İstifadə etmədikləri mebel korlansa da... - GİLEY
Tarix: 8-05-2023, 13:01 |
Çap et
DİA.AZ: - "Şikayətim "Madeyra"dandir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fidan Əfəndi adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır:
"3 həftədir masa almışıq... təzə ev üçün, hansı ki yaşayış yoxdur orda. Masanın ortası artıq şişib. Nə dəyişirlər... nə də qaytarırlar.
"Qaytararıq, ancaq müəyyən məbləğdə ödəniş etməlisiniz" deyilir.
"Müştəri günahı ucbatından olub" kimi rəy yazıblar.
Bununla bağlı ne etmək mümkündür? Yaşayış olmayan evdə mebel xarab olursa, yaşayış olandan sonra nə hala düşəcək Allah bilir..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...