Ağcabədidə yollardan havaya sovrulan yüz minlər- Bundan qazananlar kimlərdir? - YEYİNTİ VAR
Tarix: 22-04-2014, 15:03 | Çap et
Ağcabədidə bir neçə aydan sonra söküləcək olan yollar təmir olunur. Bunun üçün ayrılan 700 min manatdan artıq vəsaitin yarısı isə əvvəlgədən mənimsənilib.
Bu barədə Ağcabədidən PİA.AZ daxil olan məlumata görə Ağcabədi rayon icra başçısı Şahin Məmmədov Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovla əlbir şəraitdə dövlətin külli-miqdarda vəsaitini havaya sovururlar. Bunda məqsəd isə havaya sovrulan vəsaitin böyük əksər hissəsini mənimsəməkdir.
PİA.AZ-a daxil olan məlumata əsasən Ağcabədi şəhər icra nümayəndəliyi tərəfindən Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov oğluna məxsus olan “Ağcabədi Fərid” MMC şirkətinə şəhər yollarının təmir olunması üçün 710 min manat vəsait köçürüb. İşin ilginc tərəfi isə odur ki, hazırda təmir olunan həmin küçələr bir aydan sonra yenidən dağıdılacaq. Çünki bir aydan sonra “Azərsu” ASC Ağcabədi şəhərinin kanalizasiya sisteminin yenilənməsi üçün çalışmalara başlayacaq və bu zaman hazırda təmir olunan yollar yenidən dağıdılacaq.
Məlumatda vurğulanır ki, Ağcabədinin icra başçısı Şahin Məmmədov, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov və Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev əlbir olaraq bu yolla külli miqdarda dövlət vəsaiti mənimsəyirlər. Belə ki, bir aydan sonra dağıdılacaq olan yollarda cüzi təmir işləri aparılır. Ayrılan vəsait isə sənədləşdirilərək mənimsənilir.
Mənbə bildirir ki, Vidadi Hüseynov yolların təmir olunması üçün keçirilən tenderin qanuni olması üçün bir neçə idarənin və müəssisənin adınıda həmin tender oyununda iştirakçı kimi yazıb. Sonra isə yolların təmiri üçün keçirilən tenderiin qalibi məhz Vidadi Hüseynovun oğluna məxsus olan “Ağcabədi Fərid” MMC şirkəti olub.
Məlumatda iddia olunur ki, Vidadi Hüseynovun həyata keçirdiyi asfalt qoyma işləri üçün ayrılan 710 min manat vəsaitin yarı hissəsi təxminən 350 min manatı icra başçısı Şahin Məmmədov tərəfindən əvvəlcədən götürülüb. Həmin vəsait isə “Ağcabədi Fərid” MMC şirkətinə Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev tərəfindən köçürülüb. Vidadi Hüseynovun həyata keçirdiyi təmir işlərini isə sonda başçısının sağ əli Aqil Əliyev təhfil alacaq. Yəni vəsaitlərin mənimsənilməsi üçün ortada heç bir problem yoxdur. Bir neçə aydan sonra isə həmin yollar yenidən dağıdılacağına görə isə istər icra başçısı, istər 33 saylı Yol İstismar İdarəsinin müdiri, istərsə də Ağcabədi şəhər icra nümayəndəsi çox rahatdırlar. Çünki onların “təmir etdikləri” yolları bir aydan sonra “Azərsu” ASC dağıdacaq.
Qeyd edək ki, bundan əvvəldə Şahin Məmmədov və Vidadi Hüseynov əlbir olaraq külli miqdarda vəsaitləri Vidadi Hüseynovun oğluna mənsub olan “Ağcabədi Fərid” MMC-yə köçürərək mənimsəyiblər. Bunun üçün sadəcə “Ağcabədi Fərid” MMC-nin qalib elan olunduğu tenderlərə nəzər yetirmək kifayətdir.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
|