Azərbaycanın sərfəli mobil operatoru “Nar” yenilənmiş mağazasını bu dəfə Ağstafa şəhərində təqdim edib.
Dia-az.İnfo xəbər verir ki, yeni konseptli mağaza “Nar”ın bütün ölkə boyunca xidmətlərinin əlçatanlığını və müştəri məmnuniyyətini yüksəltmək siyasətini nümayiş etdirir.
Göz oxşayan xarici görünüşü ilə Heydər Əliyev prospekti 40 ünvanında yerləşən yeni konseptli mağazanın peşəkar heyəti hər bir müştəriyə fərdi yanaşma göstərərək onların istəklərinə uyğun xidmətlər təqdim etməyə hazırdır. Mağaza “Nar” xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirir.
“Bu gün ölkənin ən qərb regionlarından biri olan Ağstafada yeni konseptli “Nar” mağazasının açılışını etməkdən çox məmnunuq” – deyə “Nar”ın (Azerfon MMC) Baş İcraçı Direktoru Qunnar Panke bildirib. Onun sözlərinə görə, yenilənmiş mağaza bölgələrdə yaşayan müştərilərə daha da yaxın olmaq və onların gözləntilərini öyrənmək üçün imkan yaradır: “Bu addım “Nar”ın, sərfəli xidmət strategiyası ilə doğru yolda olduğunu bir daha təsdiqləyir”.
Paytaxtda və regionlarda sizə yaxın “Nar” mağazasının ünvanını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.