İsmət Abbasov spirtdən pulu necə çıxarır? - Baş nazirin müavininin gizli biznesi
Tarix: 13-03-2014, 13:19 | Çap et
Azərbaycanda ən böyük istehlak bazarının birinin siqaret, digərinin isə araq bazarı olduğu heç kimə sirr deyil. Hər il milyardlarla manat vəsaitin dövr elədiyi bu sektorlarda inhisar bir iki əldə cəmləşib və demək olar ki, bu inhisarçılar bir-birilərinə qarşı mübarizə aparmırlar. Bu da onun göstəricisidir ki, əslində siqaret və araq bazarında inhisar elə bir əldə cəmləşib.
Ölkəinin araq bazarında apardığımız araşdırmalar ciddi maraqlı faktların ortaya çıxmasına səbəb oldu. Öncəliklə qeyd edək ki, Bakı şəhərində və ölkədə araq istehsalı tam olaraq «Bakı Şərab-1» ASC-nin və «Bakı Şərab-2» ASC-nin nəzarəti altındır. Daha keyfiyyətli spirtli içkilər istehsal edən əyalət şərab zavodları da demək olar ki, bu iki şərab zavodunun patronajlığı altında fəaliyyət göstərirlər. Çünki daha keyfiyyətli spirtli içki istehsal etmələrinə baxmayaraq bazarda inhisara sahib olan «Bakı Şərab-1» ASC ilə rəqabət aparmaq faktiki olaraq mümkün deyil. Onu da qeyd edək ki, «Bakı Şərab-2» ASC «Bakı Şərab-1» ASC-nin nəzdində fəaliyyət göstərir və şərab bazarında inhisara sahib olan bu iki nəhəngin sabiq kənd təsərrüfatı naziri, hazırda Baş nazirin müavini olan İsmət Abbasovun kurasiyasında olub.
Qeyd edək ki, Bakı Şərab-2» ASC-nin sədri Rabil Hüseynovla bağlı mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Sonuncu dəfə Rabil Hüseynov oğlu Şahin Hüseynlinin cinayət məsələsi ilə bağlı səs-küylü qalmaqalla bağlı gündəmə gəlmişdi. Rabil Hüseynov İsmət Abbasovla kirvə olmaqla yanaşı həmçinin ölkəninin siyasi həyatında pərdə arxasında olsa da, ciddi rol alan keçmiş Baş prokuror hazırda səfir olaraq çalıan Eldar Həsənovla da qohumdur.
«Bakı Şərab-1» ASC-nin direktoru isə mətbuatda çox az gündəmə gəlib. Sahib Rəhimov özünü kölgədə saxlamağı başarsa da, əslində şərab bazarının «xaç atası» hesab olunur.
Sahib Rəhimov haqqında danışan mənbə bildirir ki, Sahib Rəhimov keçmiş kənd təsərrüfatı naziri və hal hazırda baş nazirin müavini işləyən İsmət Abbasovun adamı kimi tanınır və uzun illərdir ki, ölkəninin spirtli içki bazarında İsmət Abbasova aid olan inhisarı idarə edir.
Mənbəninin bildirdiyinə görə Sahib Rəhimovun əsas qazanc yeri «Bakı Şərab-1»də dövlət sifarişindən başqa hər ay əlavə yüz minlərlə saxta rus və yerli araqların istehsal etməsidir. Məlumatda qeyd olunur ki, müəssisə rəhbərinin dövlətdən gizlin istehsal etdirdiyi saxta markalı araqlar paytaxt Bakı şəhərində və regionlardakı çoxlu sayda şadlıq evlərinə marka araqlardan daha ucuz qiymətə paylanılır. Paylanılan araqların üstündə bonusun da verildiyi bildirilir. Həmin araqlar Sahib Rəhimovun yaratdığı bir şirkət təərfindən rayonlardakı mağazalara da qeyd olunur.
Daxil olan məlumata əsasən müəssisə rəhbəri «Bakı Şərab-1» ASC-də işləyən işçilərə aylıq əmək haqlarından əlavə paket sistemidə tətbiq edib. Çünki bütün işçilər bilir ki, ay ərzində istehsal etdikləri araqların, likörlərin, çaxırların əksəriyyəti Sahib Rəhimovun şəxsi biznesinin “çiçəklənməsi” üçündür. İstehsal olunan içki növlərinin üzərinə «Bakı Şərab-1» ASC-yə aid olmayan markaların və başqa tanınmayan şirkətlərin markaları vurulduğuna görə işçilər nəyin nə olduğunu yaxşı bilirlər. Elə bu üzdən də Sahib Rəhimov işçilərinin ağzını əlavə «paketlə yumur».
Mənbə bildirir ki, il ərzində gizlin araq istehsalından müəssisə rəhbərinin və patronlarının gəliri 40-50 milyon manat arasında olur. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Bakı «Bakı Şərab-1» ASC-yə dövlət tərəfindən ayrılan milyonlarla manat vəsaitlərin xərclənməsində də qaranlıq məqamların olduğu qeyd olunur. Adı çəkilən müəssisənin xeyirlə işlədiyi halda nadənsə bəzi hallarda «Bakı Şərab-1» ASC-nin hesabatlarında zərər getdiyini qeyd olunur. Yəni istehsal olunan malların alınmadığı və dükanlarda real mal kimi qaldığı bildirilir. Amma Sahib Rəhimovun gizlin istehsal etdirdiyi ucuz içkilər isə dayanmadan bazarlarda satılır.
Daxil olan məlumatda göstərilir ki, son illər «Bakı Şərab-1» ASC istehsal etdiyi spirtli içkilərlə bağlı problemlərin yaranmağı Sahib Rəhimovun «patronlarını» narahat etməyə başlayıb. Çünki regionlarda bir çox vətəndaşlar məhz «Bakı Şərab-1» ASC-nin spirtli içkilərindən zəhərləniblər. Eyni zamanada adı çəkilən qurumun rayonlarda fəaliyyət mağazalarından hər il bir neçə dəfə saxta içkilər müsadirə olunur.
Məlumatlı mənbəmiz bildirir ki, «Bakı Şərab-1» ASC-də istehsal olunan bir çox araqların keyfiyyətsiz olmasının səbəbi istifadə olunan spirtlərin müasir standartlara uyğun olmamasından irəli gəlir. Standartlara uyğun olmayan içkilərin tərkibinə antifiriz və kimyəvi maddələr qatılmaqla bərabər, həmdə ucuz araqların tərkibinə etanol spirtinin dozasının artıq edilməsi insan orqanizimində problemlər yaradır.
Mənbə iddia edir ki, ucuz içkilərin düzəldilməsində metil spirtindəndə istifadə olunur. Bu spirt isə insan beynində ciddi problemlər yaradır.
Qeyd edək ki, Sahib Rəhimov «Bakı Şərab-1» ASC-nin hesabına milyonlara qazanaraq böyük var-dövlət sahibi olub və hazırda ölkənin ən varlı adamlarından biri hesab olunur. «Bakı Şərab-1» ASC rəhbərinin gizli araq istehsalı vasitəsi ilə qazandığı milyonlarla bağlı bağlı redaksiyamıza göndərilən informasiyalar dəqiqləşdirilir və növbəti günlərdə oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… \\ pia.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
|