Deputatın eks-nazirlə ortaq gizli silah ticarəti? – Azər Kərimli ilə bağlı şok iddialar
Tarix: 26-10-2015, 10:30 | Çap et
Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir.
Parlament seçkilərinin günü yaxınlaşdıqca bu prosesin iştirakçılarına maraq da artır. Bu sırada uzun illər susqunluğuna və passifliyinə görə yada düşməyən deputatlar daha çox diqqət çəkir.
Bu yazıda haqqında bəhs edəcəyimiz şəxs 3-cü çağırış dalbadal 112 Saylı Qax seçki dairəsindən deputat mandatı alan Azər Kərimlidir. Bu il keçiriləcək növbəti parlament seçkilərində onun namizədliyinin irəli sürüləcəyi qeyri-müəyyəndir. Çünki biznesmen-deputat kimi tanınan A.Kərimli bu illər ərzində passivliyi ilə yadda qalıb.
Seçicilərini baykot edən deputat
Azərbaycanın ictimai-siyasi elitasında da populyar olmayan Azər Kərimlinin qısa təqdimatını verək. 112 Saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 200-2005, 2005-2010 və 2010-2015-ci illərdə də Milli Məclisin üzvü olub. Millət vəkili olduğu 15 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin 7 il ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir. Azər Kərimli həm də seçicilərini boykot edən deputatlardandır. Milli Məclis əksər üzvləri kimi təmsil etdiyi rayonun əhalisinin problemlərinə biganədir. Paytaxtdan yüzlərlə kilometr uzaq məsafə olan Qax rayonundan gələn seçilərini belə qəbul eməyən deputat onları rayondakı «köməkçisinə» yönəldib.
Legitimliyi şübhə doğuran deputat necə İtaliya Cəngavəri olub?
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimli 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub. Sirr deyil ki, başqa ölkələrinin səfirliklərindən fərqli olaraq, İtaliya səfirliyi Azərbaycan mediası və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı deyil. Baxmayaraq ki, Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə susmamalıdır. Avropa İttifaqının və Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərməlidir. Amma bunları bir tərəfə qoyub, seçicilərinin hüquqlarını qorumayan, ən azı mandatının legitimliyi şübhə doğuran bir deputata orden vermək yanlış siyasətdir. Məlum tədbirə medianın dəvətli olmaması səbəbindən Azər Kərimlinin cəngavərliyi barədə detallı bilgi əldə etmək üçün cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı maraqlı faktlar əldə etdik.
A.Kərimli məhz qoz ağacı biznesini bu ölkəyə daşıyıb və mebel sənayesində istifadə olunur. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Onun İtaliya dövləti tərəfindən «Cəngavar» elan olunmasının səbəbi ilə bağlı başqa bir məlumat əldə edə bilmədik. İtaliyanın Azərbaycandakı səfirliyində deputata «cəngəvar» ordeni verilib. Bu da bilgi ala bilmədim. Ona görə də cənab Kərimli özünün cəngavərliyi barədə açıqlama ilə çıxış etməlidir.
Deputatın biznes dünyası
Yuxarıdakı qeydlərdən də göründüyü kimi Azər Kərimli parlamentin biznesmen deputatları sırasındadır. Əslində qanunlara uyarsaq, bir çox deputatların mandatı təhlükə altına düşmüş olacaq. Doğrudur, onların böyük əksəriyyəti əslində özlərinə aid olan biznes strukturlarını yaxınlarının adına keçiriblər. Amma öz adları ilə işgüzar fəaliyyətdə olanlar da yetərincədir ki, bunu müəyyənləşdirmək dövlətin müvafiq qurumları üçün bir an məsələsidir. Azər Kərimli ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda həmçinin bildirilir ki, millət vəkili Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” vardı. Hə, vardı… Çünki indi bu bağın sadəcə adı qalıb. Bağın yanında isə Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir. Ona görə də Azər Kərimli qoz ağacı soyqırımını rahatlıqla həyata keçirə bilir və bu qoz ağaclarından hazırlanan materialların satıldığı ünvan isə kifayət qədər maraqlıdır. Bu apardığımız araşdırmalardan ilginc faktlar ortaya çıxıb. Aydın olur ki, Azər Kərimlinin şirkətində emal olunmuş, mebel sənayesi üçün qoz ağacından düzəldilmiş lövhələr hansısa kənar ünvana deyil, məhz İtaliyaya göndərilir. İndi deputatımızın İtaliyada nədən CƏNGAVƏR kimi görünməsinin sirri də çözülmüş olur.
Qaxda icra başçısı-deputat qarşıdurması
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bu rayondan seçilən millət vəkili Azər Kərimli arasında kəskin qarşıdurma yaranıb. Rayon İcra Hakimiyyətindən cumhuriyyet.az-a sızan məlumata görə, icra başçısı bu il keçiriləcək parlament seçkilərində öz adamını deputat seçdirmək istəyir. Bundan duyuq düşən hazırki deputat Azər Kərimli isə bütün əlaqələrini işə salaraq, icra başçısının əleyhinə iş aparmağa başlayıb. Məlumatlı mənbə iddia edir ki, icra başçısı Musa Şəkiliyev birinci müavini Tahir İsmayılovu deputat seçdirmək istəyir: “Artıq rayonda Tahir İsmayılovun deputat seçiləcəyinə dair təbliğat işinə start verilib. Hər yerdə deyilir ki, Azər Kərimli bu dəfə deputat seçilməyəcək. Onun yerinə Tahir İsmayılovu seçəcəklər və rayonda artıq bu istiqamətdə ciddi kampaniya aparılır”.
Mənbə bildirir ki, 112 saylı Qax seçki dairəsini təmsil edən deputat Azər Kərimlinin indiyə qədər Milli Məclisdə bir dəfə də olsun aktivlik göstərməməsi, nə plenar, nə də Komitə iclaslarında çıxış etməməsi, seçiciləri diqqətdən kənarda saxlaması Musa Şəkiliyevin işinə yarayır. O, bunu əlində bayraq edərək, seçicilərlə söhbətlərində “Sizə Azər Kərimli kimi yox, Tahir İsmayılov kimi deputat lazımdır” deyir. Hazırda icra başçısı ilə deputat arasında münasibətlərin son dərəcə gərginləşdiyini deyən qaynağımız hesab edir ki, bu mübarizədən Musa Şəkiliyevin qalib çıxması daha real görünür: “Onsuz da Azər Kərimlinin seçicilər arasında heç bir nüfuzu yoxdur. Onu əksər seçiciləri ümumiyyətlə tanımır. Yəqin ki, bu fakt Azər Kərimlini tamamilə bitirəcək və o, bu dəfə parlamentə mandat ala bilməyəcək”. (Cumhuriyyet.az)
P.S. Qeyd olunur ki, Qax meşələrinin qənimi olan Azər Kərimli bu ağacları əsasən Rusiyanın silah zavodlarına ixrac edir. “Kalaşnikov” silahında istifadə olunan taxta materialın məhz bu ağaclardan olduğu bildirilir. Mənbənin sözlərinə görə, A.Kərimlinin bu kimi strateji bir məsələdə təkbaşına olması imkansızdır. Həmçinin, Rusiyanın mühim strateji zavodları ilə əlaqə də bir deputatın imkanları xaricindədir. Ona bu məsələdə bir neçə gün öncə vəzifəsindən azad edilmiş MTN şefi Eldar Mahmudovun yardım etdiyi bildirilir. A.Kərimlinin FH nazirinin adını hər yerdə qabartmasında əsas məqsədin də əsl şefin gizlədilməsi olduğu vurğulanır. Deyilənlərə inansaq, MTN şefi Azər Kərimlinin şirkəti üzərindən bu biznesə imza atıb. Məhz nazirlər səviyyəsində həll olunan məsələdə A.Kərimlinin şirkəti icraçı olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|