Siyəzənli məmur rəhbərliyi ilə bağlı şok faktları açıqladı - Rəqəmlər şişirdilib
Tarix: 28-04-2014, 15:20 | Çap et
“Əhalinin üzərində olan debütor borcların silinməsinə baxmayaraq, həmin borclar silinəndən 4-5 ay sonra yığılan növbəti debütor borc 150 min manat civarında şişirdilib. Bunu sübut da edə bilərəm. Mən bilirəm ki, bu borc hansı formada şişirdilib. İdarə işçiləri ay ərzində istədikləri vaxt sayğac göstəricilərini azalda və çoxalda bilirlər”. Zeynal Tağıyev Siyəzən qaz istismar sahəsinin Yenikənd kəndi üzrə xidmət rəisidir. Ancaq elə hədəfi də rayon qaz istismar idarəsidir. Deyir, prezidentin sərəncamı ilə əhalinin qaza olan borcu 2009-cu ilin oktyabr ayına kimi bağışlansa da, satış şöbəsinin müdiri Sədaqət Cümşüdovanın göstərişi ilə abonentlər əlavə borclarla yüklənir. Bununla da idarənin debitor borcu artaraq 150.000 manata yaxınlaşıb.
ABONENT İŞLƏTMƏDİYİ QAZA GÖRƏ NİYƏ PUL ÖDƏSİN Kİ?..
“Elə abonentlər var ki, gəlirlər uçota dayanmağa, onlardan 150-155 manat alırlar, işlətməiyi qaza görə ayağına borc yazırlar. Bu ügn gəlir uçota dayanır, üzərinə 1500 kub qaz yazır. Niyə işlətmədiyi qaza görə pul ödəməlidir?” Xödmət rəisi deyir, bu məsələlərlə bağlı dəfələrlə müvafiq orqanlara məktublar yazıb. əvəzində təzyiqlərə məruz qalır: “İşlədiyim müəssisədə 120-yə yaxın işçi var. Onlardan biri də mənəm. Heç bir idarə işçisinin həyətində mənim həyətimdə olduğu qədər araşdırma aparılmayıb. Bu il martın 15-dən aprelin 20-dək sayğaca 8 dəfə baxış keçirilib. Heç bir qüsur aşkar etməyiblər. Oğluma və özümə aid olan sayğacları açıb aparıblar. Əlbəttə ki, bütün bunlar mənə qarşı olan qərəzdən irəli gəlir”. Xidmət rəisinin sözlərinə görə, ay ərzində 200-300 şübhəli, yaxud istismara yararsız sayğac açılır. Ancaq onların heç də hamısı yoxlamaya göndərilmir: “Sayğacları laboratoriyaya göndərəndə də şəxsi münasibətlərə üstünlük verirlər. Kiminlə münasibətləri varsa, o sayğaclar laboratoriyaya göndərilmir”. Zeynal Tağıyev deyir, yerli qaz istismar sahəsinin satış şöbəsinin müdiri təkcə onu yox, yaxın qohumlarını da sıxışdırır.
Quşçuluqla məşğul olan Qismətəli Həsənov da yerli qaz istismar sahəsindən narazılqı edir: “Çox özbaşınalıqlar edirlər. Gəlib sayğacları ev yiyələrindən xəbərsiz açıb aparırlar laboratoriyaya, orada bildiklərini edirlər. Bir də xəbər tuturuq ki, üstümüzə cərimələr yazılıb. Yersiz yoxlamalardan cana doymuşuq”. Abonent deyir, bir müddət əvvəl sayğacı açıb aparıblar, qaz verilişi dayandırılıb. Quşçuluq sexini odunla, və maşın təkəri ilə qızdırmaq məcburiyyətində qalıb. Bir sözlə, min əziyyətlə qurub yaratdığı quşçuluq təsərrüfatının xeyrini görə bilmir: “Bu kənddə iş yoxdur. Adamlar banklardan götürdükləri yüksək faizli kreditlərlə min əziyyətə qatlaşıb özünə iş yeri düzəldirlər ki, acından ölməsinlər. Çörək üçün hökumətin üstünə getmirik ki... Ancaq gəlib qurduğumuz işə də pəl vururlar, İmkan versinlər, özümüz də dolanaq, hökumətin büdcəsinə də vergi verək. Pis işlə məşğul olmuruq ki...”
QORUYUCUSUZ SAYĞACLARIN ƏNGƏLLƏRİ
Başqa kənd sakini Ramil Həmzəliyev isə sayğacların qoruyucusuz olmasından narazılıq edir: “Gətirib sayğacı qoyurlar, qoruyucusu yoxdur. Evimdən kənar, üstəgəl də, qoruyucusu olmayan sayğa necə nəzarət edə bilərəm? Bu sayğaca görə niyə cərimələnməliyəm?”
Siyəzən rayon qaz istismar sahəsinin satış şöbəsinin müdiri Sədaqət Cümşüdova nə Yenikənd üzrə xidmət rəisi Zeynal Tağıyevin, nə də başqa kənd sakinlərinin dedikləri ilə razılaşmır: “Dəfələrlə aşkar etmişik ki, o kənddə sayğaclara müdaxilələr olunur. Sayğaclar səslə işləyir. - Abonentlər şikayətlənirlər ki, sayğaclar xəbərdarlıqsız açılıb aparılır... - Elə şey yoxdur. Yerində akt tərtib olunur, abonent özü də o sənədə qol çəkir. - Sayğaclar açılarkən qaz verilişinin də uzun müddət dayandırıldığını deyirlər... - Hansısa sayğacı açanda mütləq yerinə müvəqqəti sayğac quraşdırılır. - Həmin kənd üzrə xidmət rəisi Zeynal Tağıyev iddia edir ki, debütor borclar şişirdilir... Boş sözdür. Borclar hesablanır göndərilir “Azəriqaz”a, orada bir şöbədə hesablanır, əgər artıq borc yazılıbsa, ləğv edilir. - Zeynal Tağıyev yaşadığı ünvanda yersiz yoxlamalar aparılmasından da narazılıq edir... - Onun evinə də, sayğacına da dəfələrlə baxış keçirilib. Ayın 5-i sayğacın şəkli çəkilib, bir neçə gündən sonra sayğac üzərindəki göstəricidə azaldılmış rəqəm aşkar olunub. Yəni əvvəlki rəqəm qazdan istifadə edildikcə bir neçə gün sonra artmalı idi. Ancaq bunun sayğacında azalmışdı. Yəni yoxladıq ki, evdə qaz cihazları ola-ola sayğacda sərfiyyətdən az miqdarda borc yazılıb. Oğlunun da evi yoxlanılıb, onda da sayğacın səslə işlədiyi aşkar edilib. Sayğacları laboratoriyadadır. Beləcə, Siyəzən qaz istismar sahəsi Yenikənddəki yoxlamaları sayğaclara müdaxilələrlə əsaslandırır. Abonentlərsə bildirirlər ki, qoruyucusuz sayğaca elə idarənin öz işçiləri də müdaxilə edə bilərlər. Debütor borcları şişirtmək üçün... Həm də abonentlər yerli qaz istismar sahəsinin özündə yoxlama aparılmasını tələb edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|