“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT
Tarix: 16-05-2024, 11:49 | Çap et
 “Qızım Yeganə Çələbiyeva anadangəlmə hidrosefaliya xəstəsidir. Doğulandan 2-3 ay sonra səhhətindəki fəsad artıq xarici görünüşünə də yansıyırdı. Həkimə müraciət etdik. Onlar da diaqnoz qoydular ki, uşaqda yüksək kəllədaxili təzyiq var. O illərdən başladıq müalicələrə. Təbrizə də, Rusiyaya da aparmışıq, amma bizə müsbət bir cavab verən olmayıb. Doğulduğum Ağdaş rayonu Qaradağlı kəndində Kəmalə adlı bir həkim var. O qızımın xəstəliyini qismən də olsa müalicə etdi. O zaman heç işləmirdim. Möcüzə nəticəsində qızım göydə Allahın, yerdə onun sayəsində sağ qaldı və yaşamına davam etdi”
 Bunu Moderator.az-a açıqlamasında Ağdaş rayonu Qaradağlı kənd sakini Ceyhun Çələbiyev deyib. O daha sonra bildirib ki, dövlət fiziki-qüsurlu övladına pensiya təyin edib. “O vaxt heç əlillik qrupları yox idi. Azyaşlı kimi ona pensiya ayırdılar. 10 ildən çox uşağa pensiya verildi. 2020-ci ildə, pandemiya ərəfəsində komissiya vaxtı idi. Yaxınlaşıb rayon komissiyasından keçdik, Bakıya müraciət etdik amma imtina gəldi ki, əlavə müayinə və müalicəyə ehtiyac var. Bundan sonra Uşaq Nevroloji xəstəxanasına getdik. Bu xəstəxanada qızıma əqli zəiflik diaqnozu da qoydular. Biz yenidən rayona qayıtdıq. Rayonumuzdakı psixoloq bizə bildirdi ki, psixiatrik xəstəxananın cavabını almalısınız. Buna görə də xəstəxanada yatmalıdır. Mingəçevir yaxın olduğuna görə ora yaxınlaşdıq. Qızımın bədən quruluşu assimmetrikdir. Birtərəfi o biri tərəfindən fərqlidir. Rafael həkim xəstəyə baxanda ilk sözü bu oldu ki, uşağın pensiyasını niyə saxlayıblar?! Sağ olsun, o bizi müayinə etdi. Yenidən Bakıya müraciət etdik, amma bu dəfə də imtina gəldi. Yaxınlaşdıq Mingəçevirə. Bir daha ətraflı müayinə, müalicə etdilər və qızımı xəstəxanada yatızdırdılar. Yenidən kağız verdilər, yenə də Bakıya müraciət edəndə pensiya üçün müraciətimizə imtina cavabı gəldi. Rayon psixoloqu mənə dedi ki, siz gərək Maştağa Psixiatriya xəstəxanasının kağızını alasız. Maddi sıxıntım ucbatından Maştağaya gedə bilmədim. 1 dəfə gedib qayıtmaq məsələsi olsaydı bunu bacarardım. Amma 10-15 gün gedib-gəlmək lazım idi. Bunun üçün maddi vəsaitim yox idi. İşsiz idim, öz avtomobilimlə gündəlik taksi kimi çalışıb, çörək pulumu qazanırdım. Sonra sıxıntılarım oldu, əlimdəki maşınımı da satıb gəldim Bakıya işləməyə. Burada olduğum müddətdə imkanlaşdırıb qızımı Maştağa Psixiatriya xəstəxanasına apara bildim. Qızımı bir müddət orada yatdı. Bu dəfə qızım üçün pensiya müəyyənləşdi. Ona 3-cü qrup ömürlük pensiya təyin olundu. 2023-cü ilin oktyabr ayının sonlarından pensiya bərpa olunub. Mən bir valideyn olaraq bacardığım qədər uşağımın 3 il ala bilmədiyi halal pensiya pulunu almağa çalışıram. Bu müddətə qədər aradan 3 il vaxt keçib. Gözlədim ki, yəqin almadığımız pensiyanı yenidən bizə verərlər. Gördüm ki, 250 manat puldur. Rayon pensiya idarəsinə yaxınlaşdım. Dedilər ki, yəqin sizə düşmür. Dedim axı necə ola bilər? Biz dəfələrlə müraciət etmişik, onlar imtina ediblər. Biz də axı boş oturmamışıq, onu müalicə-müayinə etmişik. Bu artıq onların səhvidir. Gəlib yerində müayinə-müalicə edərdilər, baxardılar ki, uşaq həqiqətən də xəstədir. Xəstə ilə maraqlanmadıqları bir yana, üstəlik pensiyanı ödəmirlər! Həkimlər deyir ki, 6 ay müddətində pensiya bərpa olunsaydı siz həmin məbləği ala bilərdiniz. Məntiqsiz bir ifadədir! Uşaq əgər fiziki qüsurludursa, 3 ildən sonra uşağa pensiya təyin olunubsa, 6 aydan sonra necə əlilliyi olmaya bilər?! Onlar nə dediklərini özləri də bilmir! Mən o müddətdə övladımı müalicə etdirə bilməmişəm. 250 manat pensiya verilir, o pulla da 3 il ərzində yığdığım borcları qaytarıram, övladımı müalicə etdirə bilmirəm. Səhiyyə Nazirinə, Dövlət Sosial Müdafiə Fondunun sədrinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə məktubla müraciət etmişəm. Onlardan da müsbət bir cavab gəlməyib. Ən son çıxış yolum onları məhkəməyə verməkdir. Bilirəm ki, sona qədər haqlıyam. Mənim tələbim və istəyim budur ki, bərpa olunmuş bu pensiya dayandırıldığı vaxtdan yenidən bərpa olunsun. Anadangəlmə fiziki-qüsurlu olan qızımın 3 il pensiyasını kəsiblər. Mən vaxtında müraciət etmişəm, siz imtina etmisiz. Gedib uşağa da baxa bilərlər. Bakıya da gətizdirə bilərəm. Mən Bakıda kirayədə qalıb icarəyə götürdüyüm maşınla taksi kimi fəaliyyət göstərirəm. Ailəm isə məndən uzaqda Ağdaşda, Qaradağlı kəndində qalır” deyə şikayətçi bildirib.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|