Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar - PROBLEM
Tarix: 9-04-2014, 14:59 | Çap et
«Arçın» kiçik müəssisəsinin İrandan gətirdiyi kafel 2 aydır Astara gömrüyündə saxlanır. Müəssisəsinin direktoru Yunus Orucovun iddia edir ki, malın bütün sənədləri qaydasındadır. Lakin Astara Gömrük İdarəsi malı buraxmır: «Fevralın 1-dən qanuni müqavilə əsasında İran İslam Respublikasından öz firmamın adına keramika məhsulu olan yük gətirmişəm. Bu günkü günə kimi də Astara gömrüyü heç bir əsas olmadan malı buraxmır. Bu barədə fevralın 4-də Astara Gömrük İdarəsinin rəisinə müraciət etmişəm. Heç bir nəticəsi olmayıb».
YUXARILARA ŞİKAYƏTLƏR…
Sahibkarın dediyinə görə, əlacsızlıqdan yuxarı orqanlara üz tutmalı olub. O, dəfələrlə gömrük komitəsinə və digər cavabdeh təşkilatlara müraciət etdiyini söyləyir:
«Respublika Gömrük Komitəsinə, onun internet saytına, şəxsən Aydın Əliyeva dəfələrlə müraciət etmişəm. Onların Qaynar xətti olan 192 ilə hər gün danışıram. Həmçinin Respublikanın Baş prokuroruna dəfələrlə müraciət eləmişəm». Sahibkarın fikrincə, monopoliyaya şərait yaratmaq elə korrupsiyaya şərait yaratmaq deməkdir. O hesab edir ki, ölkədə yaradılmış korrupsiya idarəsi də belə hallara qarşı mübarizə aparmalıdır:
«İKİ AYDAN ÇOXDUR MAL ORDA QALIB»
«Mən yuxarıda Allah, aşağıda prezidentə inanıram. O, dəfələrlə korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı mübarizədən danışıb. Mən də inanıram ki, bu adam bununla mübarizə aparır. Çünki biz zəhmətlə böyümüşük. Bizim böyüklərimiz bizi belə tərbiyə edib. Ancaq indiyə kimi heç bir nəticəsi olmayıb. İki aydan çoxdur mal orda qalıb».
Sahibkarın sözlərinə görə, kafelin gömrükdə saxlanması nəticəsində hər gün ona 50 manatdan çox ziyan dəyir. Sürücü ilə bağladığı müqaviləyə görə, ona pul ödəyir. Yunus Orucov hesab edir ki, bu məbləğ kiçik sahibkarlığı məhv etməyə kifayət edir:
«HƏR GÜN 50 MANAT CƏRİMƏ ÖDƏMƏLİ OLURAM»
«Uzun yazışmalardan sonra Astara Gömrük İdarəsindən mənə bir məktub gəlib ki, guya «invoice»un əsli olmadığına görə gömrük rəsmiləşdirilməsi mümkün olmayıb. Sonradan təzədən «invoice»un əslini onlara göndərmişəm. Bu günə kimi nəticəsi olmayıb. Sürücü ilə bağladığım müqaviləyə əsasən hər gün 50 manat cərimə ödəməli oluram. Dəfələrlə müraciət etmişəm, heç bir nəticəsi olmayıb».
SAHİBKAR MƏHKƏMƏYƏ ÜZ TUTUB...
Yunus Orucov deyir ki, əvvəllər də Astara gömrüyündə belə qanunsuzluqlar olub. Lakin uzun yazışmadan sonra məsələ həllini tapıb. Lakin bu dəfə malı buraxmaq istəmirlər. Sahibkar Astara gömrüyünü Şirvan İqtisad Məhkəməsinə verdiyini deyir. Onun sözlərinə görə, birinci məhkəmə baxışında Astara gömrüyündən nümayəndə iştirak etməyib. Növbəti məhkəmə baxışı gözlənilir.
Bu deyilənlərə münasibət öyrənmək üçün Astara Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarənin növbətçi hissəsindən suallarımızı dinləsələr də cavab vermək istəmədilər. Astara Gömrük İdarəsinin yük şöbəsinin rəisi Aydın Babayevlə də danışmaq istəyimiz alınmadı.
GÖMRÜKDƏN CAVAB...
Astara Gömrük İdarəsinin rəis müavini Abbas İsmayılovdan sahibkar Yunus Orucovun ünvanına gələn məktubda isə oxuyuruq: «Sizin Dövlət Gömrük Komitəsinə ünvanladığınız müraciətlə əlaqədar bildiririk ki, təqdim etdiyiniz kafel yükünə dair sənədlərdə «invoice»un əsli olmadığından yükün rəsmiləşdirilməsi mümkün olmamışdır».
Halbuki, sahibkar deyilən sənədin əslini idarəyə 1 aydır göndərdiyini bildirir. Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, «invoice» malın qiymətini dəyərləndirən sənəddir. Bu sənəd səhvdirsə və ya yoxdursa gömrük idarəsi malı özü dəyərləndirə bilər. Elman Hüseynovun sözlərinə görə, Astara gömrüyü ilə bağlı belə şikayətlər tez-tez eşidilir. O bu barədə ötən ilin avqustunda Astara rayonunda vətəndaşların qəbulunu keçirən Gömrük Komitəsinin sədri Aydın Əliyevə də şikayət etdiyini deyir: «AZAD SAHİBKARLIQ BELƏ OLMUR» «Mənim özümə qarşı qanun pozuntusu olub. Bununla əlaqədar ona sənədlər təqdim elədim. Ondan sonra komitə sədri söz verdi ki, mənim ərizəmə bir daha baxılacaq. Ondan sonra 20 dəfə ona müraciət eləmişəm. Heç cavab da vermirlər. Bunlar elə bilir ki, ayrı zümrədirlər. Amma bizdə hüquqi dövlətdir, hamı bərabərdir. Həmin məsələlər həm avtobus şöbəsində, həm də yük şöbəsində hökm sürür. Özbaşınalıqdır. Bunlar müəyyən adamlara hüquq verirlər. Həmin adamların üstünə göndərirlər ki, gedin onlarla razılaşın. Axı azad sahibkarlıq belə olmur».
İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, korrupsiyaya qarşı mübarizə gömrükdən başlamalıdır: «Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gömrükdən başlamaq əvəzinə taksi sürücülərindən başladılar». SÜNİ QİYMƏT ARTIMI NECƏ YARANIR?
İqtisadçının dediyinə görə, İrandan kvadratı 2-3 manata gələn kafel, gömrükdən keçəndən sonra 11-12 manata qalxır. Halbuki, gömrük rüsumları ilə birlikdə kafelin bir kvadratı 5 manatdan çox olmamalıdır. Onun dediyinə görə, bütün idxal məsullarında süni qiymət artımı belə yaranır. Ötən il «Xəzər» MMC-yə məxsus kafel dolu 6 yük maşını da Astara gömrüyündə 4 aya yaxın saxlanmışdı. Sahibkar məhkəmə çəkişməsindən sonra öz hüquqlarını qismən təmin edə bildi. Hərçənd sahibkara külli miqdarda ziyan dəydi. Elman Hüseynov da belə problemlərlə üzləşən sahibkarlara məhkəmələrə müraciət etməyi məsləhət görür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|