Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                 

Əyalətdə təhsilə nəzarət sıfır dərəcəsindədir: Naizlrik isə biganədir... - Buralardan kadr gözləməyin...
Tarix: 19-01-2015, 15:07 | Çap et
Əyalətdə təhsilə nəzarət sıfır dərəcəsindədir: Naizlrik isə biganədir...
Bu gün paytaxtda, həmçinin regionlarda fəaliyyət göstərən elə təhsil müəssisələri var ki, onlar müasir standartlara cavab verəməməklə yanaşı, bir sıra qanunsuzluqlara, özbaşınalıq və neqativ hallara yol verirlər. Bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif səpkili problemlər nəzərə çarpmaqdadır. Bu barədə dəfələrlə tənqidi yazılar dərc etmişik. İnsaf naminə qeyd etmək lazımdır ki, Mikayıl Cabbarovun nazir vəzifəsinə təyin edilməsindən sonra kolleclərdə təhsilin səviyyəsi əvvəlki illərə nisbətən bir qədər yüksəlib. Lakin bəzi kolleclərdə köhnə problemlər hələ də qalır. Həmin təhsil ocaqlarından biri də Tovuz Dövlət Sosial-İqtisad Kollecidir. Məlumat üçün bildirək ki, kollec Üzümçülük və Şərabçılıq Komitəsinin nəzdində "Mirbəşir Qasımov adına sovxoz-texnikum” kimi fəaliyyətə başlayıb. Həmin dövrdə əyani və qiyabi təhsil forması olmaqla cəmi 3 ixtisas üzrə mütəxəssis hazırlığı aparılıb. 1991-ci ildə sovxoz-texnikum həmin sovxozdan ayrılaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib, müstəqil Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyət göstərib. Həmin dövrdə daha 2 ixtisas qrupu da əlavə olunub. 2001-ci ildə texnikum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən alınıb Təhsil Nazirliyinin tabeliyinə verilib. Beləliklə, 2006-cı il 26 avqust tarixdə Nazirlər Kabinetinin 140 saylı qərarı ilə Tovuz Dövlət Sosial-İqtisad Kolleci kimi fəaliyyətini davam etdirib. Hazırda kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda Tovuz Dövlət Sosial-İqtisad Kollecində tədrisin keyfiyyətinin aşağı səviyyədə olduğu, direktor Rizvan Qəmbərovun vəzifəsinə səhlənkar yanaşdığı bildirilir: «Nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil ocağı bir müddət əvvəl büdcə vəsaiti hesabına əsaslı şəkildə təmir edilib. Burda tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Amma buna baxmayaraq, kollecin direktoru Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq təhsil müəssisəsinə Tanrıverdi müəllim və Talib Süleymanov rəhbərlik edib. Bu şəxslərin idarəçiliyi qənaətbəxş olmayıb. Məhz bu səbəbdən nazirin əmri ilə kollecə Rizvan Qəmbərov direktor təyin edildi. Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini bir qədər də bərbad vəziyyətə saldı. Məsələn, metodiki vəsait və göstərişlərdən uzaq olan kollecdə təhsilin səviyyəsi olduqca aşağıdır. Tələbələrin dərsə davamiyyəti normal deyil. Kimin ürəyi nə vaxt istəyirsə o vaxt dərsə gəlir. Semestr ərzində kollecə üst-üstə heç iki həftə davamiyyətli şəkildə gəlməyən tələbələr imtahanlarda uğurlu nəticə əldə edirlər. Təbii ki, burda başqa üsullardan istifadə olunur. Tovuz Dövlət Sosial-İqtisad Kollecində tələbələrə biliyinə görə yox, «hazırlığına» görə qiymət verilir. Müəllimlərin və ixtisas rəhbərlərinin «tələb»lərini yerinə yetirmək mütləqdir. Direktor bütün müəllimlərə tapşırıb ki, heç bir tələbəyə güzəştə getməsinlər. Yəni hamı bir nəfər kimi imtahan sessiyasında müəllimləri görməlidir. Hazırda qış imtahan sessiyası davam edir. Tələbələr sessiyanı çətin keçirirlər. Çünki keçən illərlə müqayisədə builki qış imtahanlarında qiymətlərdə bəzi dəyişikliklər edilib. Öz savadı hesabına qiymət almaq istəyən tələbələr buna nail ola bilmirlər. Ona görə ki, müəllimlər həmin tələbələri elə formada sıxışdırırlar ki, sonda onlar da digərləri kimi əllərini ciblərinə salmalı olurlar. Bundan başqa, qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan qanunsuzluğa şərait yaradılır. Müəllimlərin mövzu-təqvim planı tədris hissə müdiri tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Bəzi tələbələr imtahan zamanı biletlərdəki suallara ağıllarına gələn, mövzuya aid olmayan cavabı yazırlar. Buna rəğmən, müəllimlər onların «biliyini» yüksək qiymətləndirir. Aydın məsələdir nəyə görə». Mənbə həmçinin vurğulayır ki, sözügedən təhsil müəssisəsində kurs işləri və təcrübə sənədləri əməlli-başlı alver predmetinə çevrilib: «Həmin sənədlər hər il təkrarlanır. Halbuki, kurs işlərinin və təcrübə sənədlərinin mövzuları ilbəil dəyişməlidir. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən heç bir müəllimə irad tutulmayıb. Bu da məsul şəxslərin savad dərəcəsinin aşağı olmasından irəli gəlir. Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Sonuncu dəfə pedaqoji şuranın nə vaxt keçirildiyi məlum deyil. Rizvan Qəmbərov həftənin çox hissəsini ya Bakıda, ya başqa yerlərdə olur. Onun işlərini isə müavini Dəmir Hüseynov aparır». Qeyd olunan məsələlərə aydınlıq gətirmək üçün Rizvan Qəmbərova zəng vursaq da, dəstəyi qaldırmadı. Buna rəğmən, onun da fikirlərini işıqlandırmağa hazırıq. Ümid edirik ki, Təhsil Nazirliyinin nümayəndələri yazdığımız faktları araşdırıb kollec direktorunun barəsində müvafiq ölçü götürəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru