Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                     Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                     Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... .....                     Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? .....                     COP29 ölkəmiz üçün böyük təcrübədir .....                     BRİKS müasir dövrdə ən perspektivli platformadır .....                     COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                     Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb .....                 

“Atamı Binəqədi İcra Hakimiyyətinin işçiləri öldürüblər” - İTTİHAM
Tarix: 12-10-2021, 12:00 | Çap et
“Atamı Binəqədi İcra Hakimiyyətinin işçiləri öldürüblər”
Binəqədi rayon Ağamirək İsfahani küçəsi, ev 9-da yaşayan Vəli Əhməd Tapdıq oğlu “Hürriyyət”in redaksiyasına müraciət edərək, atası Əhmədov Tapdıq Əhməd oğlunun öldürüldüyünü iddia edir. Oktyabrın 7-də özünü Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər Tapdıq Əhmədovun yaşadığı ünvana gələrək, evi sökməklə hədələyiblər. Evində təmir işləri aparan 68 yaşlı ahıl kişi tikinti işləriylə bağlı əvvəlcədən qəsəbə nümayəndəsi Qadir Məmmədov ilə razılığa da gəlib. Buna baxmayaraq, özünü Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər evi sökməyə israr ediblər. Daha sonra, Tapdıq Əhmədov onları evindən çıxardıb.

Bunu həzm edə bilməyən nümayəndələr əraziyə Post Potrul Xidmətinin (PPX) əməkdaşlarını cəlb ediblər. Əraziyə gələn polis əməkdaşları Tapdıq Əhmədovun ahıl şəxs olduğunu görüb, sözügedən ünvanı tərk ediblər. Bunun da faydası olmadığını görən evə zorla girməyə çalışan bir qrup şəxs əlbir olduqları sahə müvəkkilərini hadisə yerinə dəvət ediblər. Ahıl kişinin əsəbləşdiyini və əl-ayaqlarının əsdiyini görən şəxslər, hadisə yerini bir göz qırpımında tərk ediblər. Anında heç bir müdaxilə edilməməsi səbəbindən Tapdıq Əhmədov hadisə yerində dünyasını dəyişib. Hadisənin tam təfərrüatlarını mərhumun oğlu Vəli Əhməd "Hürriyyət"ə danışıb:

"Oktyabrın 7-də atam Əhmədov Tapdıq Əhməd oğlunu yaşadığı mənzildə Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri öldürüblər. Hadisə Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi, ev 9-da baş verib. Atam evinin yaşamağa yararsız vəziyyətdə olduğuna görə, Binəqədi rayon İcra Hakimiyyətinin ərazi üzrə qəsəbə nümayəndəsinə müraciət edib. Onlar nümayəndə göndəriblər ki, evə baxış keçirilsin. Baxış keçiriləndən sonra evin həqiqətən də yaşamağa yararsız vəziyyətdə olduğunu görüblər. Atama evi bərpa etmək üçün icazə veriblər. Özüm də bu evdə qeydiyyatdayam və yaşayıram. Atam evi bərpa etmək istəyərkən, Binəqədi rayon İcra Hakimiyyəti qoçu dəstəsini evimizə göndərib. Onlar gəlib qapını döyüblər. Atam həmin gün evdə istirahət edib. Atam qapını açanda, əvvəlcə kim olduqlarını soruşub. Deyiblər ki, İcra Hakimiyyətinin əməkdaşlarıyıq. Atam onlardan sənədlərinin olub-olmamasını soruşub. Heç bir sənədlərinin olmadığını deyiblər. Niyə gəldiklərini soruşduq da isə "evi sökməyə gəlmişik" deyə cavab veriblər. Atamla söhbətlərində bizim onlara pul verməli olduqlarını deyiblər. Nəticədə, atam onları evdən çıxardıb.

Daha sonra sözügedən şəxslər gedib, evin əvvəlcədən yararsız vəziyyətdə olduğuna qərar verən şəxslə yenidən evimizə gəliblər. Atam həmin şəxsi tanıdığına görə evə buraxıb. Həmin şəxslə birlikdə digər şəxslər də fürsətdən istifadə edib evə daxil olublar. Daha sonra atam onları evdən qovmaq istəyib. Onlar isə Post Patrul Xidmətinə (PPX) zəng ediblər. Evə gələn post patrul atamın yaşlı olduğunu görüb, çıxıb gediblər. Sonra ərazi üzrə polis müvəkkilinə zəng ediblər. Bizim ərazi üzrə sahəyə Fuad adlı şəxs baxır. O, Binəqədi rayon 43-cü polis bölməsinin işçisidir. O, mülki geyimdə əraziyə gəlib. Bizim sahəyə aid olmayan mayor rütbəsində olan İldırım adlı şəxs isə polis formasında gəlib. Atamın əsəbləşdiyini və əl-ayağının əsdiyini görən Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları vəziyyətin pis olduğunu görüb ərazidən qaçıblar. İldırım adlı polis mayoru da onların qaçmasına şərait yaradıb. Bizim əraziyə baxan və hadisə yerinə mülki geyimdə gələn polis müvəkkili Fuad adlı şəxs isə sadəcə hadisəni kənardan izləyib və sonra vəziyyətin pis olduğunu görüb o da ərazini tərk edib.

Anam Gülsümxanım Əhmədova da hadisəyə şahiddir. Anam deyib ki, "kişini öldürdünüz". Deyiblər ki, yox ölməyib, sağdır. Atam ölüm vəziyyətində olmasına baxmayaraq, heç bir yardım edilməyib. Təcili yardım belə çağırılmayıb. Qonşularımız atamı yerdən götürüb, evdə uzandırıblar. Sonra təcili yardıma zəng olunub".

Bu hadisədən sonra atasını itirən Vəli Əhməd deyir ki, Binəqədi rayonu İcra Hakimiyyəti onlardan xəbərsiz yaşadıqları şəxsi evlərinə xeyli sayda insanı da qeydiyyata salıb:

"Burda birbaşa Binəqədi rayon İcra Hakimiyyəti, qəsəbə nümayəndəsi Qadir Məmmədov, onun müavini Əlikram Haqverdiyev iştirak edib. Mən qəsəbə nümayədəsindən soruşuram ki, bu gələnlər kimin işçisidir? Deyir ki, bizim işçidir. Ardınca deyirəm ki, axı sən tikintiyə icazə vermişdin, niyə işçilərini göndərmisən? Cavabında deyir ki, mən göndərməmişəm. Gələnlərə də polis birbaşa dəstək verir. Əgər, onları həyətdən qovsaq, bizi həbs edəcəklər. Bizi həbs edəndən sonra, evimizi də sökürlər. Vurğulayım ki, ərazidə evlər də var. Hamısı da köhnə evlərdir. Eyni zamanda, evimizin rəsmi sənədi də var. Qeyd edim ki, Binəqədi rayonu İcra Hakimiyyəti şəxsi evimizə bizdən xəbərsiz xeyli sayda insanı qeydiyyata salıb".

Tapdıq Əhmədovun ölümündən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanları müxtəlif şəxslərdən izahat alıb. Baş vermiş hadisə ilə bağlı həmin ərazidə olan müstəntiq, Tapdıq Əhmədovun ölməsini yaşı çox olduğuna görə normal şəkildə qəbul edib:

"Həmin vaxt evdə olmamışam. Anam zəng edəndən sonra evə gəlmişəm. Evə gəldiyimdə görüdüm ki, 43-cü polis bölməsinin bütün əməkdaşları bizim həyətdədir. Təcili yardım gəldiyi zaman atam artıq dünyasını dəyişmişdi. Mən şikayətçi olduğunu bildirdim. Binəqədi rayon məhkəməsinə zəng etdilər. Hadisə yerinə müstəntiq gəldi. Hadisəni araşdırmaq üçün meyiti morq apardılar. Müstnətiq hadisə yerinə gəlib deyir ki, atanın 68 yaşı var da, ölməli idi... Müstəntiq mənimlə birbaşa Binəqədi rayon İcra Hakimiyyətinin vəkili kimi danışırdı. Müstəntiq məni izahat almağa aparmışdı. Gördüm ki, Binəqədi rayon DTX-dan iki əməkdaş da gəlib. Onlar mənim qohumlarımdan hadisənin necə baş verdiyini soruşublar. DTX əməkdaşları bildirib ki, bizə hadisəyələ bağlı yanlış məlumat veriblər.

İşi məhkəməyə verəcəm. Bizə ayrılan müstəntiq Binəqədi rayon İcra Hakimiyyətinin vəkili kimi danışır. Hazırda anamın vəziyyəti də pisləşib. Qeyd edim ki, hadisə anında evimizdə işləyən usta da orda olub".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Dünən, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru