Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                 

44 günlük savaşa qatıldı, ağır xəstəlik tapdı: `Palmali` şefi qəbul etmədi, amma... - Təbrizli soydaşımız XIZIR KİMİ DADA YETİŞDİ...
Tarix: 27-10-2023, 11:37 | Çap et
44 günlük savaşa qatıldı, ağır xəstəlik tapdı: `Palmali` şefi qəbul etmədi, amma...
2020-ci ilin sentyabr ayından başlayaraq həyatın məşəqqətli bir imtahanıyla üzləşdim. Oğlum İman (İmanqulu Əmənov) 44 günlük Qarabağ savaşının iştirakçısı oldu, yedək qüvvə olaraq ara cəbhədəki mövqelərin birində xidmətə başladı. Bir müddət sonra ağır xəstəlik səbəbilə ordudan tərxis olundu və hospitala yerləşdirildi. Müayinələrdən sonra hər iki böyrəyində ciddi fəsadlar aşkarlandı və dializ xəstəsi olaraq müalicə almağa başladı. Yaşadığım Azadkənd kəndinə yaxın Şirvan şəhərindəki klinikada hər üç gündən bir dializ aparatında İmanın qanı yuyulur, qandakı kreatin təmizlənirdi. Oğlumun fiziki cəhətdən get-gedə zəflədiyini görürdüm və həyatını itirmək təhlükəsinin yüksək olduğunu başa düşürdüm. Həkimlərin də məsləhəti ilə yeganə çıxış yolu böyrək nəqli yolu ilə İmana böyrək köçürülməsi idi. Mən öz böyrəyimin köçürülməsinə razı idim. Qan analizləri uyğunluq dərəcəsinin yüksək olduğunu göstərirdi, buna görə də vaxt itirmədən əməliyyata hazırlaşmağa başladıq. Türkiyədə təhsil alan oğlum Mikayılın məsləhəti ilə İstanbuldakı Acıbadem klinikasında qeydə alındıq, bizə əməliyyat xərcinin 30 000 olduğunu söylədilər. Bundan əlavə də xərclər vardı, ümumən əməliyyat mənə 50 000 manata başa gələcəkdi, bu pulu təcili tapmalıydım. Oğlumun Lada markalı maşınını, satılması mümkün olan hər şeyi satmalı oldum, eyni zamanda yardım edə biləcək hər kəsə müraciətlər etməyə başladım. Yaxın qohumlarımdan da toplanan pul cəmi 12 000 manat idi. Respublika səviyyəli tanınmış imkanlı şəxslərə, varlı müəssisələrə məktublar yazır, yardım istəyirdim. Bir qayda olaraq mənfi və ya başdansovdu cavablar alırdım. YAŞAT fondunun da xüsusi tələbləri var idi, İman qazi statusu almalıydı. Biz bu statusu ala bilmirdik, çünki İman döyüşlərdə iştirak etməmişdi, ön cəbhəyə hazırlıq mərhələsində xəstələnmiş və tərxis olunmuşdu. Yeganə ümidim kredit götürməyə qalmışdı. İxtisasca müəllim olduğum üçün kredit almağım çətin olmadı. İki bankdan toplam 26 000 manat kredit aldım və təcili İstanbula yollandıq. Klinikanın xərclərini ödədik, əməliyyata hazırlıq, lazimi analizlər prosedürlər başladı. Gözlənilmədə yeni problemlər ortaya çıxdı, mənim qanımda infeksiya aşkarlandı, bu halda böyrək nəqlinin effektiv olmayacağını dedilər. Nəticə olaraq ikinci oğlum Mikayılın böyrəyinin qardaşına köçürülməsi baş tutdu. Bütün bunların böyük həyəcan və stresslə müşaiyət olunduğunu təsəvvür edirsiniz. Lakin, təkcə həyəcan deyil, xərclər də artmışdı. Klinikaya əlavə pullar ödənməli idi. Son dərəcə kritik vəziyyət yaranmışdı. Təqribən 10 000 manatadək əksiyimiz yaranmışdı. Vətənə qayıtmaq üçün yol pulu və əməliyyatdan sonra qəbul ediləcək dərmanların xərci də bu məbləğə əlavə olunacaqdı. Yeganə çarə Türkiyədəki imkanlı azərbaycanlılara müraciət etmək idi. İlk ağıla gələn Mübariz Məsimovun adıydı. Azərbaycandakı bir bir deputata zəng etdirib bizi qəbul etməsini xahiş etdik. Dəfələrlə ofisinə getdik, bizi qəbul etməsini istədik. Ancaq alınmadı. O günlərdə tamamən ümidsizzlik içərisində idik. O günlərdə bir nəfər bizə əslən Təbrizli iş adamı Əli Poladın telefonunu verdi, zəng edin, bəlkə sizə kömək edər dedi. Qeyri-adi hadisə baş verdi, Əli Polad telefonumuza cavab verdi və buyurun gəlin dedi. Dediyi vaxtda iki oğlum və mən Taksim meydanındakı ofisinə yollandıq, bizi qəbul etdi. Heç tərəddüd etmədən, istədiyimiz məbləği verdi. Təşəkkür etmək istəyəndə isə sözümü kəsdi, "Biz sizə təşəkkür edirik və sizə borcluyuq" dedi. Yuxu deyildi, gerçəkdən də problemimiz həll olunmuşdu. Əli Polada sonsuza qədər minnətdar idim. Bu insanın necə böyük ürəyə sahib olduğunun şahidi oldum. Qısa söhbətimiz zamanı Azərbaycana necə böyük sevgi bəslədiyinə inanım. Bu yazını yazaraq ona olan minnətdarlığımı və ömrüm boyunca duaçı olacağımı ifadə etmək istədim. 
Hal-hazırda oğlum İmanın sağlamlığı bərpa olunub, onun da mənim də əvvəlki məşəqqətli günlərimiz arxada qalıb. Ana olmaq çətindir. Savaşda övladını itirən anaların nələr çəkdiyini təsəvvür edirəm. Hər kəsi onlara dəstək olmağa çağırıram. Kimsəsizə yardım etmənin necə müqəddəs bir duyğu olduğunu bilmənizi istərdim.

Xatirə Nəsirova,
Sabirabad r-nu, Azadkənd kənd orta məktəbinin müəllimi.
DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru