düşər. Atalar deyib: “Xain, xoflu, qəddar – zalım və qorxaq olur”. Allah bizi belələrindən qorusun!
Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüş, 20 mindən çox vətəndaşımız isə Şəhid olmuşdur. Nəcməddin Sadıkov kimi təxribatçı və satqın generalın və komandirin xəyanəti nəticəsində baş vermişdir.
Neçə illər Tərtər rayonunda baş vermiş olaylar uzun illər orduda xəyanətkarların fəaliyyəti vətəndaşları şoka salmış, ictimaiyyətdə dərin rezonans yaratmışdır. Bəs belə olan halda 25 il Azərbaycan ordusunda xidmət edən, vəzifə pillələrinə “liftlə qalxan” Nəcməddin Sadıkov haqqında KİV-də nə qədər yazılmalı, deyilməli və televiziya ekranında nə qədər fraqmentlər göstərilməlidir ki, o, öz yerini tapsın və nəyə layiqdirsə onu da alsın. Çünki o, nə qədər döyüş əməliyyatı aparıb heç birində də qələbə çalmayıb. Ancaq onun xəyanəti nəticəsində nə qədər igidimiz Şəhid, əlil olub. N.Sadıkov isə “general-polkovnik” olub.
Keçmiş Baş qərargah rəisinin xəyanətkar, təxribatçı olduğunu bütün Azərbaycan əhalisi bilir. O, yüzlərlə, minlərlə hərbiçilərimizin Şəhid olmasının, əlil olmasının və ərazilərimizin düşmən əlinə keçməsinin baiskarıdır. Bəs bu təxribatçı və xain general niyə həbs olunmur?! Yoxsa, Nəcməddin Sadıkov həbs olunmaqdan sığortalanıb?!
2017-ci il mayın 7-də baş Prokurorluq, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və Xüsusi Xidmət orqanları tərəfindən Müdafiə Nazirliyini Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı geniş miqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilmişdir. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə Hərbi Prokurorluqda cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanmışdır. Hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılmışdır.
DTX-nin sabiq rəisi “Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb” – demişdir. General Mədət Quliyevin bu fikrinə münasibətimi bildirmək üçün Nəcməddin Sadıkovla əlaqədar bir neçə hadisəni ictimaiyyətin nəzərinə çatdırmağı özümə mənəvi borc bildim.
Belə ki, 1992-ci ilin sentyabr ayının sonu (26 və ya 27) idi. Daxili Qoşunların Baş İdarəsidən bizi (bir batalyon şəxsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik-leytenant Nəcməddin Sadıkovun sərəncamına göndərdilər. Səhərə yaxın ( saat 4 – radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını mühafizə edən qaravul rəisinə gəlişimiz haqqında N.Sadıkova məruzə etmək istədiyimi bildirdim. O, isə “olmaz, komandir yatır, saat 7-də duranda məruzə edərsən”, – dedi. Mən etirazımı bildirərək, dedim “döyüş əməliyyatı gedən bölgədə komandir necə rahat yata bilər?” Mühafizəçi: “O, yatanda heç kim onu oyatmağa cürət etmir, özü nə vaxt istəsə onda da oyanır dedi”.
N.Sadıkov oyanandan sonra batalyonun ( taborun) şəxsi heyətini sıraya düzüb, ona məruzə etdim. O, isə şəxsi heyətlə salamlaşdıqdan sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib axırda dedi: “Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək kimdir”.
Onun bu sözləri məni həm əsəbləşdirdi və həm də məyus etdi. N.Sadıkovun milliyyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirib dedim: “Komandir briqadasının çıxışı batalyonun (taborun) şəxsi heyətində ruh düşkünlüyünə səbəb ola bilər. Onun bu çıxışı təxribat xarakteri daşıyır”. N.Sadıkovun müavini isə əli ilə mənə “sus” işarəsi göstərib, asta tonla dedi: “Neyləyək, bu belə adamdır, belə komandidir”.
N.Sadıkovun göstərişi ilə batalyonun (taborun) iki bölüyünün şəxsi heyəti ağır döyüşlər gedən kəndlərə göndərildi. Məni isə bir bölüyün şəxsi heyəti ilə “Vəng, Çıldıran” və “Dovşanlı” kəndləri istiqamətində mövqelərimizdə sağ qalmış şəxsi heyəti dəyişməyə (əvəz etməyə) göndərdi. Eyni zamanda, müavininə əm etdi ki, kapitan Nağıyevin ( yəni mənim) dəstəsinə 3 (üç) günlük quru yemək (suxoy payok) hərbi sursat və bir ədəd də Radiostansiya verilsin. Mən isə N.Sadıkovdan xahiş etdim ki, mövqelər dağlıq ərazidə meşədədir, hərbi sursat bizə biraz çox verilsin, radiostansiya sıradan çıxa bilər, əlaqəmiz sizinlə kəsilə bilər. O isə bildirdi ki, narahat olma kapitan Nağıyev. Həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş şiddətlənsə sizə kömək göndəriləcək. Lakin N.Sadıkovun bizim dəstəyə 3 (üç) günlük quru yemək verilməsi məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində nəsə xoşagəlməz (təxribat) xarakterli olayın baş verəcəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) “OMON”un tərkibində bölük komandiri kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi qazanmış və bəzi təxribat xarakterli hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti qərarım nəticəsində həmin olayların, təxribatların qarşısı alınmışdır.
Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu dağlıq ərazidə komandirsiz, özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (soyadını unutmuşam) ayağından yaralandı. Həkimi qərargaha göndərdim. Rabitəçi – radist əsgər aparatın işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.
Üçüncü gün atışma tədricən şiddətləndi və düşmən ağır artilleriya qurğularından da (silahından) istifadə etməyə başladı. Bizim kordinatlarımızı onlar dəqiq bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıkovun bizə 3 (üç) günlük quru yemək verilməsini xatırladım. Zirehli maşınlara ağır yaralıları yığdırıb onları qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq. Hava artıq qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də meşədən 10-15 km aralanmışdıq. Qəfildən “dayan, kimdi gələn” komandası eşitdik. “Özümüzünkülər” – deyə onların kim olduğunu soruşdum. Dedilər biz “OMON”çularıq. Mən soyadımı deyəndə onlar məni tanıdılar. Çünki mən 3 ay olardı Daxili Qoşunun tərkibində xidmət etmək üçün “OMON”dan keçmişdim. Onlardan xahiş etdim ki, bizə nəqliyyat vasitəsi verin, bizi Yevlaxa aparsın, N.Sadıkovun haqqında mən şəxsən özüm Daxili İşlər Naziri İsgəndər Həmidova məruzə edəcəm. “OMON”çular bizə, yəni 11 nəfər çay-çörək verdikdən sonra Yevlax şəhərinə getməyə maşın da (avtobus) verdilər. Balakən-Bakı qatarı ilə Bakıya Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: “Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”.
Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar.
(Ardı var)
Hazırladı: Bəhlul ORUCOĞLU,
Araşdırmaçı jurnalist //HURRİYYET.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
|