Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                     "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" .....                     Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... .....                     "The New York Times" Naftalandan yazıb, həm də necə... .....                     ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib .....                     "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." .....                     BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... .....                     "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" .....                     Sülh müqaviləsi təhdid altında .....                     Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs .....                     Azərbaycanda polkovnik vəfat etdi .....                 

Azercell-in yeni Mobil Müştəri Xidmətləri ölkəni qarış-qarış gəzir
Tarix: 17-06-2015, 12:48 | Çap et
Azercell-in yeni Mobil Müştəri Xidmətləri ölkəni qarış-qarış gəzir
Şirkətin Mobil Müştəri Xidmətləri qrupuna artıq bölgələrdən 2135 müraciət daxil olub


Daim abunəçilərinin qayğısına qalan, yenilikləri ilə onları sevindirən Azercell-in bu yaxınlarda təqdim etdiyi xidmət, xüsusilə, müxtəlif bölgələrdə olan müştərilərin ürəyincə olub. Belə ki, yeni yaradılan Mobil Müştəri Xidmətləri Azercell Ekspres ofislərinin hələ fəaliyyət göstərmədiyi rayonlara səfər edərək, onların istəklərini yerindəcə rahat şəkildə həyata keçirib. Bölgə Müştəri Xidmətləri bölümünün rəhbəri Fuad Daşdəmirovla söhbətimiz də elə bu səfərlər barədə oldu:

- Mobil Müştəri Xidmətləri qrupunun əsas məqsədi nədir? Nəyə əsasən Azercell abunəçilərinə belə bir xidmət göstərmək qərarına gəldi?

- Bu xidmətin yaradılması bir neçə il ərzində aparılan analizlərin nəticəsidir. Azercell ofislərinin hələ fəaliyyət göstərmədiyi rayonlarda belə bir xidmətə zərurət yaranmışdı. Azərbaycanın bir çox rayonlarında bizim ofislərimiz fəaliyyət göstərir. Amma təmsil olunmadığımız bölgələr də var. Məsələn, xüsusən orta Aran bölgəsində bu özünü qabarıq şəkildə büruzə verir. Kürdəmir, Ağcabədi, İmişli, cəbhəyanı bölgələr və s. yerlərdə biz hələ ki, ofis olaraq təmsil olunmuruq. Məsələn, İmişli, Ağcabədi rayonundakı müştərilərimiz məcbur idilər ki, Azercell-in Beyləqan, Sabirabad və yaxud Bərdədəki müştəri xidmətlərinə yaxınlaşsınlar. Həmin rayonlarda Azercell ofislərinin təmsil olunması müəyyən səbəblərdən hələ mümkün olmadığından, düşündük ki, hansısa bir mobil qrup yaradaq. Tələbatdan asılı olaraq, vaxtaşırı həmin bölgələrə səfərlər təşkil edək və yerlərdə insanların istəklərini qarşılayaq.

- Mobil Müştəri Xidmətləri qrupu olaraq hansı rayonlara səfər etdiniz və neçə sakinin istək və gözləntilərini yerində həll etdiniz?

- Səfərimiz ilkin olaraq 3 mərhələdən ibarət idi və hər mərhələ 4 günü əhatə edirdi. Birinci mərhələ Saatlı, İmişli, Ağcabədi, Füzuli, Ağdam və Tərtərin cəbhəyanı bölgələrində, ikinci mərhələ Kürdəmir, Zərdab, Goranboy, Naftalan, Göygöl və Daşkəsən rayonlarında, üçüncü mərhələ isə Ağsu, Oğuz, Balakən və Qax rayonlarında həyata keçirildi. Ümumilikdə, bu rayonlar üzrə bizə 2135 müraciət daxil olub. Ən çox istəklər Saatlı, İmişli, Füzuli, Ağcabədi, Ağdam və Tərtər bölgəsindən gəlib – 944 müraciət. Bəlkə də bu rəqəm sizə böyük görünməyə bilər. Amma bir müqayisə aparım. Bölgə Müştəri Xidmətlərinin mərkəzi ofisi 2001-ci ildən Bakıda fəaliyyət göstərir və əhali arasında çox tanınır. Hər gün Bakı üzrə bizə 300-350 müştəri müraciəti olur. Odur ki, 4 gün ərzində bölgə üzrə 944 müraciət böyük rəqəmdir. Kürdəmir, Zərdab, Goranboy, Naftalan, Göygöl, Daşkəsən üzrə 734, Ağsu, Oğuz, Balakən, Qax üzrə isə 457 abunəçi bizə müraciət edib.

- Bölgələrdə Azercell abunəçilərini daha çox hansı məsələ narahat edir? Müraciətlər əsasən nəylə bağlı olurdu?

- Müştərilər müxtəlif məsələlərlə bağlı bizə müraciət edirdilər. Onları narahat edən əsas məqam o idi ki, hər hansı Sim-kart dəyişiminin icrası üçün 80-100 km məsafə qət edirlər. Biz də müştərilərimizin bu ehtiyacını nəzərə alaraq, çıxış yolu kimi Mobil Müştəri Xidmətləri qrupunu yaratdıq. Səfər etdiyimiz rayonlarda 304 Sim-kart dəyişimi əməliyyatı həyata keçirdik. Sim-kart dəyişimi dedikdə, Sim-kart itirildikdə, xarab olduqda bərpası, müasir telefonlara uyğun gəlmədiyində Nano Sim-kart və ya Micro Sim-kart əldə etmək istənilməsi kimi əməliyyatlar nəzərdə tutulur. Müəyyən müddət bağlı qalan və yaxud hansısa səbəbdən istifadə olunmayan Sim-kartların bərpası üzrə 259 əməliyyat həyata keçirilib. Nömrənin bir addan başqa ada keçirilməsi üçün 74 əməliyyat aparılıb. Postpaid - əhali arasında buna abunə deyirlər, bu xidmət üzrə 23 əməliyyat gerçəkləşdirilib. Simsim xidmətindən abunəyə keçid üzrə 10 əməliyyat aparılıb. Mən sizə beş ən əsas əməliyyatı sadaladım.

- Cəbhəyanı bölgələrdən hansı təəssüratlarla ayrıldınız?

- Cəbhəyanı bölgələrə səfərimiz böyük ajiotaja səbəb oldu. Təəssüf ki, mövcud vəziyyətlə bağlı bu bölgələrdə şirkətlər təmsil oluna bilmirlər. Bu səbəbdən də hər hansı bir şirkətin cəbhəyanı bölgələrə səfəri orada yaşayan insanlar tərəfindən çox müsbət qarşılanır, onlarda xoş təəssürat yaradır. İnandırım sizi ki, hətta heç mobil telefon sahəsində problemi olmayan, yəni bizim işimizə aidiyyatı olmayan şəxslər də bizə yaxınlaşır, təşəkkür edirdilər ki, “çox sağolun bizi yad elədiniz”. Bizimlə ora çəkiliş qruplarımız da getmişdi, müəyyən prosesləri lentə alırdılar. İnsanlar çəkiliş qruplarına yaxınlaşıb, müsahibə vermək, ürək sözlərini demək istəyirdilər. Səfərimiz bu kimi xoş hallarla yadda qaldı. Bilirsiniz ki, Azercell Müştəri Xidmətləri Azərbaycanda nömrə birdir. İstər təqdim etdiyimiz xidmət, istərsə də insanlarla düzgün ünsiyyət qurmaq baxımından hər zaman öndəyik. İnsanlar bizim səfər etdiyimiz bölgələrdə düzgün, xoş davranışa vərdiş edirlər, bu, bir növ brend olub. Hətta, başqa bir quruma, təşkilata gedəndə, ən yaxşı təcrübə kimi Azercell-i misal çəkirlər. Bu, çox sevindirici haldır.

- İlkin mərhələdə Mobil Müştəri Xidmətləri qrupu bölgələrə səfərlər edərək, abunəçilərin istəklərini yerinə yetirdilər. Bəs sonrakı mərhələlərdə bölgələrdəki müştərilərinizi nə gözləyir?

- Növbəti mərhələdə də bu regionlara yenidən səfər etmək planı var. Hazırda səfər qrafiki üzərində çalışırıq. Ayda iki dəfə Azercell Ekspres ofislərinin olmadığı bölgələrə getməyi düşünürük. Növbəti mərhələdə rayon mərkəzləri ilə paralel olaraq, bu rayonların böyük yaşayış məntəqələrinə, ucqar kəndlərinə də gedəcəyik. Məsələn, Kürdəmirin Sığırlı, Oğuzun Padar, Kərimli, Balakənin Katex kəndlərinə səfərlərimiz nəzərdə tutulub.

- Mobil Müştəri Xidmətləri qrupu Bakıda da fəaliyyət göstərirmi?

- Bəli, bu xidmət Bakıda da fəaliyyət göstərir. Fiziki qüsurlu, xəstə və ya azyaşlı uşaqlı insanların yaşadıqları ünvanlara gedərək, onlara təmənnasız xidmət göstəririk.

- Mobil Müştəri Xidməti qrupunun yaradılması Azərbaycanda bu sahədə ilk təşəbbüsdür. Bu xidmətin məhz Azercell tərəfindən yaradılması nəyin göstəricisidir? Bunu müştəri məmnuniyyətinin Azercell üçün nə dərəcədə önəmli olmasına bir işarə kimi qəbul edə bilərikmi?

- İndiyədək mobil operatorlar arasında bir çox yenilikləri məhz Azercell həyata keçirib. Mobil Müştəri Xidmətlərinin yaradılması da istisna deyil. Bildiyiniz kimi, Azercell TeliaSonera şirkətlər qrupunun üzvüdür. Hətta, TeliaSonera daxilində də bu xidmət bir ilkdir. Mən 15 ilə yaxındır ki, Azercell şirkətində çalışıram və ona bağlıyam. 10 ildir, sırf bölgələrlə çalışıram. Azercell və TeliaSonera olaraq hədəflərimizdən biri də bölgələrdə insanlara yaxın olmaq, onların istəklərini qarşılamaq, gözləntilərini mükəmməl şəkildə onlara təqdim etməkdir. Bizim hazırda 4 milyondan artıq müştərimiz var. Əsas məqsədimiz bu müştəri bazasına yaxşı, keyfiyyətli və düzgün xidmətlər təklif etməkdir. İnsanlarda Azercell-ə olan inamı nəinki qorumaq, daha da gücləndirməkdir. Yəni bu, bizim strategiyamızdır. Bu istiqamətdə lazım olan bütün addımları atacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40
Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33
Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31
“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29
"Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru