“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Beyləqanda NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!
Tarix: 2-01-2022, 10:33 | Çap et
Beyləqanda NƏLƏR BAŞ VERİR?
Rayon İcra Hakimiyyətinin başçısı bir tərəfdən Prezident Administrasiyasının Regional siyasət şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə yanlış hesabatlar verməkdə, digər tərəfdən isə Beyləqanda yürütdüyü yarıtmaz idarəçilik siyasətinin guya Z.Nağdəliyevlə razılaşdırılmış olması barədə yerli ictimaiyyətə məlumat sırışdırdırıb.
Bu gün sözün gerçək mənasında Beyləqan rayonu əsl vandalizmə məruz qalıb. Əsl gerçəklik ondan ibarətdir ki, bu vandallığı törədən düşmənin hansısa bir diversiya qurupu deyil. Bunu edən icra başçısı və ətrafında cəmləşdirdiyi korrupsioner, talançı şəbəkənin üzvləridir.
RealMedia-az.life olaraq dəfələrlə icra başçısının Beyləqandakı yarıtmaz idarəçilik fəaliyyətindən, uğursuz kadr təyinatında, rayona ayrılmış büdcə vəsaitlərini necə talamasından, ələlxüsus da ətrafındakı pulyeyən bir şəbəkə barədə həm ictimaiyyətə, həm də aidiyyəti qurumları bilgiləndirmişik. Məhz elə sonuncu yazımızda da “Abadlaşan” Beyləqandan REPORTAJ: Hər yeri xarabalığı xatırladır…- MƏHARƏTİNƏ BƏRƏKALLAH ASİF MÜƏLLİM – 1 MİLYON MANAT VƏSAİT DƏ BELƏ GETDİ” başlıqlı məqalə dərc etmişdik. Və həmin məqalədə də 1 miyon manat vəsait hesabına görülən “abadlıq” işlərini çəkib göstərmişdik.
Əlbəttə ki, redaksiyamız təkcə materialı dərc etməklə kifayətlənməmiş, həmçinin vətəndaş mövqeyimin ifadəsi olaraq həmin məqalələrdə ehtiva olunan məsələlərin araşdırılması xahişi ilə Prezident Administrasiyasına teleqram və məktublarla müraciətlər etmişdir. Əslində biz bunu edərkən elə zənn edirdik ki, Prezident Administrasiyasına vətəndaş mövqeyindən irəli gələrək etdiyimiz müraciətlərimizə Aparat tərəfindən həssas yanaşılacaq və müraciətdə əks olunan korrupsiya hüquqpozmaları, talançılıq hallarının ciddi şəkildə araşdırılmasına konkret tapşırıq və göstərişlər veriləcəkdir. Çifayda, bir çox hallarda müraciətlərimiz baxılması üçün “aidiyyəti” üzrə Beyləqan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Həmin yönləndirilmiş məktublar elə başçının aparatındaca “dəfn olunub”, baxılmasının nəticəsi barədə göndərən şəxsə məlumat belə verilməyib. Ümumiyyətlə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev başçılıq etdiyi müddət ərzində yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etməmiş, öz fəaliyyətində hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə almamışdır. İcra Hakimiyyətinin internet saytında dərc olunan hesabatlar isə əsl gerçəkliyi əks etdirməmişdir. Bu arada xatırladaq ki, aparılan araşdırmalar onu göstərir ki, dövlət vəsaitlərinin daha çox talandığı rayonlar məhz Beyləqan rayonudur.
Beyləqan icra hakimiyyətinin başçısı Asif Ağayev 2019-cu ildə rayonun abadlıq işləri üçün dövlətin ayırdığı 1(bir) milyon manat pulun vur-tut 200 – 250 (iki yüz – iki yüz əlli) min manatını təyinatı üzrə xərcləyib, qalanını özü və işbaz şərikləri ilə maxinasiya edərək mənimsəmişdir. Həmin vəsaitin qarşılığında yalnız Mücirəddin Beyləqani parkının ərtafında yerə tamet döşənilmiş, hovuz yenidən təmir olunmuş, daha 2 km məsafədə ağaclar əkilmişdi ki, onlar da çox keçmədən qurumuşdur.
2020-ci ildə isə 446.000 (dörd yüz qırx altı) min manat dövlət vəsaiti müqabilində vur-tut 40 kv/metr asfaltlama işi gördürərək, qalanını cibinə qoymuşdur.Bütün bunlardan başqa, hər il RİH-nin Ehtiyat Fondundan kimsəsizlərə, aztəminatlı ailələrə yardım məqsədilə 92 min manat civarında pul ayrılır. Ki, icra başçısı həmin pullarıda özü mənimsəyir.
Son üç ildə olduğu kimi, 2021-ci ildə də həmin təyinatla təxminən elə bir o qədər (446 min) dövlət vəsaiti silinmişdir. Bu il “Cənnət bağı” deyilən ərazidə (“20 yanvar” küçəsi) 7 sm əvəzinə 3 sm asfalt döşəməklə, yerdə qalan vəsait mənimsənildi.
İndi sual edirəm… Üç ildə hər il Beyləqan şəhərinin daxili küçələrinə ayrılan yarım milyona yaxın (446.000 0 dörd yüz qırx altı min manat) vəsait hanı, Asif Ağayev? Barmağınızı uzadıb hansı daxili küçələrin birinin asfaltlaşdırılmasını göstərə bilərsinizmi? Əlinizi vicdanınıza qoyun cavab verin. Əslində mən bu sualı sizə özümə görə vermirəm. Xalqa görə verirəm. Onsuzda mən sizin o pulları hara xərclədiyinizi çox yaxşı bilirəm. Buyurun əlinizi vicdanınıza qoyun bir küçə göstərin mənə.
RealMedia-az.life-ın bu xüsusda apardığı araşdırmalarda məlum olub ki, sən demə, yerli sahibkarlar tərəfindən vergi orqanına ödənilən pulların müəyyən bir hissəsi rayon icra hakimiyyətinə köçürülür. Bəs yaxşı, Asif Ağayev isə həmin pulları neynirmiş?
Hansı ki, RİH-nin Ehtiyat Fondundan kimsəsizlərə, aztəminatlı ailələrə yardım məqsədilə ayrılan 92 min manat pulu icra başçısı sahibkarlar tərəfindən vergi orqanına, ordan da müəyyən bir hissəsi icra hakimiyyətinə köçürülən pulla əvəz edirmiş. Yəni ki, icra başçısı kimsəsiz və aztəminatlı ailələr üçün nəzərdə tutulan 92 min manat pulun tam məbləğini götürür, vergidən gələn pulun bəlli bir hissəsini boyunu sevdiyi müavinlərinin heç də kimsəsiz olmayan yaxın qohum əqrabalarını “yardım” edirmiş. Sabahda bir yoxlama gələndə həmin adamları ortaya çıxardıb göstərirmişlər ki, Fond bu şəxslərə yardım edib. Vəssalam. İşi bununlada bağlayırlar.
Öyrənmişik ki, bu yaxında rayon sakinlərinin birinin müraciəti əsasında Maliyyə Nazirliyindən rayona təftiş qrupu göndərilib. Həmişəki qaydada onları Asif Ağayev qəbul edib, bir masa arxasında əyləşdirib, qonaqpərvərlik nümayiş etdirib. Təftişçilər guya araşdırma aparıblar. Güya məlum olub ki, RİH-nin Ehtiyat Fondundan kimsəsizlərə, aztəminatlı ailələrə yardım etmək məqsədilə ayrılan 92 min manat puldan kimlərəsə yardım göstərildilib. Təbbi ki, yardım göstərilənlərin həmin yardımı haqq edib- etmədikləri, RİH-nin məsul vəzifəlilərinə qohumluq əlaqələri yoxlanılmayıb. Kimlərin müraciətlərinin müsbət həll olunmadığı məsələsi diqqətdən kənarda qalıb. Bir sözlə, məsələ ört-basdır edilib, icra başçısının ədalətsizliyinə dair şikayətlər “təsdiqini tapmayıb”.
RealMedia-az.life-a daxil olan ilginc məlumatlardan biri də odur ki, Asif Ağayevin Beyləqanda rəhbər vəzifədə fəaliyyətə başladığı 2019-cu ilin fevral ayından indiyədək RİH-nin nəzarəti və sərəncamı ilə görülən (görülmüş kimi təqdim olunan) işlərin “forma-2”-ləri diqqətlə yoxlanılsa və rəqəmlər faktiki həcmlə tutuşdurulsa, dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə biləcək yeyintilər aşkarlanar. Monitorinqə elə Beyləqan şəhərində kanal qırağı ərazidə salınan “Nəsimi” parkından başlamaq yetər. Parkda görülən işlərin böyük bir hissəsi müxtəlif idarələrin rəhbərlərinə “yüklənərək” həyata keçirilib və əsasən parkın müxtəlif rənglərə boyanılmasından ibarət olub. O da dəqiqdir ki, bu proseslərə iməcilik əsasında rayonun müxtəlif idarə və müəssisələrinin texnikaları cəlb edilib. Bir ara Asif Ağayevin rayonda yol infrastrukturunun yaxşılaşdırılması işlərinə yerli Yol İstismarı İdarəsinin mütəxəssislərini kənarda saxlayıb, özünün başqa rayonlardakı korrupsioner ortaqlarını cəlb etdiyi iddia olunur.
Qeyd edək ki, bu yaxınlarda rayonun “20 yanvar” küçəsinə gedən yolun asfaltlaşdırılması prosesində də məhz yerli Yol İstismarı İdarəsinin mütəxəssislərini kənarda qalıb, icra başçısı bu işə öz yerlilərini Sabirabad rayon Yol İstismarı İdarəsinin mütəxəssislərini cəlb edib.
Asif Ağayevin vampir şəbəkəsinin qan sorduğu bir sistem də RİH-nin tabeliyində olan uşaq müəssisələridir. Uşaq bağçalarının əsaslı və cari təmirinə, inventarlarla təmininə ayrılan illik 40-50 min AZN civarında pul da heç bir iş görülmədən, heç bir avadanlıq alınmadan kağız üzərində silinərək “həzm-rabedən” keçirilir. Xatırlatmağa dəyər ki, bu kimi maxinasiyalarda, eləcə də hər il şəhərin mərkəzi küçələrinin asfaltlanmasına ayrılan yarım milyon manat civarında vəsaitin mənimsənilməsində Beyləqan RİH başçısının əsas ortağı “Beteks-2017” və “Vaqif” firması olmuşdur. İşbazların bu cür şərikliyinin mənfi nəticələri barədə hüquq-mühafizə orqanlarına edilən şikayətlər artandan, cinayət təqibi orqanları araşdırmalara başlayandan sonra adı çəkilən firmanın fəaliyyəti vergi orqanının sanksiyaları səbəbindən dayandırıldı. Amma firmanın rəhbəri Vüqal Aslanov “İnşaat-Servis-2” MMC yaradaraq, yenə də Asif Ağayevlə şərikli işdəycələrini davam etdirdi.
Asif Ağayevin öz korrupsioner komandası ilə talan etdiyi Beyləqan rayonu, Beyləqan cəmiyyəti işsizlik, səfalət ucbatından hazırda sosial partlayış ərəfəsindədir.
Əldə etdiyimiz ilginc məlumatlara görə, Rayon İcra Hakimiyyətinin başçısı bir tərəfdən Prezident Administrasiyasının Regional siyasət şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə yanlış hesabatlar verməkdə, digər tərəfdən isə Beyləqanda yürütdüyü yarıtmaz idarəçilik siyasətinin guya Z.Nağdəliyevlə razılaşdırılmış olması barədə yerli ictimaiyyətə məlumat sırışdırdırıb. Görünür, icra başçısı artıq “qoruyucu mələyi” Dövlət Neft şirkətinin Prezidenti Rövnəq Abdulayevdən ona zaval olmayacağını görüb indi də Zeynal Nağdəliyevi adını çəkməklə cəmiyyətdə özünə toxunulmazlıq statusu qazanmaq istəyir. Buna ancaq sadəlövh insanlar inana bilər. Biz bir o qədərdə sadlövh deyilik. Biz çox yaxşı bilirik ki, Z.Nağdəliyev Prezidentə necə sədaqətli bir şəxsdir. O, heç vaxt Asif Ağayev kimi səbatsız icra başçısına himayədarlıq etməz.
Ümid etməyə tam əsasımız var ki, qarşıdan gələn yeni 2022-ci il də Azərbaycan xalqı üçün düşərli il olacaq, Vətən müharibəsində qazandığımız Zəfərin möhkəmləndirilməsi davam edəcək, işğaldan azad edilmiş Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri daha da vüsət alacaq. Eləcə də ölkəmizin digər rayonlarında, dünənə qədər cəbhə bölgəsi sayılan Beyləqanda da tərəqqi proseslərini əngəlləyən amillər aradan qaldırılacaq, inkişafı ləngidən elementlər neytrallaşdırılacaq, neqativ halların qarşısı alınacaq.
RAMİN MƏHƏMMƏDOĞLU
RealMedia-az.life









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru