Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                 

Sərvər Kərimov Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından NİYƏ İMTİNA ETDİ? - İLGİNC GƏLİŞMƏ
Tarix: 30-06-2023, 10:32 | Çap et
Sərvər Kərimov Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından NİYƏ İMTİNA ETDİ?
DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən Danimarkaya məxsus neft şirkəti “Maersk Dri̇lli̇ng Services” MMC Sərvər Kərimov adlı əməkdaşının əlilliklə bağlı aylıq ödənişini düzgün ödəmir. DİA.AZ bildirir ki, bu barədə yerli KİV-ə açıqlama verən Sərvər Kərimov iddia edir ki, şirkətlə bağlı məhkəmə iddiası qaldırsa da, hakimin maraqları çərçivəsində işə xitam verilib

Onun mətbuata açıqlamasını olduğu kimi təqdim edirik: “Sözügedən şirkətdə çalışmışam, lakin sonradan xəsarət aldım. Bununla bağlı şirkət mənə aylıq ödənişi düzgün ödəmədiyi üçün məhkəmə iddiası qaldırdım. Ölkənin məhkəmə sistemində çıxan hər qətnamə və qərar dövlətin adından çıxır. Dövlət adından 2019-cu ildə çıxarılmış qətnaməni Nəsimi Rayon Məhkəməsinin icra məmuru düzgün icra etməyib. Biz də yenidən Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərova müraciət etmişik. Hakim də qətnamə qəbul edib ki, aylıq ödənişin gecikdirilməsi ilə bağlı “Maersk Dri̇lli̇ng Services” MMC hər gecikdirilmiş günə 2% cərimə ödəməlidir. Müstəqil ekspert məndə olan sənədlərlə bağlı rəy verir, rəqəm çıxarır. Rəqəmi açıqlamaq istəmirəm, çox böyük rəqəmdir. Həmin rəqəmin 30%-i müəssisə tərəfindən 2010-cu ildə verilmiş sənədlər üzərində hesablanıb. Lakin sonradan yeni sənədləri müəssisə təqdim etmədi. Buna görə də sənədləri müstəqil ekspertə təqdim etmişik. Ekspert rəyi əsasında Nəsimi Rayon Məhkəməsində iddia qaldırdıq. Hakim Səməd Cəfərov isə 8 aydan sonra işə xitam verir. Xitamla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Lakin Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlayır. Burada hakimlə şirkət arasında qarşılıqlı anlaşma olub. Bununla bağlı yetərincə məndə məlumatlar var. Birinci dəfə deyil, “Maersk Dri̇lli̇ng Services” MMC mənim hüquqlarımı uzun müddətdir, pozur. Təsəvvür edin, Nəsimi Rayon Məhkəməsi 8 ay bu işi özündə saxlayıb. Hakim işi əvvəlcə qəbul edir, məhkəmə ekspertizasına göndərir, məhkəmə ekpsertizası hakim Səməd Cəfərovdan tələb edir ki, möhtərəm hakim, qarşımıza qoyduğunuz suallara cavab tapmaq üçün müəssisə mühasibatlıq sənədlərini təqdim etməlidir. Çox təəssüf ki, hakimi məhkəmə ekspertiza üçün qəbul etdiyi qərara məhəl qoymadan, ekspertizanın tələbini yerinə yetirmədən açıq-aşkar işə xitam verdi. Apellyasiya Məhkəməsi isə deyir ki, hakim düzgün qərar verib. Bəs mən Ədliyyə Nazirliyi tərəfindən lisenziya verilən müstəqil ekspertiza mərkəzindən rəy alıram, məlum olur ki, müəssisə düzgün hesabat aparmayıb, mənə xeyli məbləğdə pul borcludur. Səməd Cəfərovun 8 ay işi yubatmaqda ya bizdən, ya qarşı tərəfdən hansı maraqları var idi, bilmirəm. Bizimlə bağlı maraqları oldu, amma biz buna getmədik, məhəl qoymadıq. Dedim ki, məndən nəsə istəməyin qeyri-qanuni bir şeydir. Görünür, açıq şəkildə müəssisədən istədiklərini aldılar, yəqin, maraqları üst-üstə düşdü. Beləliklə, işə xitam verildi. Soruşmaq lazımdır ki, işi icraata niyə götürmüşdün? 8 ay sonra niyə xitam verirsən? Bakı Apellyasiya Məhkəməsində ümumiyyətlə baxış olmadı, bizi çağırmadılar da. İndi isə Ali Məhkəməyə şikayət vermişik. Nəticəsi isə hələ bilinmir, görək nə olacaq...”

Qeyd edək ki, məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsi də mövqeyini açıqlayıb. Məhkəmənin açıqlamasında deyilir: “Qeyd olunan mülki iş üzrə Məhkəmənin e-2(006)-3226/2022 saylı, 28.07.2022-ci il tarixli qərardad ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Daha sonra Məhkəmə Ekspertizası Mərkəzindən cavabdeh “Maersk Drilling Services” MMC tərəfindən iş üzrə eskpertiza üçün zəruri olan müəyyən sənədlərin tələb edilməsi barədə məhkəməyə ekspert vəsatəti daxil olmuş, lakin cavabdeh şirkət tərəfindən tələb olunan sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı hər hansı tədbir görülmədiyindən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi verilməsindən imtina məktubu üzrə mülki işin icraatı 06.02.2023-cü il tarixdə təzələnmişdir.

Məhkəmənin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Kərimov Sərvər Kərim oğlunun cavabdeh "MAERSK DRİLLİNG A/S" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.03.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21.02.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Daha sonra iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 10.05.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.06.2023-cü il tarixli, 2(103)-3428/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3428/2023 saylı 10 may 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair iddiaçı Kərimov Sərvər Kərim oğlu tərəfindən verilmiş ərizə təmin olunmaması və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır”.

DİA.AZ bildirir ki, bu işlə bağlı tanınmış hüquqşünas, Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev bu gün xüsusi açıqlama ilə çıxış edib. A.Quliyevin açıqlamaslnda deyilir.

"Əgər xarici ölkədə baş versəydi, sağlamlığına ziyan vurduğu, ƏLİL etdiyi işçisinə qarşı xarici şirkət bu qədər diskriminasiya və qanunsuz əməllərə yol verə bilərdimi?
İşçi Sərvər Kərimovun xeyrinə qəbul olunmuş, qanuni qüvvəyə minmiş, uzun müddət icra olunmamış və uzun müddət keçdikdən sonra icra olunmadan xitam verilmiş məhkəmə işi barədə:
1. Əvvəlcə onu bildirim ki, Sərvər Kərimovla əlaqədar məhkəmə mübahisələri 12 ilə yaxındır ki, davam edir, bu işlərlə əlaqədar az da olsa kiçik səhvlərim də ola bilər.
2. Sərvər Kərimov: pozulmuş əmək hüquqlarını
yorulmadan və prinsipial müdafiə edən işçidir. Düzünü deyim ki, öz haqqını Sərvər kimi müdafiə edən və heç nədən qorxmadan müdafiə edən işçilərimizə çox az rast gəlmişəm.
3. Kimsə işçiyə qarşı, xüsusən də işlədiyi müəssisədə ƏLİLƏ qarşı edilən diskriminasiya və qanun pozuntularının görmək istəyirsə, bunu Sərvər Kərimovs qarşı edilən ədalətsizliklərdə görə bilər, ən azı 12 il davam edən pozulmuş əmək mübahisələrində.
4. Sərvərə qarşı edilən buqanun pozuntularında həm işlədiyi xarici şirkət, həm də "sapı özümüzdən olan baltanln, heç bir hüquqi savadı olmayan, lakin imkanlı şirkətlərdə tulalıq edən, məhkəmələrdə min oyundan çıxan yerli bir dıləduzun" qanunsuz əməllərinin nəticəsidir. Bu əmək hüquqlarının pozulması ilə əlaqədar 12 ildir əzab çəkən bir işçinin faciəsidir. Özü də həmin müəssisədə sağlamlığını itirmiş və ƏIİL olmuş bir işçinin faciəsi.
5. Sərvər Kərimovun əmək hüquqları bu şirkətdə dəfələrlə pozulub, bununla əlaqədar bu şirkətə qarşı onlarla iddia qaldırıb və xeyrinə məhkəmə qərarlarının qəbul edilməsinə də nail olub.
6. Hal hazırda şikayət etdiyi bu məhkəmə işində də onun xeyrinə məhkəmə qərarları qəbul edilib, lakin icra olunmayıb.
7. Sərvər Kərimov şikayətlərində göstərməsədə, onun xeyrinə bu məhkəmə qətnaməsinin qəbul edilməsində ona, çox az məhkəmə işləri istisna olmaqla, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hüquqi yardım göstərib, Nümayəndəsi kimi də məhkəmə proseslərində mən iştirak etmişəm, müdafiə etmişəm və belə bir qanuni qərarın qəbul edilməsinə nail olmuşuq, əlbəttə Sərvərin də əməyi böyük olub.
8. Sərvər Kərimovun bu şirkətə qarşı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar İddia ərizəsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsində Hakim Etibar Hümbətov tərəfindən təmin olunub və Sərvər Kərimova əmək xəsarəti üçün ödənilməyən pulun: ödənilməli olduğu gündən - ödənilən günə qədər gecikdirilən hər günə görə ümümi məbləğin 2 faizi məbləğində cərimə nəzərdə tutulub. Bu qərarın üzərindən də artıq 7-8 ilə yaxın müddət keçib və bu cərimə olduqca böyük məbləğə çevrilib. Cavabdeh şirkət qanuni qüvvəyə minmiş bu məhkəmə qərarını müxtəlif bəhanələrlə icra etməyib. Nəsimi Rayon İcra şöbəsi də qanuni qüvvəyə minmiş bu məhkəmə qərarını icra etməyib və məhkəmə qərarını icra etməyən cavabdehi müvafiq məsuliyyətə cəlb etməyib.
9. Cavabdeh şirkətin bu qətnamədən verdiyi Apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov tərəfindən təmin edilməyib və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sərvərin xeyirinə olan qətnamə qüvvədə saxlanılıb.
10. Bu qətnamə qanuni qüvvəyə minib və İcra vərəqi əsasında Nəsimi Rayon İcra şöbəsinə göndərilib. Həmin mərhələdə cavabdeh bu qərarı icra etməmək üçün müxtəlif yollardan istifadə edib.
11. Çox təəssüf ki, Sərvər Kərimov bizə məlum olmayan səbəblərdən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatıdan və bu Təşkilatın Hüquqşünası kimi məndən imtina edib və daha "güclü, arxalı hesab etdiyi hüquqşünas və vəkillərin" xidmətindın istifadə edib. Əlbəttə, bu da onun hüququdur. Nəticəsi isə belə olub, icraya xitam verilib.
12. Nəticədə cavabdeh şirkət Sərvər Kərimov barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədən, cavabdehin bu barədə olan şikayətlərindən biri əsasında, çox da aydın və məlum olmayan əsassız şərtlər əsasında qanuni qüvvəyə minmiş qətnaməni icra etmədən icra işinə xitam verib.
13. Yəni, qanuni qüvvəyə minmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsinə (eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı) icra olunmadan xitam verilib.
14. Nəticədə qəbul olunmuş və qanuni qüvvəyə minmiş Nəsimi Rayon məhkəməsinin bir qərarına - həmin məhkəmənin digər qərarı ilə əsassız və qanunsuz olaraq xitam verilib və Sərvər Kərimovun hüquqları pozulub.
15. Təcrübəmdə birinci dəfədir ki, rast gəlirəm, heç bir hüquqi əsas olmadan və icra olunmadan qanuni qüvvəyə minmiş məhkəmə qərarına xitam verilir.
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmə qərarları və onların icrası
I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
17.İcra haqqında Azərbaycan Respublikası Qanunu. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə təqdimat verir".

Məsələ diqqətiimizdir. Bütün maraqlı tərəflərin mövqelərini dia.aq olaraq işıqlandırmağa hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Dünən, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Dünən, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Dünən, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Dünən, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Dünən, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Dünən, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Dünən, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Dünən, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Dünən, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Dünən, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Dünən, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru