"Seçki müharibələri" - Və ya siyasi təhlükəsizliyə təhdidlər hardan qaynaqlanır?
Gürcüstanda parlament, Moldovada prezident seçkiləri keçirildi. Gürcüstanda da, Moldovada da həm hakimiyyət, həm müxalifət Avropa İttifaqına inteqrasiya tərəfdarı kimi çıxış edir. Sadəcə, Gürcüstanda hakimiyyət, Moldovada müxalifət tərəf Rusiya ilə də münasibətləri normallaşdırmaq tərəfdarıdır. Amma ümumi bir cəhət sanki var: Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin saxtalaşdırıldığını deyir və nəticələri tanımır. Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin nəticələrini mübahisələndirib. Maraqlı cəhət budur ki, Gürcüstandakı Qərbpərəst və Moldovada Rusiyapərəst müxalifət var. Belə bir tablo alınır: Gürcüstanda Rusiyapərəstlər, Moldovada Qərbpərəstlər qalib gəlib. Ancaq nə Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası öz qələbəsinə ürəkdən sevinə bilib, nə Moldovada Mayya Sandu prezident seçilməsinə görə şadyanalıq edə bilir. Gürcüstan parlament, Moldova prezident respublikalarıdır. Ancaq hökumətlərin yönəldiyi geopolitik vektorlar tam fərqli olsa da, hər ikisində seçkidən sonra siyasi böhran yaranıb. Gürcüstanda müxalifət mandatlarından imtina etdiyinə və parlamenti boykot qərarı verdiklərinə görə, qanunverici orqan toplaşa bilmir, yeni baş nazir təqdim olunmur və hökumətin formalaşdırılması ləngiyir. Moldovada vəziyyət bir qədər fərqlidir; Mayya Sandu prezident kimi səlahiyyətlərinə başlaya bilər. Amma müxalifət iddia edir ki, seçkinin və ölkənin taleyini Qərb ölkələrində məskunlaşmış moldovanlar - diaspor həll edir. Müxalifət məhkəməyə belə bir dəlil təqdim edir: Avropada, Rusiyada da moldovan diasporaları sayca, demək olar, eynidir: təxminən 500 min nəfər. Ancaq Moldova Mərkəzi Seçki Komissiyası (ölkənin Milli Təhlükəsizlik Xidmətinin və Xarici İşlər Nazirliyinin fəal müdaxiləsi ilə) Avropada Moldova seçkiləri üçün 200 məntəqə yaradıldığı halda, Rusiyada 2 məntəqə yaradılıb. Yəni fərq 100 dəfədir. Bu, Sandunun qələbəsini şübhə altına alır. Hətta artıq ona "Avropadakı moldovan diasporunun prezidenti" də deməyə başlayıblar. Çünki ölkə içərisindəki səslərin çoxunu müxalifətin namizədi Aleksandr Stoyonoqlo toplayıb. Sandu yalnız Avropadakı moldovanlar daha çox ona səs verəcək deyə, o ölkələrdə Rusiyadakına nisbətdə 100 dəfə çox məntəqə açmışdı. Rusiyadakı moldovanlar isə əksərən Stoynoqloya səs verəcəkdilər, o zaman Sandu deyil, rəqibi prezident olacaqdı.
Bunu niyə belə müqayisəli və həm də detallı yazırıq? Çünki hər bir ölkənin daxili siyasi təhlükəsizliyi artıq ön plana keçir. Bu, əvvəllər də olub; böyük ölkələr bir-birinin və kiçik ölkələrin seçkilərinə həmişə öz maraqlarına uyğun yön verməyə çalışıb. Bu, yeni bir şey deyil. Ancaq indiki beynəlxalq münasibətlərə baxsaq, seçkilər artıq hibrid müharibə alətinə çevrilib. Rəqib ölkələr bir-birinin seçkisini idarə etməyə cəhd edir. Bu, mümkün olmadıqda onu pozmağa çalışırlar. Rusiyanın 2020-ci ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqda indi yalnız tənbəl ekspertlər danışmır. Hətta indiki seçkilərlə də bağlı oxşar səslər eşidilir. Rusiyanın Fransa seçkilərinə, ABŞ-ın Çin Kommunist Partiyasının qurultayına və sair müdaxiləsi haqda da fikirlər söylənilir. Hazırda dünyanın 60-dan çox ölkəsində seçki var. Bunların da başında, təbii ki, ABŞ prezidentinin seçilməsi gəlir. Əgər əvvəllər gücü çatan dövlət başqa ölkələrin seçkilərinə qarışıb, öz adamlarını yerləşdirməyə çalışırdısa, indi isə vəziyyət çox dəyişib: dünyanın güclü dövlətləri bir-bir ilə mübahisələri müharibəyə çevirirlər. Bir-birinin sabitliyinə, siyasi təhlükəsizliyinə təhdid yaradırlar. Seçkilər artıq gah bu, gah o tərəfdən (hər tərəfdən) işğal alətinə çevrilir. Ən qorxulu tendensiyalardan biri budur: ölkələrin hökumətlərini, parlamentlərini hərəsini öz xalqları deyil, başqa ölkələrin hökumətləri seçməyə başlayıb. Əslində bu, elə çoxdan beləymiş, sadəcə, indi daha açıq-aydın görünür, demək...
Bahəddin Həzi, Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhid atası "Leyla Medical"ı məhkəməyə verdi - Təzminat tələb edir
Bu gün, 21:28 |
|
|
|
• Trampın qələbəsindən sonra Rusiya Makronu ələ saldı
Bu gün, 21:25 |
|
|
|
• Bu uşaqlara 6 min manat veriləcək - Deputatdan ŞAD XƏBƏR
Bu gün, 21:01 |
|
|
|
• Kritik müzakirə başladı: İsrail dəyişiklik edib - İran üçün Bakıda tarixi fürsət
Bu gün, 20:55 |
|
|
|
• Vəzifəli şəxs qəzada ölmüşdü: Ailəsi 1 milyon tələb edir - TƏFƏRRÜAT
Bu gün, 20:49 |
|
|
|
• "Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar..."
Bu gün, 19:50 |
|
|
|
• Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? – AFFA-nı xilas planı haqda təklif
Bu gün, 19:47 |
|
|
|
• Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... - Lavrov
Bu gün, 19:44 |
|
|
|
• Paşinyanın sülh müqaviləsini yubatmasının İLGİNC PƏRDƏARXASI
Bu gün, 19:10 |
|
|
|
• BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı – Riskli vergi ödəyicisi hesab olunurlar
Bu gün, 19:02 |
|
|
|
• Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb - ŞOK FAKT
Bu gün, 19:00 |
|
|
|
• "Seçki müharibələri" - Və ya siyasi təhlükəsizliyə təhdidlər hardan qaynaqlanır?
Bu gün, 18:58 |
|
|
|
• "Paşinyanın imzasına etibar etmək olmaz" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:57 |
|
|
|
• Trampın andiçmə mərasimi nə vaxt olacaq? - “USA Today”
Bu gün, 18:48 |
|
|
|
• Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Bu gün, 18:37 |
|
|
|
• İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
Bu gün, 18:28 |
|
|
|
• Nazirə məxsu olduğu deyilən şirkətdən əmlak tələb edilir - ÇƏKİŞMƏ
Bu gün, 18:25 |
|
|
|
• Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır - ŞƏRH
Bu gün, 18:21 |
|
|
|
• Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək - Lavrov
Bu gün, 18:18 |
|
|
|
• Paşinyan nəzarəti itirir, komandası parçalanır – Köçəryan
Bu gün, 18:05 |
|
|
|
• "Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm"
Bu gün, 18:02 |
|
|
|
• Tramp onlardan qisas alacaq, uzun siyahı var - “Politiko”
Bu gün, 18:00 |
|
|
|
• Lirə Trampın qələbəsindən “ilhamlanır” – Bu gün dollara qarşı bahalaşan yeganə valyutadır
Bu gün, 17:59 |
|
|
|
• Şlyapa Zahid: Vicdanı olmayan adamlar adıma kredit götürüb mənimsəyiblər - MƏHKƏMƏ
Bu gün, 17:54 |
|
|
|
• "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... - Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar"
Bu gün, 17:48 |
|
|
|
• Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? - İNCƏLƏMƏ
Bu gün, 17:46 |
|
|
|
• Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - MÜCƏRRƏD CAVAB
Bu gün, 17:44 |
|
|
|
• “Trump Media”nın səhmləri 60% bahalaşdı - DETALLAR
Bu gün, 17:27 |
|
|
|
• Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi - TƏFƏRRÜAT
Bu gün, 17:25 |
|
|
|
• ”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” - Vigen Akopyan
Bu gün, 17:20 |
|
|
|
• AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?
Bu gün, 17:19 |
|
|
|
• "Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək - AKTUAL
Bu gün, 17:13 |
|
|
|
• "Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:05 |
|
|
|
• Gənc jurnalist vəfat etdi - FOTO
Bu gün, 17:04 |
|
|
|
• Trampın vədi İranı qorxutdu – SEPAH-dan hədə gəldi
Bu gün, 17:01 |
|
|
|
• Ukraynanın dərman şirkəti Azərbaycan bazarına daxil olub
Bu gün, 16:58 |
|
|
|
• “Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir - İTTİHAM VAR...
Bu gün, 16:52 |
|
|
|
• Rusiyaya qarşı döyüşən erməni əsir düşdü - FOTO
Bu gün, 16:48 |
|
|
|
• Naxçıvanda xadimələrdən pul tutulması iddialarına CAVAB GƏLDİ
Bu gün, 16:46 |
|
|
|
• ABŞ seçkiləri Paşinyanın siyasətinin iflasını tamamilə üzə çıxardı - Suren Surenyants
Bu gün, 16:44 |
|
|
|
• Həbsdə olan MN-nin vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib - TƏFƏRRÜAT
Bu gün, 16:42 |
|
|
|
• Polis Akademiyasının keçmiş rəisi vəkil olub - FOTO
Bu gün, 16:36 |
|
|
|
• Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır - İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Bu gün, 16:34 |
|
|
|
• Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?
Bu gün, 16:32 |
|
|
|
• Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub - QƏRAR
Bu gün, 16:30 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTOLAR
Bu gün, 16:27 |
|
|
|
• Səhiyyə Nazirliyinə ard-arda zərbə: Tender komissiyasına 3 illik qadağa qoyuldu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:21 |
|
|
|
• Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxınıq - Erməni nazir
Bu gün, 16:19 |
|
|
|
• MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 16:09 |
|
|
|
• Bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur - MSK sədri
Bu gün, 16:08 |
|
|
|
|