Zabratda tikinti soyğunçuluğu – ETİRAZ VAR
Tarix: 19-06-2015, 15:05 |
Çap et
Son vaxtlar Sabunçu rayonunun bir sıra kəndlərində qeyri-qanuni satılan torpaqların qiyməti və tikinti aparılması üçün qoyulan “haqq” artırılıb. Bu barədə Gunxeber.com-a danışan məlumatlı şəxslərin bildirdiyinə görə, bu ciddi narazılığa səbəb olub. Onların sözlərinə görə, bu sahədə ən çox narazılıq Zabrat qəsəbəsindədir.
Məlumatda qeyd edilir ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Vüqar Əsədov yüzlərlə insane satdığı torpaq sahələrində indi tikinti aparılmasına imkan vermir. V.Əsədovun bələdiyyə sədri ilə birləşərərk tikinti aparmaq istəyən şəxslərdən külli-miqdarda pu istədiyi iddia olunur.
Qeyd edək ki, bununla bağlı əvvəllər də mətbuatda xeyli yazılar dərc olunub. Son məlumatlarda isə qeyd eilir ki, V.Əsədovun bu sitiqamətdə atdığı qeyri-qanuni əməllər qəsəbədə ciddi narazılığa səbəb olub.
Bu barədə danışan şəxslərin sözlərinə görə, V.Əsədov ondan narazılıq edənlərə qiymətləri yuxarıların qaldırdığını deyərək, Sabunçu rayon İcra Hakimiyyətini nişan verir. Ancaq bu narazı sakinlərin sakitləşməsi üçün yetərli deyil və onlar hesab edirlər ki, qiyməti kimin təyin etməsindən və qadırmasından aslılı olmayaraq bu soyğunçuluğa son qoyulmalıdır: “Vüqar Əsədovun soyğunçuluğu narazılığı son həddə matdırıb. Bu gün-sabah Zabratda hər hansı aksiya keçirilsə, bu heç kim üçün gözlənilməz olmasın”.
Yazıdakı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.