"Bunlara görə Sabirabad DAİM-in direktoru Yaqubov Heydər Mirağa oğlu məsuliyyət daşıyır..." - Prezidentə müraciət olundu
Tarix: 25-08-2021, 12:20 | Çap et
DİA.AZ: - Saatlı rayon Mollavaizli kənd sakini Asim Əvəz oğlu Əliyev ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli Cənab Prezident! Bildirirəm ki, Azərbaycan Respublikası Ali Qanunu Konstitusiyasına və İnformasiya əldə etmək haqqında Qanuna əsasən Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Yaqubov Heydər Mirağa oğluna 12 iyul 2021-ci il tarixində elektron qaydada (İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən) informasiya sorğusu ünvanlamışam. Sorğunun ünvanladığım günü Sabirabad DAİM-in direktoru Heydər Yaqubov Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq mənə imzalanmamış, tarix və qeydiyyat nömrəsi qoyulmamış qanunsuz cavab məktubu göndərib. Dəfələrlə şikayət etsəmdə bu günə kimi Heydər Yaqubov həmin məktubu mənə qanuni formada göndərməmişdir. Bu şəxs Kənd Təsərrüfatı Nazirliyində kimlərəsə arxalanaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi Qanun və Fərmanları pozur. Kənd Təsərrüfatı Nazirliyi isə dəfələrlə şikayət etməyimə baxmayaraq bu hala hələdə susur. Qeyd edim ki, Sabirabad DAİM-in direktoru Heydər Yaqubova ünvanladığım informasiya sorğusu Azərbaycan Respublikasının Konstitusiyasına, İlham Heydər oğlu Əliyevin Prezident olduğu müstəqil, unitar, demokratik, dünyavi, Azərbaycan dövlətinin qanunlarına istinad edilməklə tərtib edilmişdir. Məqsədim və amalım Azərbaycan Dövlətinə, Azərbaycan Prezidentinə dəstək vermək, Onun daxili və xarici siyasətinə əks olan özbaşınalıqlara qarşı mübarizə aparmaq, məmur özbaşınalığını ifşa etməkdir. Bir çox şkayətlərimdən sonra, Sabirabad DAİM-in direktoru Heydər Yaqubov mənə yalnız sorğudan yayınmaq məqsədi ilə ümumi müddəalardan ibarət görüntü xatiri daşıyan məktub göndərmişdir (19.08.2021-ci il tarixli 329 saylı). Cavaba öz etirazımı bildirmək məqsədi ilə bütün verilmiş cavabların qanunsuz olmasını birbir əsaslandıraraq Sabirabad DAİM-in direktoru Heydər Yaqubova cavabdan etiraz məktubumu ünvanlamışam. Nəzərinizə çatdırım ki, göndərdiyim bütün cavabların surətini Kənd Təsərrüfatı Nazirliyinə də ünvanlamışam. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun 6.1.9-cu və 10.4.8-ci maddələrinə əsasən Sabirabad DAİM-in direktoru Yaqubov Heydər Mirağa oğlu məsuliyyət daşıyır. Maddə 6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması; Maddə 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Maddə 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; Maddə 10.4.4. açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; Maddə 10.4.5. sorğuçuya kömək göstərməlidir; Maddə 10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Maddə 14.1.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; Maddə 14.1.2. sənədin üzünün köçürülməsi; Maddə 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; Kənd Təsərrüfatı Nazirliyinə və Sabirabad DAİM-in direktoru Heydər Yaqubova İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunlarını (maddə 14.1.1, maddə 14.1.2) əsas tutaraq məktub ünvanlamışam ki, mənə şərait yaradılsın mən Sabirabad DAİM-in binasında sənədlər üçün ayrılmış yerə daxil olaraq sorğumla bağlı sənədlərin surətlərini əldə edim. Lakin bu günə kimi mənə heç bir cavab verilməyib. Sabirabad DAİM-in direktoru Heydər Yaqubov bu qədər qanunsuz hərəkətlər etməklə yalnız Kənd Təsərrüfatı Nazirliyində olan “day-dayısına” güvənir. Hörmətli Ombudman! Hörmətli Baş Prokuror! Hörmətli Media Nümayəndələri! Cənab Prezidentimizin apardığı bu islahatlara mane olan Sabirabad DAİM-in direktoru Heydər Yaqubovun qanunsuz əməllərinin ifşa olunmasında sizdən xahiş edirəm ki, mənə öz köməkliklərinizi göstərəsiniz. Açıq-aydın bəlli olur ki, Sabirabad DAİM-in direktoru Heydər Yaqubovun mənim sorğumdan min bir bəhanə ilə yayınmasının əsas səbəbi onun Sabirabad DAİM-də etdiyi qanunsuzluqlar və dövlət əmlakını mənimsənilməsidir. Əgər belə olmasaydı Heydər Yaqubov bu günə kimi mənim sorğuma tam qanuni və düzgün cavab verərdi. Sizdən xahiş edirəm ki, media nümayəndələri ilə birlikdə mənim də iştirakım təmin olunmaqla Sabirabad DAİM-də ciddi yoxlamaların aparılması üçün öz tapşırıqlarınızı verəsiniz. Nəzərinizə çatdırım ki, Sabirabad DAİM-in direktoru Heydər Yaqubov barəsində Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm və məhkəmə 23 sentyabr 2021-ci ilə təyin olunub. Media nümayəndələrinin məhkəmədə iştirakını xahiş edirəm. Öncədən təşəkkürümü bildirirəm. İnformasiya əldə etmək haqqında Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir".
DİA.AZ bildirir ki, daha sonra narazı vətəndaş yoladığı informasiya sorğusunun mətnini də təqdim edib:
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cənab Yaqubov Heydər Mirağa oğluna Ünvan: Sabirabad rayonu, Qalaqayın kəndi Mobil: 050-213-04-72 E-mail: [email protected] İNFORMASİYA SORĞUSU Sorğu verən: Azərbaycan Respublikası Prezidentinin Dövlət Əmlakının Xərclənməsi və Dövlət Əmlakına İctimai Nəzarət Mexanizmlərinin həyata keçirilməsi üzrə İctimaiyyət Nümayəndəsi Asim Əvəz oğlu Əliyev Ünvan : Saatlı rayon Mollavaizli kəndi Mobil : (055) 393 94 13 E-mail : [email protected] Hörmətli cənab Heydər müəllim! Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında ”qanununa əsasən aşağıdakı məlumatları verməyiniz sizdən xahiş olunur. 1. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) 2019-2020 və 2020- 2021-ci illərdə fermerlərə ayrılan (əkin sahələrinin əkilməsinə görə) ssubsidiyanın tam həcmi nə qədər olub? 2. Sabirabad DAİM-in Sabirabad rayon ərazisində qeydə aldığı əkilmiş torpaq sahələrinin 2019-2020 və 2020-2021-ci illərdə sahəsi hektarla və həmin sahələrə görə ayrılan vəsaitin tam həcmi göstərilməklə. 3. Sabirabad DAİM tərəfindən monitorinq edilmiş əkin sahələrində (taxıl və digər bitgilər ayrı-ayrılıqda) nə qədər 2019-2020 və 2020-2021-ci illərdə əkin sahəsi olmuşdur? Əkin sahəsi kimi qeydə alınmış və dövlət tərəfindən ssubsidiya ayrılmış lakin əkin əkilməmiş sahə nə qədər olmuşdur? 4. Sabirabad DAİM tərəfindən fermerlərə ayrılan ssubsidiya hesabında nəğdləşdirilməsi qadağan olunmuş (kimyəvi maddələr, gübrələr və.s üçün) vəsaitlərin həcmi 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etmiş? Həmin kimyəvi maddələrin və gübrələrin torpağa verilməsinə DAİM tərəfindən necə nəzarət edilir? 5. Sabirabad DAİM-in fermerlərə əkin sahələri üçün ayırdığı gübrə və kimyəvi maddələrin ünvanına düzgün çatmaması və həmin aqreqatların qara bazarda və ya ayrı-ayrı işbazlar tərəfindən ələ keçirilməsi hallarını müşahidə etmisinizmi? Etmisinizsə hansı tədbirləri görmüsünüz? Bu qanunsuz əməllərdə siz də maraqlı olmusunuzmu? 6. Sabirabad DAİM tərəfindən fermerlərin əkin sahələrinə kimyəvi maddələrin və gübrələrin verilməsinə necə nəzarət edilir? Bu məqsədlə hansı komissiyanız fəaliyyət göstərir və bu işə məsul şəxs kimdir? 7. Sabirabad DAİM-in 2019-2020 və 2020-2021-ci illərdə dövlət tərəfindən ayrılmış daxilolmalar nə qədər təşkil etmişdir (manatla göstərilməklə)? Həmin vəsaitin xərclənməsini əks etdirən maliyyə arayışı? 8. Sabirabad DAİM tərəfindən dövlət hesabına verilən ssubsidiya vəsaitləri ünvanlara tam çatıbmı? Əkilməmiş neçə hektar torpaq sahəsi barədə yalançı bəyannamələr verilmişdir? Həmin bəyannamələrin verilməsində marağınız olmuşdurmu? 9. Sabirabad DAİM-də çalışan personal və müqavilə əsasında çalışan işçilərin ayrı-ayrılıqda (tutduğu vəzifə, yaş və təhsili göstərilməklə) sayı nə qədər olmuşdur? 10. Sabirabad DAİM-in nəznində olan texnikalar barədə məlumat? Onların günlük və aylıq istifadə etdiyi yanacaq (litr və qiymətlə göstərilməklə) nə qədər olmuşdur? 11. Sabirabad DAİM-in istifadəsiz vəziyyətə düşmüş texnikaları və matorluları barəsində məlumat? Həmin texnikanın istifadəsiz vəziyyətə düşməsini əks etdirən arayışlar? 12. Müqavilə əsasında meşəsalma və dövlət torpaqları ərazisində əkilmiş əkinlər üçün ssubsidiya ayrılıbmı? Ayrılıbsa nə qədər sahə üçün? Əkilən sahələr hansı mütəxəssisləriniz tərəfindən monitorinq olunub? 13. Qanun, Dövlət və meşə torpaqlarına, o cümlədən örüş sahələrini qanunsuz əkmiş şəxslərə ssubsidiya ayırmağa səlahiyyət verirmi? Vermirsə qonşu rayonların sərhədləri istiqamətində yüzlərlə hektar əkilmiş torpaq sahələrinin ssubsidiya bəyannaməsini Kənd Təsərrüfatı Nazirliyinə işçiləriniz tərəfindən necə məlumatı verilmişdir? 14. Fermerlərə ayrılan ssubsidiya vəsaitindən sizin payınız nə qədər təşkil etmişdir? 15. Fermerlərə ayrılan ssubsidiya-fermer kartlarında nəğdləşdirilməsi qadağan edilmiş vəsaitlərin qanunsuz yolla nəğdləşməsi üçün dostlarınız və qohumlarınızın adına təsis etdirdiyiniz MMC-lər barədə dedi-qodu, sözsöhbətlərə münasibətiniz? 16. Sabirabad DAİM-də kənd təsərrüfatı sahələrinə xidmət göstərmək məqsədi ilə qeydə alınmış MMC-lərin siyahıları? (Nə vaxt? Kimin təsis etdiyi MMC qeydiyyata alınıb və fermerlərə göstərdikləri xidmətə görə fermerlərin kartlarından silinən vəsaitin ümumi icmalı? Eyni zamanda hər bir MMC üzrə fermer kartlarından silinən vəsait 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etmişdir?
Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” qanununa əsasən şəhər, rayon və idarələrin büdcələrinin xərclənməsi eləcə də qanun pozuntuları ilə bağlı məlumatlar açıq məlumatlardır. Belə məlumatlar dövlət orqanlarının internet sayıtında yerləşdirilməlidir. Təssüf ki, bu məlumatları hələ ki, internet sayıtı vasitəsi ilə əldə edə bilməmişik. Bu məlumatlar ictimai önəmli məlumatlardır, ictiami əmlakdan necə istifadə olunması, ictimai vəsaitin necə xərclənməsi ilə bağlı bu məlumatları hər kəsin bilmək haqqı vardır. Belə məlumatların açıqlığı vətəndaşların dövlət orqanlarına, onun rəhbərlərinə inamını daha da artırır. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında ” qanunun 24.1-ci maddəsinə görə “İnformasiya sorğusu” ən qısa müddətə lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Həmin qanunun 14-cü maddəsinə görə, informasiya sahibi informasiya sorğusu vermiş vətəndaşa sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olmağa, sənədlərin üzünü köçürməyə, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətini çıxarmağa, stenoqramların və ya digər formada kodlaşdırılmış sənədləri oxunmaq üçün yararlı vəziyyətdə təqdim etməyə borcludur. Soruğu ilə bağlı hər-hansı bir sual yaranarsa mənim mobil telefonuma və [email protected] elektron poçtuma məktub göndərə və ya mobil nömrəmə zəng edə bilərsiniz. Qeyd: Qanun normalarına əsasən 7 iş günü ərzində informasiya sahibi cavab vermədikdə aidiyyatı üzrə Ölkə Prezidentinə, aidiyyatı dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququm vardır.
***
İddia olunanlarla bağlı dia-az.site olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16 |
|
|
|
• Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01 |
|
|
|
• Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59 |
|
|
|
• Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
• Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53 |
|
|
|
• "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51 |
|
|
|
• BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47 |
|
|
|
• Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42 |
|
|
|
• Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37 |
|
|
|
• “Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30 |
|
|
|
• Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26 |
|
|
|
• Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23 |
|
|
|
• Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20 |
|
|
|
• Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18 |
|
|
|
• Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09 |
|
|
|
• Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02 |
|
|
|
• İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00 |
|
|
|
• Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48 |
|
|
|
• Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?
Bu gün, 11:47 |
|
|
|
• Suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb - İTTİHAM VAR...
Bu gün, 11:45 |
|
|
|
• Etibar Məmmədov 50 millyondan şox soydaşımızın yaşadığı İranın bombalanması ehtimalından danışdı... - “Olacağa çarə yoxdur”...
Bu gün, 11:35 |
|
|
|
• “Özünü Aygünə oxşadır” deyənlərə Xatundan REAKSİYA - “Mən o qədər…”
Bu gün, 11:33 |
|
|
|
• Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31 |
|
|
|
• “Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26 |
|
|
|
• 2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21 |
|
|
|
• “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09 |
|
|
|
• “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07 |
|
|
|
• Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57 |
|
|
|
• Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
• Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44 |
|
|
|
• 4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39 |
|
|
|
• Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28 |
|
|
|
• BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26 |
|
|
|
• Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22 |
|
|
|
• Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11 |
|
|
|
• Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05 |
|
|
|
• "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01 |
|
|
|
• Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58 |
|
|
|
• Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57 |
|
|
|
• Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52 |
|
|
|
• Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47 |
|
|
|
• İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39 |
|
|
|
• Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37 |
|
|
|
• Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25 |
|
|
|
• Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21 |
|
|
|
|