Dollar şoku dükan və bazarları VURDU: - "Sədərək"də və digər iri TM-lərdə alış-veriş dayandırıldı
Tarix: 21-12-2015, 11:06 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.
DİA.AZ bildirir ki, bu bahalaşma Mərkəzi Bankın son bəyanatından sonra baş verib. Belə ki, manatın üzən məzənnəyə keçidi belə bir bahalığı təmin edib.
DİA.AZ əməkdaşlarının şəhərdə apardığı müşahidələr də təsdiqləyir ki, artıq paytaxtın demək olar, bütün valyuyadəyişmə məntəqələri fəaliyyətlərini dayandırıb. Bu bir yana iri ticarət mərkəzləri, dükan və marketlərdə də alış-veriş dayandırılıb.
Məlumata görə, dollar və avronun bahalaşması bu ilin 21 fevral tarixində baş verən birinci devolvasiya vaxtında olduğu kimi iri sahibkarların "ehtiyat tədbirlədinə" əl atmasına nədən olub.
Ölkənin ən iri tisarət mərkəzi olan "Sədərək" TM-də isə dükanların demək olar ki, əksəriyyəti qapısını qıfıllayıb, açıq olanlar isə dolların qalxması nədənindən alveri dayandıqlarını bəyan edirlər.
Əlavə məlumatlarımız olacaq...