Azad Rəhimovun sirli qalmağı bacaran müavini... - Nazirdən də sözü ötkəm imiş...
Tarix: 7-08-2015, 12:58 | Çap et
Gənclər və idman naziri Azad Rəhimovun adı son günlər bəzi xoşagəlməz işlərdə, o cümlədən qaranlıq maliyyə əməliyyatlarında çəkilməkdədir. Yayılan məlumatların yetərli hissəsinin kökündə isə Gənclər və İdman Nazirliyinə dövlət büdcəsindən ayrılmış irihəcmli vəsaitlərin təyinatı üzrə sərf edilməməsi dayanır. İddialara əsasən nazirliyin rəhbər şəxsləri idman arenalarının tikintisinə və yenidən qurulmasına ayrılan pulları başqa səmtlərə yönəltməklə bu sahədə ciddi problemlərin meydana çıxmasına səbəb olublar.
Bu məqamda bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionu bir neçə il əvvəl təmir edildi, stadionun ot örtüyü yeniləndi. Amma aradan heç bir il keçməmiş stadionun ot örtüyü sıradan çıxdı. Dövlət yenidən stadionun öt örtüyünün dəyişdirilməsi üçün külli miqdarda vəsait ayırdı. Təəssüf ki, bu dəfə də acınacaqlı mənzərə yarandı. Bir neçə gün əvvəl baş tutan "Qarabağ"-"Seltik" oyununda stadionun ot örtüyünün vəziyyəti göz qabağında idi. Burdan belə nəticəyə gəlmək olar ki, Gənclər və İdman Nazirliyinə ayrılan büdcə vəsaitləri sırf bir qrup şəxsin maraqları naminə istifadə olunur. Hər halda, mövcud vəziyyət bunu deməyə zəmin yaradır. Gündəlik Bakı xəbər verir ki, nazirliyin əsas fiqurlarından biri kimi Azad Rəhimovun müavini İsmayıl İsmayılov göstərilir. Məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyalara görə, nazirliyin sifarişi ilə həyata keçirilən iri tikinti layihələrinin bir hissəsinə məhz nazir müavini nəzarət edir: "Gənclər və İdman Nazirliyinin sifarişi əsasında paytaxtda, həmçinin bölgələrdə tikilən idman komplekslərinin demək olar ki, hamısında İsmayıl müəllimə yaxın şirkətlər qalib gəlir. Məmur öz adamlarının nəzarətindəki şirkətləri bu işlərə cəlb edərək külli miqdarda xeyir qazanır. Yoxlama aparılsa görülər ki, bölgələrdəki olimpiya idman komplekslərinin əksəriyyəti yenicə tikilsə də, artıq bərbad vəziyyətə düşüb. Bunun səbəbi tikinti işlərinin keyfiyyətsiz şəkildə aparılması ilə bağlıdır. Məsələn, dövlət büdcəsindən hər hansı idman mərkəzinin tikintisinə 5 milyon manat ayrılırsa, bu məbləğin yarıdan çoxu kənara qoyulur. Yerdə qalan pulla isə tikinti işləri aparılır. Təbii ki, belə olan təqdirdə keyfiyyətdən söhbət gedə bilməz. İsmayıl müəllim neçə ildir ki, nazir müavini vəzifəsində çalışır. Hələ indiyə kimi nazirliyin yerlərdəki idarələrinin rəhbər şəxsləri onun bir sözünü iki etməyiblər. Çünki İsmayıl İsmayılov həm də nazirliyin kadr işlərinə cavabdeh şəxs kimi tanınır. Kimin hara təyin olunacağını o müəyyənləşdirir. Yerlərdəki gənclər və idman idarələrinin rəhbər vəzifəli şəxslərinin bir çoxu onun kadrıdır. Dövlət səviyyəsində idmanın inkişafına böyük qayğı göstərilsə də, bəzi nöqsanlar bu inkişafın qarşısında sədd çəkir. Gənclər və idman idarələrinin rəisləri hər ay Bakıya gəlib nazir müavininə gördükləri işlə bağlı hesabat verirlər.
Kimin "məruzəsi" İsmayıl müəllimi qane etmirsə, dərhal işdən çıxarılması barədə əmr verilir". Mötəbər mənbə həmçinin adıçəkilən məmurun biznes sahəsindəki fəaliyyətinə də toxundu. Bizə verilən məlumata görə, bu şəxs əlindəki maliyyə imkanlarından və bəzi əlaqələrindən necə lazımdırsa istifadə etməyi bacarır: "Bunun sayəsində özünə böyük biznes imperiyası yaradıb. Onun paytaxt ərazisində, o cümlədən Xətaidə bir neçə iri obyekti fəaliyyət göstərir. Buna misal olaraq Əhmədli qəsəbəsindəki "Premium" çay evini və avtoservisi göstərmək olar. Çay evində 10-a yaxın qız işləyir. Bura müştəri axını çox güclüdür. Müştərilər daha çox qız ofsiantlara görə bura gəlir. Bundan başqa, kriminal hadisələrdə iştirakı olan, kriminal aləmə maraq göstərən bəzi şəxslər də bu çay evində tez-tez görünür. Deyirlər ki, məmur çay evinin yaxınlığındakı yaşıllıqları məhv etdirib yerində böyük obyekt tikdirdi. Nazir müavininin ölkəmizin səfalı guşələrində də nəhəng obyektləri mövcuddur. Məndə olan məlumata görə, Qəbələdəki bəzi istirahət mərkəzləri İsmayıl müəllimə məxsusdur. Onun bu rayonda 7 ulduzlu otel tikdirmək istəməsi də yayılan məlumatlar arasındadır". Qeyd edək ki, nazir müavini ilə bağlı məlumatlar bununla bitmir. Gələn saylarımızda İsmayıl İsmayılovun çox yaxın adamını icra başçısı postuna hazırlaması barədə çox ilginc məlumatları açıqlayacağıq. Bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|