“Trump Media”nın səhmləri 60% bahalaşdı - DETALLAR
Respublikaçılar Partiyasından prezidentliyə namizəd, həmçinin ABŞ-nin növbəti prezidenti seçilən Donald Trampın “Trump Media & Technology Group Corp” şirkətinin səhmləri “Nasdaq” elektron birjasında premarket ticarəti zamanı prezident seçkiləri fonunda artımını sürətləndirib.
Yeniavaz.com xəbər verir ki, Bakı vaxtı ilə saat 13:01-ə olan ticarət məlumatlarına görə, səhmlərin qiyməti 59,96% artaraq, 54,29 dollara çatıb.
Bakı vaxtı ilə saat 13:08-ə qədər “Truth Social” sosial şəbəkəsinin də sahibi olan şirkətin səhmlərinin artımı yavaşlayıb və hər səhm üçün 49,27 dollara (+45,17%) düşüb.
Bakı vaxtı ilə saat 13:01-ə olan məlumata görə, Trampı açıq şəkildə dəstəkləyən sahibkar İlon Maska məxsus “Tesla” şirkətinin səhmləri də artım nümayiş etdirərək, 282,85 dollar (+12,49%) səviyyəsində olub.
Bakı vaxtı ilə saat 12:08-də isə şirkətin səhmləri öz artımını sürətləndirərək, 283,33 dollara (+12,68%) çatıb.