Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                 

Hakimlər Lerik sakininin BAŞINA OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
Tarix: 20-07-2023, 15:21 | Çap et
Hakimlər Lerik sakininin BAŞINA OYUN AÇDILAR...
Lerik rayonu, Soru kənd sakini, şəhid qardaşı Cəfərov Toğrul Almas oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bir vətəndaş olaraq məcburiyyət qarşısında qalıb bu şikayət ərizəsi ilə təkrar olaraq Sizin nəzərinizə çatdırıram ki, Lerik rayonunun Əliabad kəndində mənə məxsus xeyir-şər evindən 2019-cu ildə müxtəlif növ tikinti materialları və avadanlıqlar oğurlanmışdır. Mən bu barədə o zaman dərhal Lerik rayon Polis şöbəsinə və aidiyyatı orqanlara məlumat verərək, oğurluq edənlər haqqında tədbir görülüb mənə dəymiş ziyanın ödənilməsini xahiş etsəm də, uzun müddət keçməsinə baxmayaraq Lerik rayon məhkəməsi sədrinin, Şirvan Apellyasiya məhkəməsinin hakimi Elşad Əliyevin və şikayət etdiyim aidiyyəti hüquq mühafizə orqanlarının bəzi cavabdeh işçiləri ədalətli qərarlar qəbul etmək əvəzinə, öz maraqları naminə mənə qarşı qəsdən, qərəzli və sifarişli hərəkətlər etməklə müraciət etdiyim ərizələri, şikayətləri və vəsatətləri ört-basdır edib, cinayətkarların xeyrinə qərarlar verməklə bu günə kimi heç bir müsbət tədbir görülməyərək, süründürməçiliklərə məruz qalmışam.

Belə ki, Lerik rayonunun Əliabad kənd ərazisinin sahə rəisi mənə məxsus xeyir-şər evindən oğurluq faktını yerində araşdıraraq, rayon polis şöbəsinə adlar göstərməklə, onların haqqında cinayət işi açılmasından ötrü rəsmi məlumat vermişdir. Araşdırılmış materiallarda oğurluq edənlərin adları və ünvanları qeyd edilsə də, Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Nuriyev Teymur Ələskər oğlunun icraatında olmasına baxmayaraq, onun tərəfindən 13.09.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və bu, təhqiqatçının araşdırma zamanı prosessual pozuntulara yol verdiyinə və onun nəticəsində maraqlı olduğuna əsaslı şübhələr yaratmışdır.

Eyni zamanda bildirirəm ki, mənim özəl obyektimdə baş vermiş oğurluğun istintaqına Lerik rayon Polis şöbəsinin müstəntiqi, baş leytenant Əsədbəyli Rasəd Əsəd oğlu tərəfindən 18.06.2022-ci ildə cinayət işi açılaraq, oğurluqda iştirak edən bəzi şəxslər cinayət işi materiallarında adları olmaqla 30.09.2022-ci və 12.12.2022-ci il tarixlərdə Azərbaycan Respublikasının CM-nin müvafiq maddələrinə əsasən oğurluq edənlər haqqında cinayət işi yekunlaşaraq məhkəməyə göndərilmişdir. Məhkəmə zamanı Lerik rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Zeynal Abdullayev qanunsuz hərəkətlər edərək, 2 dəfə məhkəmə zalına gəlib təqsirləndirilən şəxslər Rufullayev Səfər Mübariz oğlu, Abbaszadə İmaməli Bayram oğlu, Hacıyev Baba Vüqar oğlunun necə ifadə vermələri barədə onları təlimatlandırıb və hakim onun bu qanunsuz hərəkətlərinə irad bildirmək əvəzinə, ona şərait yaradıb. Nəticədə, hakim bu cinayət işinə tələm-tələsik baxaraq mənim məhkəməyə təqdim etdiyim sübutlara, çıxışlarıma və mənə dəymiş külli miqdarda ziyanın ödənilməsinə məhəl qoymaraq, təqsirləndirilən şəxslər haqqında azadlıqdan məhrumetmə cəza tədbiri seçmək əvəzinə, 15.03.2023-cü il tarixdə hökm verərək onlara yüngül cəza verməklə azadlığa buraxıb.

Mən həmin hökmlə razılaşmayaraq, 30.03.2023-cü il tarixdə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Apellyasiya şikayəti verdim. Məhkəmənin ilkin hazırlıq iclası o zaman 26.05.2023-cü il tarixə təyin edildiyindən, iş materialları hakim Elşad Əliyevin icraatında olmuşdur. Məhkəmə hazırlığı zamanı etibarnamə səlahiyyəti ilə qardaşım Cəfərov Bəkir Almas oğlu şəxsən iştirak edib, bu ciddi məsələ ilə bağlı geniş şəkildə çıxış edərək əlavə olaraq hakimə vəsatət təqdim etmişdir.

Hakim Elşad Əliyev növbəti məhkəmə prosesini 01.06.2023-cü il tarixə təyin etdiyi üçün həmin baxış məhkəməsində yenə də mənim səlahiyyətli nümayəndəm olan qardaşım iştirak edərək ətraflı çıxış etmiş və mənim Apellyasiya şikayətimi qanuni olaraq müdafiə etmişdir.

01.06.2023-cü il tarixdə baş tutan məhkəmə prosesində hökmdə adları qeyd olunan şəxslər ayrı-ayrılıqda çıxış edərək mənə borcları olduqlarını bir daha bildirsələr və bu ilin sentyabr ayına kimi borclarını ödəmələri barədə möhlət istəsələr də hakim Elşad Əliyev qurduğu neqativ səhnə ucbatından və əvvəlcədən təşkil etdiyi dövlət vəkillərinin çıxışlarına əsasən borcluları müdafiə etdirərək bu cinayət işini Lerik rayon məhkəməsinin sədri Atabəy Kiçibəyovun sifarişi ilə qərar qəbul etdirərək, həmin şəxslərin borclarını ödəməsinə imkan yaratmamış və onları məhkəmə zalından azad etdirmişdir.

“Hörmətli Prezident!

Məhkəmədə iştirak edən ittihmçı prokuror Hüseynov Elnar Əli oğlu hakim Elşad Əliyevin sədirlik etdiyi bu sifarişli və ədalətsiz məhkəmə prosesinə etirazını bildirərək Apellyasiya şikayətimdəki əsl həqiqətləri müdafiə etmiş, lakin hakim onun da çıxışlarına və iradlarına məhəl qoymayaraq özünə sərf edən qərar qəbul etmişdir.

Bu anda sual olunur ki, ittihamçı prokuror əgər hakimin apardığı prosesdən həqiqətən də narazı qalıbsa, bəs nə üçün onun bu qanunsuz hərəkətlərindən bu günə kimi yuxarı instansiyalara şikayət etməmişdir?! Deməli, bir daha məlum olur ki, əvvəlcədən bu qurulmuş oyun və məhkəmə prosesi həqiqətən də zərərçəkənin yox, Atabəy Kiçibəyovun və Elşad Əliyevin öz maraqlarını təmin etmişdir. Ona görə də bir haqqı tapdanılmış vətəndaş kimi hesab edirəm ki, onların hər biri haqqında ciddi tədbir görmək günün vacib tələblərindən biridir.

Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanın rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

Bundan əlavə bildirirəm ki, mən Lerik rayon polis şöbəsinin təhqiqatçısı mayor Nuriyev Teymur Ələskər oğlunun apardığı birtərəfli, yarıtmaz təhqiqatın nəticələrindən və bu oğurluğun sifarişli qaydada ört-basdır olunduğundan narazı qalaraq Lerik rayon məhkəməsinə şikayət edərək təhqiqatçının cinayət işinin başlanmasının ləğv edilməsi barədə 13.09.2019-cu il tarixli qərarının ləğv edilməsindən ötrü şikayət etmişdim.

Lerik rayon məhkəməsində mənim şikayətimə əsasən 18.04.2023-cü il tarixdə məhkəmə iclası keçirildi və mənim şikayətim qərəzli və ədalətsiz qərar verilməklə təmin edilmədi. Hakim Atabəy Kiçibəyov məhkəmə zalında qərarı elan edən zaman bildirdi ki, qərarı alandan 10 gün müddətinə Lerik rayon məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər.

Mən hakimdən xahiş etdim ki, rayona hər an gedib gələ bilmədiyimə görə gözləyim bu gün qərarı mənə verin. Hakim mənə bildirdi ki, “narahat olmağa heç bir ehtiyac duyulmur, özümüz qərarı qısa müddətdə poçt vasitəsi ilə sənin ünvanına göndərəcəyik”.

Qeyd edim ki, 27.04.2023-cü il tarixdə qonşu Əliabad kənd poçt şöbəsindən mənə zəng edilərək bildirdilər ki, sənə Lerik rayon məhkəməsindən xəbərnaməli zərf göndəriblər. Mən həmin tarixdə dərhal poçta gedib məhkəmənin mənə göndərdiyi zərfi alaraq xəbərnamənin arxasında mənə aid olan hissəsinə elə 27.04.2023-cü il tarixi qeyd edərək imza etdim.

Mən məhkəmənin zərfini imza edib alan kimi qərarı oxuyub tanış oldum və hakimin qəbul etdiyi qərarın 4-cü səhifəsində “qərara aldım” hissəsində məhkəmə zalında qərarı alandan 10 gün müddətində Apellyasiya şikayəti verilməsini elan etməsinə baxmayaraq 3 (üç) gün müddət yazıb və məni aldadaraq müddət ötsün deyə Apellyasiya şikayəti verməyimin qarşısını alıb.

Bir daha qeyd edirəm ki, hakimin bu əsassız, çaşdırıcı, ədalətsiz və qərəzli hərəkətlərinə baxmayaraq mən onun göndərdiyi xəbərnaməli zərfi 27.04.2023-cü il tarixdə alan kimi müddət ötürmədən elə həmin gün Lerik rayon məhkəməsi vasitəsi ilə Apellyasiya şikayəti verdim (imza etdiyim sənədlər və qəbzlər buna sübutdur).

Hakim Atabəy Kiçibəyov mənim 27.04.2023-cü il tarixdə şəxsən imza edib aldığım və həmin gün müddət ötürmədən Apellyasiya şikayətimi 02.05.2023-cü il tarixli 6 (048)-01/2023 nömrəli qərarla heç bir əsas olmadan guya mən müddət ötürdüyüm üçün geri qaytarıb. Mən imza edib aldığım sənədlərə və qəbzlərə əsasən qanun çərçivəsində tam doğru və düzgün müraciətlər etmişəm və heç bir müddət ötürməmişəm. Hakim şəxsən özü haqlı vətəndaşa qarşı qanunların

aliliyinə hörmət etməyərək mənə süni maneələr yaratmaqla məşğuldur ki, mən gələcəkdə haqqımı tələb etməkdən məhrum olum.

Lerik rayon məhkəməsinin 02.05.2023-cü il tarixli qərarını mən 22.05.2023-cü il tarixdə məhkəmənin inzibati binasında şəxsən imza edib alan kimi rayon məhkəməsi vasitəsi ilə 23.05.2023-cü il tarixdə Apellyasiya Şikayəti vermişəm, lakin Atabəy Kiçibəyov şikayətimi qəsdən ört-bastır edib bu günə kimi Apellyasiyaya göndərmir.

Hörmətli Prezident!

Sizin rəhbərliyinizlə keçirdiyiniz müşavirələrdə dövlət məmurlarına və qulluqçularına dəfələrlə tapşırıq vermisiniz ki, vətəndaşları qəbul edərkən onları yüksək səviyyədə dinləyin və müraciətlərinə müsbət reaksiya verin ki, onlar inciməsinlər. Əfsuslar olsun ki, adları qeyd olunan məhkəmə hakimləri və polis işçiləri Sizin uğurlu siyasətinizə kölgə salmaqla mən şəhid qardaşına məxsus olan xeyir-şər evindən oğurluq edən xeyli sayda insanın polis, məhkəmə və aidiyyatı orqanlarda adları bəlli olan və bəzilərinin haqqında cinayət işi açılan şəxslər məlum səbəblərdən ədalətsiz və qanunlara zidd olan məhkəmə qərarı və hökümü ilə azadlıqda gəzirlər. Mənim haqlı müraciətlərim müəyyən bəhanələrlə və qərəzli şəkildə ört-basdır edilməklə çalışırlar ki, bu ciddi məsələ ört-basdır olunsun. Və elə də edirlər ki, müraciətlərimə baxıb müsbət cavab verən yoxdur.

Mən isə əlbəttə ki, müstəqil Azərbaycanımızın qanunlarına və Sizə arxayın olaraq çalışacağam ki, sona qədər haqqımı tələb edim. Ona görə də məcburiyyət qarşısında qalaraq qərara gəldim ki, mənə köməklik məqsədilə Sizə və aidiyyəti qurumların rəhbərlərinə təkrar olaraq rəsmi müraciət edim ki, adları “dövlət qulluqçuları” olan, əməlləri ilə həqiqəti əks etdirməyən həmin şəxslər haqqında ciddi tədbir görülsün.

Mən Şirvan Apellyasiya məhkəməsinin hakimi Elşad Əliyevin qanunsuz, ədalətsiz və sifarişli qaydada tələm-tələsik qəbul etdiyi hökmdən 20.06.2023-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayəti vermişəm və ümüdvaram ki, Ali məhkəmənin sədri cənab İnam Kərimov mənim bu şikayət ərizəmi nəzarətdə saxlamaqla ədalətli məhkəmə prosesinin keçirilməsinə göstəriş verəcəkdir.

Hörmətli Prezidentim!

Sizdən xahiş edirəm ki, 0ərizədə qeyd etdiyim faktlara əsasən Ali məhkəmədə ədalətli və qərəzsiz qərar qəbul edilməsinə köməklik etməklə mənə süni manelər yaradan məhkəmə və bəzi orqan işçiləri haqqında ciddi tədbir görülməsinə göstəriş verəsiniz.

Öncədən Sizə öz Təşəkkürümü bildirirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru