Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                     "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" .....                     Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... .....                     "The New York Times" Naftalandan yazıb, həm də necə... .....                     ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib .....                     "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." .....                     BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... .....                     "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" .....                     Sülh müqaviləsi təhdid altında .....                     Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs .....                     Azərbaycanda polkovnik vəfat etdi .....                     Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... .....                     Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... .....                     Bu gündən bəzi məktəblərdə dərslər başlayıb .....                     Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... .....                     Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... .....                     Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... .....                     “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib .....                     "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" .....                     Qənirə Ataşovanın instagram hesabı bərpa olundu .....                     Muxtar Respublikada nə baş verir? .....                     MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir .....                     Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                 

“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır - İLGİNC FAKTLAR
Tarix: 4-12-2023, 10:44 | Çap et
“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan biri də “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidi. MMC bilavastə ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə tabedir. MMC Neftçala rayonunun Xıllı qəsəbəsində 2003-cü ildən istismara verilib və nərə balıqlarının artırılması ilə məşğul olur. Zavodda nərə cinsli balıqların dörd növü – bölgə, nərə, kələmo və uzunburunların süni yolla artırılır. Burada balıq körpələrinin satışı da həyata keçirilir ki, bu da digər balıqçılıqla məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının satışını təşkil etməyə imkan yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2019 və 2020-ci illərdə müvafiq olaraq 342 və 549 min ədəd körpə nərə cinsli balıqları artırılaraq Kür çayının Xəzər dənizi ilə qovuşan mənsəbi hissəsində təbii mühitə buraxıldığı bildirilir. Bu rəqəm 2021-ci ildə isə 564 min ədəd civarında olub. Sonrakı illərdə Zavod tərəfindən nə qədər balığın artırılması və Xəzər dənizinə nə qədər balığın buraxılması barədə məlumat yoxdu. Qeyd edək ki, Zavod 2021-ci ildən özəlləşdirilib. Dövlət Vergi Xidmətinin məlumatlarında nizamnamə kapitalı 3102006.61 manat olan “Xıllı Balıq” MMC-nin qanuni təmsilçisi Elşad Kənan oğlu Əhmədovdur.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılmasına heç də az vəsait ayrılmır. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü-ildə yalnız bir açıq tender keçirib.

MMC-nin balıq yemlərinin satın alınması üzrə 30.03.2023-cü ildə başladığı açıq tender müsbiqəsində “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və tərəflər arasında 201.050 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 10.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Ərazi Vergilər İdarəsində 20.11.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının NEFTÇALA RAYONU, NEFTÇALA ŞƏHƏRİ, KİMYAÇILAR, ev 23, m. 3, qanuni təmsilçisinin isə Əliyev Xalıq Qurban oğlu olduğu göstərilir.

Bəs “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətini “KƏHF” MMC ilə daha nələr birləşdirir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Xıllı Balıq” MMC-nin nərəkimilər dəstəsinə daxil olan balıqlar üçün süni və canlı yemlərin satın alınması üzrə keçirdiyi bütün açıq tenderlərin qalibi “KƏHF” MMC olub. MMC ilə 14.04.2022-ci il tarixdə 254.290,94 manat məbləğində bir satınalma müqaviləsi, 21.05.2021-ci il tarixdə isə 219.670,1 manat məbləğində daha bir satınalma müqaviləsi bağlanılıb.

Çox maraqlıdır ki, “Xıllı Balıq” MMC – nin inzibati binasında, sexlərində və həyətyanı ərazisində cari təmir işlərinin satın alınmasının qalibi “MASTER-OFİS” MMC olub. 09.12.2022-ci ildə tərəflər arasında 41.625,68 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Bu MMC-nin fəaliyyət sferası məlum olmasa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir çox qurumların keçirdikləri elektrik avadanlıqların sazlanması, işçilər üçün geyimlər, avtomobillər üçün ehtiyyat hissələri, dəftərxana və təsərrüfat malları, küçələrin işıqlandırılması, yuyucu və yuyunma vasitələri kimi açıq tender və kotirovka sorğulaının da qalibi olub. Şübhələr də məhz buradan başlayır.

Bunlardan əlavə “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.10.2022-ci tarixində açıqladığı satınalma planlarında göstərilən digər kotirovka sorğularının, cari təmir işləri və yumşaq inventar, işçi geyimi dəsti üzrə satın alınması planlaşdırılan mal və xidmətlərin satınalmasının nəticələri barədə heç bir məlumat yoxdu. Bu da “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsini, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsini, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsini, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsini deməyə ciddi əsaslar verir.

Göründüyü kimi “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası keçirilmiş açıq tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, bütün bu göstərdiklərimiz açıq mənbələrdə olan məlumatlardı. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verən və çoxlarımızın görmədiyi digər qanunsuzluqlar da var. Məsələn, il ərzində nə qədər nərə balığının artırılması sual altındadır. MMC Xəzər dənizinə nə qədər balığın buraxılmasını açıqlayır, amma qara bazara çıxarılan balıqların sayı bəlli deyil və buradan əldə olunan gəlirlərin hara getməsi də həmçinin, sual altındadır. Təbii ki, bunu MMC-nin direktoru Elşad Əhmədov daha yaxşı bilər. O, dövlət satınlmalarından qazandığı kimi bu yollarla da az gəlir əldə eləmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin də, burada payı olmamış deyil. ETSN-nin digər rəsmilərini, məsələn elə Muxtar Babayevi hələ demirik. Yəni, burada balıq biznesindən də, satınalmalardan da faydalanan az adam yoxdu.

Mənbə: Aktualinfo.org
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40
Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33
Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31
“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29
"Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru