Bu da Bahar Muradovanın TENDER YEYİNTİSİ... - İTTİHAM VAR!
Tarix: 26-01-2023, 12:47 | Çap et
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ildə keçirdiyi tenderlərdən bir neçəsi şübhəli məqamları ilə diqqət çəkir. Reportyor.info xəbər verir ki, söhbət xüsusilə, 2022-ci il ərzində qazandığı uğurlara görə istedadlı uşaqların mükafatlandırılması üzrə tədbirin və “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınmasından gedir. Birinci satınalama müsabiqəsinin qalibi olub “NT Texno” MMC olub. Şirkətlə bağlanan müqavilənin maliyyə dəyəri 30300 AZN təşkil edir. Müqavilənin şərtlərindən məlum olur ki, bu məbləğ1 günlük tədbir üçün məkanın icarəsinə (70 nəfərlik), uşaqlar üçün kofe fasiləsinə, 1 günlük zalın tərtibatına, “İstedadlı uşaqlar 2022” adlı 1.5 dəqiqəlik video-rolikə (1 ədəd), bannerə (1 ədəd), xüsusi dizayn olunmuş çantalara (70 ədəd) , xüsusi dizayn olunmuş qələmlərə (70 ədəd), bloknotlara (70 ədəd) və proyektor screen ekrana (1ədəd) sərf ediləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından məlum olur ki, “NT Texno” MMC 21 iyun 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Tahirov Nazim Əbdüləli oğludur. Şirkət və onun qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. “NT Texno” MMC-nin əlaqə nömrəsinə və veb-səhifəsi də yoxdur. Burada maraqlı ondan ibarətdir ki, şirkət yarandıqdan 4 ay sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderin qalibi olub. Dövlət satınalmalarının vahid internet portalından məlum olur ki, komitə ilə şirkət arasında müqavilə oktyabr ayında bağlanıb. Şirkət isə iyun ayında qeydiyyata alınıb. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması lazımdır. Dörd ayın şirkəti olan “NT Texno” MMC-nin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür. Hər halda adi veb-saytı olmayan bir şirkətin güclü maddi-texniki bazaya malik olduğuna inanmaq çətindir. İndisə keçək komitənin keçirdiyi tədbirə. Bu tədbirin nə zaman, harada keçirildiyi barədə internet resurslarında, hətta komitənin öz saytında belə, məlumat tapmaq mümkün deyil. Fikrimizcə, komitə bu barədə açıqlama verməlidir. Digər tərəfdən, mqavilədə tələb olunanlara 30 min pul xərclənməsi də inandırıcı deyil. Hər halda ekspertlərin fikrincə, belə bir tədbiri 10-15 min manata təşkil etmək mümkündür. Biz hələ uşaqlar üçün kofe fasiləsini demirik. Görəsən, uşaqlara kofe kimi orqanizm üçün ziyanı xeyrindən çox olan kofe içirtmək hansı zərurətdən yaranıb? Bu sualların cavabı açıq qalır və ümid edirik ki, komitə sədri Bahar Muradova sadaladığımız qaranlıq məqamlara aydınlıq gətirəcək. “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınması ilə bağlı müsabiqənin qalibi isə “A ənd J Holdinq”MMC ilə imzalanıb. Müqavilənin maliyyə dəyəri 260072 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN olan şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur. Şirkət barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, “A ənd J Holdinq” MMC 18 ildir fəaliyyət göstərir. Əlibala Məhərrəmzadəyə gəlincə, o, müstəqil auditordur. O, eyni zamanda “Kaspian Audit Kompani” MMC-nin direktorudur. Azəraycan Yazıçılar Birliyinin (AYB) üzvü olan Əlibala Məhərrəmzadə 2010-cu ildə keçirilən parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olub. Bu tenderdə şübhəli məqamlar müqavilədə qeyd edilən bəzi tədbirlərlə bağlı heç bir məlumatın olmamasıdır. Məsələn, müqavilədə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibət ilə uşaqlar üçün həvəsləndirci tədbir -görüşün təşkili və 30 uşaq üçün hədiyyələrin alınması nəzərdə tutulur. Belə bir tədbirin keçirilməsi və uşaqlara hədiyyə veriməsi barədə heç bir məlumata rast gəlinmir. Komitənin saytında 3 dekabrla bağlı tədbir keçirilməsi barədə bir neçə məlumat yerləşdirilib. Lakin tədbirin harada və nə zaman keçirilməsi barədə heç bir qeyd yoxdur. Bu tədbirlərin 2022-ci ildə, yoxsa ondan əvvəl keçirildiyi bəlli deyil. Beləliklə, aydın olur ki, komitənin tender siyasəti dəişməyib. Hicran Hüseynovanın dövründə keçirilən tenderlərdə qaranlıq məqamlar çox olduğu kimi Bahar Muradovanın rəhbərliyi altında keçirilən satınalma müsabiqələrində eyni hallar müşahidə olunur. Reportyor.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|