“Azercell”in etdikləri artıq OĞURLUQDUR... - HƏQİQƏTƏN DƏ...
Tarix: 10-08-2024, 09:13 |
Çap et
"Azercell"dən şikayətlər intensiv xarakter alsa da, bütün narazılıqların qulaqardına vurulması əslində bu şirkətin müştəri məmnuniyyətinə hansı dərəcədə diqqət göstərməsinin də təzahürüdür. Yəni o deməkdir ki, özünü hər addımda "ölkənin ən böyük mobil operatoru" adlandıran "Azrecell" əslində sözügedən titulunu çoxdan itirdiyinin fərqinə varmalı, yaratdığı acınacaqlı reallığı qəbul etməlidir. Və əgər maraqlıdırsa, dərs çıxararaq yaranmış problemləri həll etməlidir. Amma görünəni odiur ki, sözügedən mobil operatorun prinsiplərində qeyd etdiyimiz müəddaların hansısa biri mövcud deyil...
Elə buna görədir ki, vətəndaş gileyləri də durmadan artmaqdadır. Dia-az.İnfo olaraq növbəti narazılıq dolu müraciəti təqdim edirik.
Beləliklə, Elşən Həmidli adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır:
"İnternet paketi 1 həftədir aktiv etmişəm , artıq nömrəmin servisi bağlanıb. Nömrəmdə 5 manat balans olub SuperSen tarifini aktiv edərkən . 5 manatlıq balansda isə servis 1 ay açıq qalmalıdır. Necə olur ki, istifadə müddəti 1 ay olan aktiv internet paketində nömrə 1 həftə sonra bağlanır ? Normalda internetin istifadə müddəti ilə servisin aktiv müddəti eyni olmalı deyil?.."