ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                     Xəlil Göyüşov həbs oluna bilər .....                     Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. .....                     Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu .....                     Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək .....                     Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı .....                     Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında .....                     Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... .....                     Tərtər rayonunda pambıq yığımına start verilib .....                     ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR .....                     Əmək müqaviləsinin müddətli bağlanması? .....                     Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     `Azəriqaz`da işdə zədələndinsə... BATDIN! .....                     Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı .....                     Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... .....                     Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? .....                     Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır .....                     Rus ordusu nə qədər əsgər itirib? .....                     Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… .....                     Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR .....                     Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib .....                     Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər .....                     Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR .....                     “Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi .....                     “Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” .....                     Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! .....                     Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                     Dövlət Xidməti 6 milyonluq tenderinin .....                     İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB .....                 

Nazir kimi yarıtmışdı... hələ camaatdan mandat da umur... - Hakim partiyanın daha bir AXSAQ NAMİZƏDİ...
Tarix: 9-08-2024, 10:24 | Çap et
Nazir kimi yarıtmışdı... hələ camaatdan mandat da umur...
YAP-ın 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. H.Əsədov buna qədər Dövlət Dəniz Akademiyasının rektoru olub. Anaxeber.info məlumat verir ki, H. Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Keçmiş nəqliyyat nazirinin qardaşı Elton Məmmədov da yenidən deputatlıq həvəsinə düşmüşdü, lakin siyasi qərar müsbət olmadı və geri çəkildi. Müşahidəçilərin fikrincə, bu ailədən yalnız Heydər Əsədova etimad göstərilməsi ilə mesaj verilib ki, bir mandat kifayətinizdir. Əsədova gəlincə, ilk növbədə onun Şirvan şəhərindən namizədliyi qəribə qarşılanıb. Çünki Şirvan əhalisi onu yaxından tanımır, heç zaman bu şəhərlə sıx təmasları olmayıb. Ona görə şirvanlı seçicilər sual verirlər ki, Heydər Əsədov hara, onlar hara... İndiyə qədər bir şirvanlı qaziyə, bir şirvanlı şəhid ailəsinə və yaxud sadə şirvanlının hər hansı sosial probleminin həllinə dəstəyi olmayan Heydər Əsədov birdən-birə Şirvandan namizəd olur. Çünki Heydər Əsədov Qərbi azərbaycanlıdır, indiki Sisyan (Qarakilsə) rayonunda dünyaya gəlib və Şirvanla yaxından-uzaqdan əlaqəsi olmayıb. Adətən millət vəkilləri öz doğma yurdundan, ən azı daimi yaşadıqları ünvandan namizədliyi irəli sürürlər. Lakin Heydər Əsədov ona aid olmayan yerdən namizəd göstərilib. Hərçənd, bu faktın özü də Əsədova çətinlik yaradır. O, yaxşı tanımadığı bir yerdə təbliğat-təşviqat aparmalı, şirvanlı seçiciləri necəsə inandırmalıdır ki, ona səs versinlər. Şirvan əhli isə sosial şəbəkələrdə və ümumi müzakirələrdə soruşurlar ki, axı bugünədək üzünü görmədiyimiz Heydər Əsədovu hansı yaxşı cəhətlərinə görə deputat seçməliyik?!
Ona görə də bu gündən etibarən Şirvanda təbliğat kampaniyasına başlayan Heydər Əsədovun özü də bilmir ki, hardan start götürsün, seçicilərə hansı vədləri versin, onların problemlərini necə həll etsin...
Ümumiyyətlə, Şirvan şəhər seçiciləri qeyd edirlər ki, Heydər Əsədov kənd təsərrüfatı naziri işlədiyi 2013-2018-ci illərdə ölkənin aqrar sektorunun gününü "göy əskiyə bükmüş" məmur olub, indi deputat kimi camaatın hansı qara gününə ağlayacaq?! Axı nazir olduğu dövrdə inhisarçılıq, korrupsiya kimi hallarla ad çıxarmış, milyonlar mənimsəmiş H. Əsədov deputat kimi 180 dərəcə dəyişərək mələyə çevrilə bilməz. O baxımdan şirvanlı seçicilər hakim partiyanın namizədinə ümidli deyil.
Onu da demək lazımdır ki, artıq sosial şəbəkələrdə və mətbuatda H. Əsədovun topladığı sərvət, əldə etdiyi biznes açıqlanır, qudası Ziya Məmmədovla işbirliyi, büdcə vəsaitlərini talan etmək və digər neqativ əməllər gündəmə gətirilir.
Misal üçün araşdırmalara görə, H.Əsədovun oğlu Asif Əsədzadə atasının hesabına Londonda xeyli mülkə, ən bahalı avtomobillərə sahibdir Xarici mətbuat vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı.
Digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir, otel alıb.
Yeri gəlmişkən, ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik etmiş Heydər Əsədovun o zaman vəziyyəti heç də pis deyildi: hansı təkliflə çıxış etdisə, dəstək görürdü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı.
Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə" deməkdən çəkinmədi. İndi kəndçnin yanında olmayan sabiq nazir, deputat kimi Şirvan şəhər camaatının yanında olacaq?
Heydər Əsədovun nazirliyi dövründə əksər fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalırdı. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilirdi. Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dönəmdə büdcədən bu sahəyə ayrılan vəsaitlərin təxminən yarısının ələ keçirilməsi haqda xəbərlər var.
Hətta Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirmişdi ki,
Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi. O demişdi ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi. Həmçinin, sabiq nazirin ərəblərlə ət biznesinə girişdiyi iddiaları səslənirdi. Bir sözlə, belə əməllərin sahibi olmuş milyonçu keçmiş nazir indi Şirvan camaatının deputatı olmaq həvəsindədir. Görünür ki, biznesinin toxunulmazlığı üçün ona mandat lazımdır.

Anaxeber.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 09:55
`Azəriqaz`da işdə zədələndinsə... BATDIN! - GİLEY
Bu gün, 09:48
Naxçıvanda 4 milyon manatlıq şirkət bağlandı - DETALLAR
Bu gün, 09:38
Naxçıvanda köhnə işlərə YAŞIL İŞIQ... - İLGİNC İDDİA
Bu gün, 09:36
Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək? - SORĞU
Bu gün, 09:09
Ermənistan yeni MÜHARİBƏYƏ hazırlaşır - Müəmmalı görüşlər, silahlanma və...
Bu gün, 09:01
Rus ordusu nə qədər əsgər itirib? - Yeni statistika
Bu gün, 08:52
Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki… – Kiviryan
Bu gün, 08:46
Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR - Özü susur, amma...
Bu gün, 08:42
Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib
Bu gün, 08:39
Hamı üçün məqbul yol: Evlərin qeydiyyat forması dəyişə bilər - GÖZLƏNTİ
Bu gün, 08:35
Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 08:33
“Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 08:29
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” – Qriqoryandan ŞOK
Bu gün, 07:09
Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! - GƏLİŞMƏ
Bu gün, 07:07
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru