Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                 

Beyləqanda məmur zülmü ərşə dirənib - Bu rayonda daş üstündə daş qalmayıb
Tarix: 16-12-2014, 13:52 | Çap et
Beyləqanda məmur zülmü ərşə dirənib
Bölgələrdə məmur özbaşınalıqları səngimək bilmir. Bəzi rayonların icra başçıları, eləcə də idarə və müəssisə rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyərək özbaşınalığa yol verirlər. Qeyd etmək lazımdır ki, bu gün əksər bölgələrimizdə vətəndaşların yerli məmurlar tərəfindən incidilməsi hallarına tez-tez rast gəlinir. Bununla bağlı mətbuat səhifələrində nə qədər yazılsa da, xeyri yoxdur ki, yoxdur.

Adı daim qalmaqallı məsələlərdə hallandırılan məmurlardan biri də Beyləqan şəhərinin icra nümayəndəsi Azil Aslanovdur. Əldə etdiyimiz məlumatlara görə, rayonun icra başçısı Vaqif Abdullayev bəzi maliyyə əməliyyatlarını məhz Azil Aslanovun vasitəsilə həyata keçirir: "Beyləqanın daxili yolları və mərkəzi hissələri olduqca bərbad vəziyyətdədir. Ancaq şəhər mərkəzinə kosmetik asfalt vurublar, o da yağışdan sonra parça-parça olub tökülür. Mavi yanacaq kəndlərdə problemdir. Qaz xətləri ancaq rayon mərkəzinə çəkilib. O da hamıya yox, ancaq imkanı olanlara. Beyləqanda içməli su problemi də var. Camaat su maşınlarının öhdəsinə qalıb. Su maşınlarla daşınır və camaat vedrə ilə su alır. Beyləqan həm də ağır iqtisadi çətinlik qarşısındadır. Bütün bunlara rəğmən, icra nümayəndəsi Azil Aslanov işinə soyuq münasibət göstərir. İcra başçısı Beyləqan şəhərinin mərkəzindən keçən magistral küçəsində yerləşən, 200 nəfərdən çox insanın yaşadığı beşmərtəbəli binanın qarşısındakı istirahət və gəzinti yerlərini Azil Aslanovun vasitəsi ilə satıb və orada iri ticarət obyektlərinin tikilməsinə şərait yaradıb. Beləliklə, insanların bütün rahatlığı əlindən alınıb. 20 mindən çox əhalisi olan şəhər mərkəzində natəmizlik hökm sürür, kanalizasiya suları küçələrə axıdılır. Kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan büdcə vəsaitləri müxtəlif şəxslər tərəfindən mənimsənilib. Beyləqanın mərkəzi ərazilərində qoyulan zibil qutuları həftələrlə təmizlənmir. Buna görə şəhərdə antisanitariya baş alıb gedir. Bunun səbəbkarı isə sözsüz ki, Azil Aslanovdur. O Beyləqan camaatının baş ağrısına çevrilib. Azil müəllim icra nümayəndəsi təyin olunana qədər Beyləqan rayon Kommunal Təssərrüfat İdarəsinin müdiri işləyirdi. Amma həmin vəzifədə də özünü doğrultmamışdı. İcra başçısı onu Beyləqan şəhərinin icra nümayəndəsi təyin etməklə vətəndaşların güzəranına mənfi təsir göstərdi. Ona görə ki, icra nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bəzi qanunsuz işlər törədir". Məlumatda deyilir ki, adıçəkilən məmur yerli sahibkarları, idarə və müəssisə müdirlərini, hətta məktəb direktorlarını belə rayonun mərkəzində aparılan quruculuq-abadlıq işlərinə cəlb edir: "Halbuki, icra nümayəndəsinin buna haqqı çatmır. Çünki rayonun abadlaşması məqsədilə dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Belə çıxır ki, həmin vəsaitlər kimlərinsə cibinə gedir və Azil Aslanov rayonun mərkəzini sahibkarların, idarə müdirlərinin, məktəb direktorlarının hesabına abadlaşdırır. Rayonun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına mütəmadi olaraq vəsait köçürülür. Görünən odur ki, bu vəsaitlər təyinatı üzrə xərclənmir. Azil Aslanov sənəd üzərində şişirtmə rəqəmlər yazır və bununla da büdcə vəsaitlərinin bir hissəsini şəxsi ciblərə yönəldir. Azil Aslanov bir müddət əvvəl Beyləqandakı bütün dükanların sahiblərinə obyektlərini alkopanla üzləməli olduqlarını tapşırdı. Şərt isə o idi ki, həmin dükanlarda bu işi Azil Aslanova məxsus olan şirkət həyata keçirməlidir. Dükan sahibləri isə sadəcə, hər kvadratmetr üçün icra nümayəndəsinə aid olduğu deyilən şirkətə 42 manat ödəməlidir. Heç bir dükanın sahibi buna etiraz etmədi. Daha doğrusu, edə bilmədi. Çünki icra nümayəndəsinə kim etiraz etsəydi, cəzalandırılacaqdı". Başqa bir məlumatda isə Azil Aslanovun diplomunun saxta olmasından söhbət açılır. Bildiyiniz kimi, artıq xeyli müddətdir ki, ölkəmizdə saxta diplomların aşkarlanması istiqamətində müəyyən işlər aparılır. Başqa sözlə desək, bir müddət əvvəl ali təhsili olmayan şəxslərin icra nümayəndəsi vəzifəsində çalışmasının mümkünsüz olduğu vurğulanmışdı. Həmçinin yuxarıların tapşırığına əsasən bir çox dövlət məmurlarının diplomunun saxta olub-olmaması yoxlanılır. Deyilənə görə, Beyləqanda aparılan yoxlama nəticəsində Azil Aslanova Gəncə Texnologiyalar Universitetindən 2009-cu ildə verilən diplomun saxta olduğu məlum olub. İcra nümayəndəsi isə mətbuata açıqlamasında bildirib ki, onun diplomunun saxta olması ilə bağlı yayılan söhbətlər şayiə xarakterlidir. İstənilən halda, belə bir iddia varsa, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri bunu araşdırmalıdır. Yalnız aparılan araşdırmalardan sonra icra nümayəndəsinin diplomunun saxta olub-olmaması dəqiq bilinər. O ki qaldı Azil Aslanovun Beyləqanda törətdiyi qanunsuzluqlara, bu əməllərlə bağlı icra başçısı Vaqif Abdullayev bir tədbir görməlidir. Əgər başçı icra nümayəndəsinin fəaliyyətindəki neqativ məqamlara göz yumursa, deməli, ortada başqa məsələlər var.

Mövzu ilə bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.
\\ gundelik-bakı.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Bu gün, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Bu gün, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Bu gün, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Bu gün, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Bu gün, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Bu gün, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Bu gün, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Bu gün, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Bu gün, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Bu gün, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Bu gün, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Bu gün, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Bu gün, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Bu gün, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Bu gün, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Bu gün, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Bu gün, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Bu gün, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Bu gün, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Bu gün, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Bu gün, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Bu gün, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru