“Dövlət Dəmir Yolları” ətrafında gedən oyunlar - QSC fransız şirkətinə verilir
Tarix: 22-04-2014, 15:07 | Çap et
Fəaliyyətində ciddi mənimsəmələr və qanun pozuntuları olan dövlət strukturlarından biri də “Azərbaycan Dəmir Yolları” QSC-dir. Xatırladaq ki, çox da uzaq olmayan keçmişdə Arif Əsgərovun rəhbərlik etdiyi adıçəkilən strukturda yoxlamalar aparılmış və 48 milyonluq şok yeyinti faktının üstü açılmışdı. Həmin ərəfədə bu şok yeyinti əməliyyatında Arif Əsgərovun oğlu da daxil olmaqla, yaxın qohumlarının iştirakçı olması haqda xəbərlər yayıldı.
Ümumiyyətlə isə Arif Əsgərovun rəhbərliyi altında son illər ölkənin dəmir yolları təsərrüfatının tamamilə dağılması və sıradan çıxarılması prosesinə şahidlik etməkdəyik. Bununla bağlı “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, artıq Arif Əsgərovun işləkləri ilə bağlı “yuxarılara” özündə konkret korrupsiya və yeyinti faktlarını əks etdirən məxfi dosye ötürülüb: “Həmin sənədlərdə ölkə dəmir yolları strukturunun hazırkı durumu, mövcud problemlər və perspektiv layihələrlə bağlı müfəssəl məlumatlar yer alıb. Bundan başqa uzun illər ərzində bu sektora ayrılan milyonlarla vəsaitin mövcudluğuna baxmayaraq dəmir yollarında çoxsaylı problemlərin hələ də qaldığı xüsusi qeyd olunur. Eyni zamanda Arif Əsgərovun və yaxın ətrafının korrupsiya əməllərinin sadalandığı həmin sənədlərdə istimailəşməsi məqbul sayılmayan br sıra mətləblər də yer alıb”. Mənbənin sözlərinə görə, ölkə rəhbərliyi dövlət dəmir yolları strukturunu islahatlar yolu ilə inkişaf etdirmək niyyətindədir. Amma reallıqlarla tanışlıq “yuxarılar”da belə bir rəyi qətiləşdirib ki, nəzərdə tutulan kordinal islahat və dəyişiklikləri Arif Əsgərovun rəhbərliyi altında həyata keçirmək demək olar ki, mümkünsüzdür: “Ona görə də “Azərbaycan Dənir Yolları” QSC-nin idarəçiliyinin əcnəbi şirkətlərdən birinə verilməsi haqda qərar qəbul edilib. Hökumət bu yolla da, dəmiryolu strukturunda illərdir, nəzərdə tutduğu islahatları reallaşdırmaq istəyir”. “Unikal” qəzetinin əldə etdiyi və dəqiqliyi şübhə doğurmayan digər bir informasiyada isə deyilir ki, artıq “Azərbaycan Dəmir Yolları” QSC-nin hansı əcnəbi şirkətə verilməsi məsələsi də həll olunub. Məlumata görə, bu iş Fransanın nüfuzlu şirkətlərindən birinə veriləcək və bununla bağlı razılaşmalar da əldə olunub. Həmin Fransa şirkətinin bu sahədə böyük təcrübəyə malik olduğunu önə çəkən mənbəmiz tərəflər arasındakı razılaşmanın artıq sonuncu mərhələdə olduğunu da bildirdi. “Bəs Arif Əsgərovun məsələsi necə həll olunacaq” sualına gəlincə isə mənbəmiz bunları söylədi: “Əslində, bu məsələ ümumiyyətlə müzakirə mövzusu da olmayıb. Yəni, Arif Əsgərovun rəhbərlik etdiyi idarənin Fransa şirkətinə verilməsi bu sahənin inkişaf etdirilməsi strategiyasına əsaslanır. Arif Əsgərovun taleyinin necə olacağına gəlincə isə onun tutduğu indiki vəzifəsini itirəcəyi şübhəsizdir. Əvvəla, idarə Fransız şirkətə verildikdən sonra əcnəbilərin Arif Əsgərovla işləyəcəyi ehtimalı kifayət qədər şübhəli görünür. Digər tərəfdən isə özünü hökumətin yanında da “yandıran” Arif Əsgərovun bu məsələdə hökumətin dəstəyini görəcəyi də ağlabatan görünmür. Çox böyük ehtimalla Fransız şirkət iş başına keçdikdən sonra qurumun strukturunda ciddi dəyişikliklər həyata keçiriləcək və həmin dəyişikliklərin məntiqi nəticəsi olaraq da Arif Əsgərov “oyundan kənar vəziyyətə” düşəcək. Başqa sözlə, Bakı Metropolitenində Tağı Əmədovla bağlı yaşananlar bir qədər fərqli formada bu dəfə də Arif Əgərovla bağlı yaşanacaq. Belə ki, Tağı Əhmədov tutduğu vəzifədən azad olunmadı, sadəcə olaraq onun rəhbərlik etdiyi qurum ləğv olundu və yaradılan yeni quruma da yeni rəhbər seçildi. Həmin ssenarinin Arif Əsgərovla bağlı da təkrarlanacağı gözlənilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|