Ləğv edilmiş Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyətinin “Azərlizinq” şirkəti də ləğv olunur. İqtisadiyyat.az bu barədə şirkətə istinadən xəbər verir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1026 Bakı şəhəri, Xətai̇ rayonu, 8 Noyabr prospekti̇, ev 108 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərbaycanın ilk lizinq şirkəti “Azərlizinq” 1999-cu ildə yaradılıb.