Mərkəzi Ordu İdman Klubunda NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!
Tarix: 22-10-2021, 12:01 | Çap et
Rüşvət və korrupsiya yuvasına bər-bəzəkli ad da tapıblar – Mərkəzi Ordu İdman Klubu. Və burada xeyli sayda Azərbaycan əsgəri vətən qarşısında öz hərbi borcunu yerinə yetirir, yəni hərbi qulluq keçir. Adama deyərlər, paytaxt Bakının göbəyində İdman Klubunda hərbi xidmət keçmək necə olur ? Bəlkə, səhərlər klubun yaşıl meydançasında dombalaq aşmaq, günortalar gərnəşmək, axşamlar əsnəmək hərbi qulluqdur, cənablar ? 30 ildir müharibə gedən, şəhidlər verən ölkədə “dərə xəlvət tülkü bəy” deyib, özünü Mərkəzi İdman Klubunda günə verənlərə nə ad vermək olar ? Bəs kasıb, imkansız ailələrin övladları döyüşdə şəhid olanda, minaya düşəndə siz harada idiniz, ay papasının gül balaları ? Bəli, Mərkəzi İdman Klubu 30 ildir imkanlı, varlı, vəzifəli şəxslərin övladlarını həqiqi hərbi xidmətdən yayındırmaqla məşğuldur. Niyə, məqsəd nədir ? Birincisi, vəzifəli şəxs övladını vətən yolunda ölməyə qoymur, övladını qoruyur. Vətəni yox, övladını. İkincisi, bu haldan istifadə edən Mərkəzi Ordu İdman Klubunun rəsiləri təkcə son 30 ildə milyonlar qazanıblar. Bəli, Müdafiə Nazirliyinin tabeçiliyində olan Mərkəzi Ordu İdman Klubu əsl rüşvət yuvasıdır. Təsəvvür edirsiniz, ordudan, həqiqi hərbi xidmətdən yayınmağın qiyməti 20-30 min, son vaxtlar isə 40-50 min manat olub. Bu yüksək maaş alan məmurun 5-6 illik maaşıdır. Bəs məmur haradan 30-40 min tapıb Mərkəzi Ordu İdman Klubunun rəislərinə verir? Biz şanlı ordumuzun Aprel döyüşünü, 44 günlük müharibədəki möhtəşəm qələbəsini alqışlayırıq, ordumuzla qürur duyuruq. Amma qalib ordunun nüfuzuna kölgə salanlar da az deyil. Bizim də məqsədimiz ordumuzu deyil, problemləri yaradanları ifşa etmək, onlarla bağlı olan neqativ halları işıqlandırmaqdır. Axı, cənab Prezident özü də dəfələrlə media mənsublarına müraciət edib ki, problemləri işıqlandırın, ictimailəşdirin. Bizim də məqsədimiz hərbi səfərbərliyi özünün şəxsi biznesinə çevirən zabitlərə diqqəti yönətməkdir. Bəli, uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubu ( MOİK ) sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvası olub. Yuxarıda dediyimiz kimi, bu hərbi hissədə qulluq etməyin qiyməti ortalama 30- 40 min manatdır. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...Astronomik rəqəm alınır ee. Görün, MOİK-in sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyev kimi zabitlər bu illər ərzində neçə milyonlar qazanıb. Təsəvvür edə bilməzsiniz ki, müharibə gedən ölkədə məmur balaları MOİK-də necə qulluq edirlər. Deməli, məmur övladı öz sürücüsü ilə 200 min dəyəri olan avtomobillə hansısa hərbi hissəyə gedir, orda and içmə mərasimindən sonra MOİK-ə “komandirovat” olunur və Allah qoymasa həqiqi hərbi xidmət başlayır. Bu milyonları Rəşad Quliyev istəsə də təkcə mənimsəyə bilməzdi. Rəşad Quliyevin Müdafiə Nazirliyində şərikləri olmasa, onu çoxdan “gedər-gəlməzə hərbi xidmətə “ yola salmışdılar. Görəsən, bu boyda cinayət əməllərini Müdafiə Nazirliyi, cənab nazir görmür ? Görür, niyə görmür ? Milyonları mənimsəyən həmən Rəşad Quliyevin vəzifəsini bir az da böyüdüblər. O, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır. Yaxşı Rəşad Quliyevin əməllərini müdafiə nazirləri görməyib. Bəs Hərbi Prokuror niyə görməzdən gəlir ? Əgər MOİK-də baş verən cinayət əməllərinə şərik deyilsə, niyə susur, niyə tədbir görmür ? Qoy, bu suallara əlaqədar dövlət qurumları cavab versin. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
|