Ziya Məmmədovun rəis işləyən qardaşı oğlu bir məmurun başına necə oyun açdı... - ŞOK TƏFƏRRÜAT
Tarix: 11-08-2015, 13:22 | Çap et
Bir neçə gün əvvəl Salyan Regional Qaz İdarəsinin rəisi vəzifəsindən çıxarılan Xəyyam Rzayevin işdən kənarlaşdırılmasının sensasion təfərrüatları bəlli olub.
X.Rzayev virtualaz. org saytına açıqlamasında son vaxtlar başına gətirilən qanunsuzluqlar haqda danışıb, işdən çıxarılmasının səbəblərinə aydınlıq gətirib.
“Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədli Salyan Rayon Polis Şöbəsinin rəisi işləyərkən rayonun Şorsulu kəndində geniş ərazidə özü üçün böyük bir fermer təsərrüfatı qurdu. Rəis həmin vaxt orada 3 hektar sahədə istixana təşkil etmişdi. Fuad Məmmədli öz səlahiyyətlərindən sui-istifadə edərək mənə təzyiq edirdi ki, Ələt-Astara yolunun yaxınlığından keçən qaz magistralından həmin istixanaya ayrıca qaz xətti çəkim. Magistral qaz kəmərindən polis rəisinin istixanasına qədər 10 km məsafə var. Rəis mən bu uzunluqda xətti öz gücümlə çəkməyə məcbur edirdi. Mən rəisə bu məsələnin həllinin səlahiyyətimdə olmadığını, bunun podratçı təşkilatın işi olduğunu bildirirdim. Amma polis rəisi xətti çəkməkdə israr edirdi. Fuad Məmmədli inadından dönmürdü. Onun məndən fürsət tapıb qisas alacağından çəkindiyim və təzyiqlərə dözə bilmədiyim üçün bankdan külli miqdarda kredit götürməyə məcbur oldum. Həmin pulu podratçı təşkilata ödəyib rəisin istixanasına şəxsi vəsaitimlə qaz xəttini çəkdirdim” - deyə X.Rzayev bildirir.
Sabiq idarə rəisinin sözlərinə görə, başına gələnlər bununla da bitməyib: “Ötən il isə Fuad Məmmədli həmin ərazidə 5 hektar sahədə qaynı Vüqar Eminovun adına daha bir istixana tikdirdi. Həmin təsərrüfata da qaz xətti çəkilməli idi. Fuad Məmmədli onda artıq Salyanda polis rəisi deyildi. Qaz xətti isə çəkilməli idi. Bu tapşırıq mənə bu dəfə “Azəriqaz” ASC sədrinin satış və istismar üzrə müavini Qamət Məmmədov tərəfindən gəldi. Qamət Məmmədov yeni tikilən istixananın qazlaşdırılmasını təmin etməyimi tapşırdı. Məlumat üçün bildirim ki, Qamət Məmmədov Əmirov adına NQÇİ-nin rəisi işləyəndə Fuad Məmmədli də həmin rayonun polis bölməsinin rəisi işləyib. Elə o vaxtdan da dostluq münasibətləri yaranıb.
Qaz xəttini bu dəfə də onların təzyiqi altında çəkməyə məcbur oldum. Bu dəfə 5 hektarlıq istixanaya 2 km uzunluqda 159 mm-lik borularla qaz xətti çəkdirməli oldum. Qamət Məmmədovun qanunsuz göstərişi ilə 2014-cü ilin noyabr ayında həmin istixanaya layihədə nəzərdə tutulmadığı üçün heç bir sənədi olmayan qaz sayğacı quraşdırılıb. Özü də qoşulma mənbəyindən yeri dəyişdirilməklə.
Xətti çəkən podratçı təşkilata isə yenə də bankdan kredit götürərək pul ödədim. Çünki Fuad Məmmədlinin adamları mənə söz vermişdilər. Demişdilər çəkdiyin hər iki xəttin pulunu ödəyəcəyik ki, bank kreditini qaytarasan. Bütün bunlar azmış kimi hazırda Fuad Məmmədliyə məxsus istixanaların işlətdiyi qaza görə 50 min manatadək qaz pulu borcu yığılıb. Lakin onlar bu pulu da ödəməkdən imtina edirdi. Bu səbəbdən də həmin istixanalara verilən qazı dəfələrlə dayandırmalı olmuşam. Bu isə onun hiddətinə səbəb olub və məndən qisas almaq qərarına gəlib”.
X.Rzayev polis rəisinin daha bir qanunsuz əməlindən söz açır. Deyir ki, Fuad Məmmədli Salyanın polis rəisi işləyərkən polis şöbəsinin yeməkxanasını da qaynı Vüqar Eminovun adına özəlləşdirib: “Məndən də tələb edirdi ki, həmin obyektə öz hesabıma qaz xətti çəkim. Mən isə bundan imtina edərək podratçı təşkilata müraciət etmək lazım olduğunu bildirmişəm.
Tələb olunan qanunsuzluqlara qol qoymamağım, fermer təsərrüfatının işlətdiyi qazın pulunu tələb etməyim və qaz çəkilişinə görə bankdan götürdüyüm kredit borcunu ödəməyini tələb etməyim isə mənə baha başa gəldi. Belə ki, Fuad Məmmədli öz nüfuz dairəsindən istifadə edərək mənə dediyini etdi. “Azəriqaz”ın satış və istismar üzrə müavini Qamət Məmmədovun təkidi ilə işdən çıxmağımla bağlı ərizə yazmalı oldum”.
Sabiq idarə rəisi bildirir ki, o, 2011-ci ildə Salyan Qaz İstismarı İdarəsinə rəis təyin olunanda itki 65 faiz idisə, bu gün 10 faizə düşüb: “Hazırda idarə 7 rayona xidmət edən regional quruma çevrilib, ortalama itki iyul ayı üçün 3,6 faiz olub, yığım isə 100 faizdən yuxarıdır. Belə olan halda mən hansı qüsuruma görə işdən çıxmalıyam? Cavabı isə odur ki, mən Fuad Məmmədli ilə Qamət Məmmədovun qurduğu oyunun qurbanına çevrilmişəm. Mətbuat vasitəsilə Fuad Məmmədlidən xahiş edirəm, onun istixanalarına çəkdiyim 12 km-lik qaz xəttinə görə podratçı təşkilata bankdan kredit götürərək ödədiyim pulu qaytarsın, çünki mən 2 azyaşlı uşaq atası olaraq həm də işsizəm... Onu da qeyd edim ki, işlədiyim müddətdə “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevin həmişə dəstəyini və köməkliyini hiss etmişəm, onun mənə göstərdiyi etimadı unutmaram. Amma kimlərsə öz şəxsi maraqları naminə məni nüfuzdan salmağa nail oldular...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|