10 manatdan ötrü ZİBİLLİKLƏR ÖLKƏSİNDƏ yaşayırıq... - BU FAKTDIR!
Tarix: 28-06-2024, 11:49 |
Çap et
"Bütün ölkə böyük bir zibilliyə çevrilib, bütün kəndlərin, şəhərlərin ətrafı qanunsuz zibilliklərlə doludur. Yük maşınları ilə zibili hara gəldi tökürlər. Çəkməklə, qaçmatutma oynamaqla düzələn deyil. Nə də özümüzü aldatmayaq. Hamı bilir bunu. Sistemdəki problemləri tapmaq lazımdır. Çox sadə problemlər var..." Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Tullantı poliqonlarına tullantını aparıb təhvil vermək ödənişlidir. Azərbaycanda bu qədər nəzarətsiz mühitdə kimsə niyə tonlarla zibili tullantı poliqonuna aparıb hər tonuna 10 AZN pul ödəsin ki. Ona görə də hara gəldi atırlar.
Tullantı poliqonları büdcədən maliyyələşməlidir.
Axmaqlığın səviyyəsinə baxın. Tonu 10 manat verməmək üçün zibili yük maşını ilə aparıb hara gəldi atırlar. İndi o zibili təmizləmək istəsən hər tonuna neçə yüz manat xərcin çıxar. Bu ödəniş ləğv edilsə hökümət hər milyon ton tullantıya görə 10 milyon AZN ziyana gedər amma aradan qalxan problemi sonradan həll etməyə 10 milyon nədir milyardlarla vəsait lazımdır.
Təsəvvür edin, biz təmizlik aksiyası edirdik, maşın tuturduq, Təmiz Şəhərə aparırdıq. Üstünə də tonuna 10 manatdan əlavə ödəniş edirdik girişdə. Hamı ekoaktivist olası deyil ki.
Sıradan bir bələdiyyə və ya müəssisə zibili niyə Təmiz Şəhərə aparsın axı? Niyə tonuna 10 manat əlavə xərcə girsin. Onun qarşısını alan nə var ki, kənara tökməsin. Bir nəfər bu suala cavab verə bilər, hökümətdə?"